Ey Iran, sən nə qəribəsən?!.

12-08-2021, 00:15           
Ey Iran, sən nə qəribəsən?!.
Ərazimizə durbinlə Ermənistandan baxır...
Qarabağa Azərbaycandan xəbərsiz turist daşıyır...
44 günlük savaşda, Rusiyadan silah kortejinə yol açır...
Sərhəddindən ərazimizə yüz kilolarla narkotik daşınır...
Adına islam dövləti deyir, "mal" mütəxəssisi yetişdirir...
Yalandan deyir ki, sizinləyik, lazımlı məqamda, mıqqırı çıxmır...
Təriqətçidir...
Dini fanatizmin atasıdır Cənubi Qafqazda...
Din qardaşıyıq deyir, Qarabağda, məscidimizə dığa tula bağlayır, dana, donuz saxlayır, qardaşlığını göstərmir...
Qonşuyuq deyir, nəinki "kor qızımız ərə gedir", heç haqqlı olduğumuzu təsdiqləmir də. Yəni, qonşuluğu yox...
Ailəyik deyir, özünü ailənin şuluğu kimi aparır...

Milyonlarla azərbaycanlıya öz dilində təhsil hüququ vermir.
Yüzdən çox erməni təbliğatı aparan təşkilat saxlayır ərazisində. Hətta "Zəngəzur" adlı teleqram kanalı Irandan idarə edir ermənilər...
Azərbaycanda narkomanları, guya tövbəyə oturdub, Quma daşıyır. Orda Məşəd qənim olmuşlarına, guya Məşədi etdirir onları. Əslində din fanatı edib, beynini "yuyub", üstümüzə qaytarır balalarımızı...
Dini liderləri Qarabağa gəlir, böyründə sonradan mouzəçi, qəzəlxan olan, meyxanaçı gəzdirir...
Məscidimizdə baş yeri veririk, şirnikir...
Yer vermirik, pəzəvənglik edir...

Məsələ də bu ki, cənublu ellilərimiz seçkisinə getməyəndə, səsverməsi, seçkisi baş tutmuş sayılmır, yetərsayı olmur Iranın...
Bir məsələ də bu ki, yeni seçilmiş rəhbərindən bu sistemi dəyişmək üçün addımlar gözlənilir...
Onda da Qarabağda TIRları peyda olur, Azərbaycandan xəbərsiz. Və Azərbaycan bezib, Irana NOTA verir...
Səfirləri də gəlir, elə danışır, guya bilmir ki, elədiklərini, eləmək zinhar olmaz.
Qayıdıb deyir ki, münasibətimiz pozulmasın deyə hər şey ediləcək dövlət səviyyəsində...

Düz iki yüz ildir beləcə müxtəlif oyun havaları çalır Iran, Arazın o tayından. Biz də sakitcə "Iran təranələri"nə oynayırıq bu tayda...
Əslində babat da ritmi var o dediyim melodiyanın. Di gəl, oynamağımıza da qıcıq olurlar. Məsələn, Cəbrayılda süzürük, hirslənirlər. Xudafərində gərdiş edirik, qıcıqlanırlar. Zastavamızı qururuq, körpüdən o yana keçin deyirik, açıqları tutur. Abır edirik soruşaq ki, ağayi farsi, boba, ərməni işğal elədiyi Xudafərinin bəri başına nə təhər olub ki, buraxıb səni? Yenə suur sənə şeytan, deyirik, gözləyirik...
Biz binəvalar, məsələn, Iran təhlükəsizlik orqanı rəsmisi, erməni təşkilatının keçirdiyi saxta "erməni soyqırım qurbanlarının" abidəsinə baş əyəndə də susmuşduq...

Day nə deyim, nə sadalayım axı, ey Iran, sən nə qəribəsən?!.
Jalə Mütəllimova
11.08.2021.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.