İsfəndiyar Vahabzadəni danışdıran ATA qanıdır
15-08-2021, 11:18
Böyük Bəxtiyarın böyük oğlu İsfəndiyar Vahabzadənin Rusiya siyasətinin təlxəyinə adekvat cavabı
hədəfin düz onluğuna dəyib, deyəsən. Deyəsən, İsfəndiyar bəyin “Gülüstan”ın yazarının oğlu olmasını
unudub “Qulustan” siyasətçiləri. Deyəsən, 30 il öncə Bakını qana boyayan qanlı rus generalının üzünə
tüpürən böyük ŞAİRin böyük oğlu olduğu da unudulub. Bəxtiyarın oğlu da “baran” aşağılamasına
adekvat “donuz” söyüşünü söyməyib, kim deyəcəkdi ki ?! Atalarımızın sözüdür, söymə nökər atamı,
söyməyim bəy atanı. “Babaların şəni, şərəfi , əlbət, Bizə əmanətdir, böyük əmanət...Yoxmu qanımızda
xalqın qeyrəti ? Belə saxlayarlar bəs əmanəti? “ hayqıran Bəxtiyar ATAnın qanını daşıyan OĞUL bəs nə
deməliydi? “Biri “baran” , biri “xər” deyən eynəkli cənabla təsbehli ağanın” 200 ildən çoxdur sürən
rəsmi aşağılamalarına Bəxtiyar qanı , Vahabzadə soyadı daşıyan igid susa bilməz axı!
Keçmiş böyük elçinin rus xalqını aşağılamasını iddia edənlər yanılırlar. Elçimiz elimizi “qoyun”
sayanlara adekvat “donuz” cavabını verib. Elimə “qoyun” demə, elinə “donuz” deməyim. Gerçəkdə
heyvansevərlər toplumu sözlərini deməlidir, donuz niyə aşağılansın ki?
Sabah
16 avqustda böyük Bəxtiyarın 96 illiyidir. Böyük elçi oğullar böyüdən BƏXTİYARIMIZDAN 12 il
yarımdır cismən ayrıyıq. Ruh , qan bağlılığı isə əbədidir. Biz qoyun deyilik, Qarabağı 44 gündə
qurtaran qurdlarıq, əslimiz -nəslimiz qul olmayıb, Bəxtiyar Ata demiş :
ƏSLİMİ , NƏSLİMİ TANIYIRAM MƏN ,
QARIŞIQ DEYİLƏM, ÖZÜMDƏN HÜRKƏM.
SƏN KİMSƏN, SƏN NƏSƏN ÖZÜN BİLƏRSƏN ,
MƏN İLK QAYNAĞIMDAN TÜRK OĞLU TÜRKƏM!
Məğrur Bədəlsoy
Teref.az