Evlərimizdəki Əhd sandığı
16-08-2021, 08:03
Keçən əsrin sonuna kimi, əsasən kənd evlərimizdə nənələrimizin sandığı var idi ki, ora müxtəlif əşyalar qoyulurdu. Qədimdə gəlin köçəndə cevizin içində mütləq bu sandıq olardı. Bəs bu sandıq nə üçündür və onun əsl mahiyyəti nədir? Bu kiçik məqalədə biz bu sandığın mahiyyəti haqqında bəzi informasiyaları verəcəyik.
Ən qədim mənbələrdə sandıq ezoterizmin sirli rəmzlərindən biri sayılırdı. Misir mənbələrində bu sandıq Osiris Allahının dənizə atılmış tabutu mənasında idi. Tövratda bu sandıq həm Nuhun sandığı kimi və həm də Musanın çaya atıldığı səbəti mənasında qeyd edilir. Yəhudilər, yəni Xəzər Türk bəgləri bu sandığı ən müqəddəs əşya kimi qəbul edirdilər ki, bu da Vəhy çadırı mənasında olan göydəki cənnətin rəmzi sayılırdı. Bu çadır qurbangaha axan qurban ruhlarından və onun göyə qalxaraq, İlahi odla birləşməsindən yaranan Azər odundan ibarət idi. Sandıq da bu cadırda qorunurdu. İran məndələrinə görə bu sandıqda İlahi od vardı ki, məhz bu od Türk bəglərini İlahi qüdrət sahibi edirdi. Alban şahlarının Aranşahlar nəslinə Allah tərəfindən verilmiş bu odun hesabına ölkənin bütün insanları xoşbəxt yaşayırdı. Onların ilk şahı taxta oturanda "yandırılmış" bu İlahi od daşınan sandıqda qorunurdu. Qədim Misir yazılarında bu sandıq silisiumdan düzəldilmiş qutu adlanırdı və Sokar/Seker mağarasında qorunurdu ki, bu mağara özü bağlı daş sandıq kimi qəbul olunurdu. Mənbələrdə qanadlı Allahların əlindəki qutu formasındakı çanta da bu sandığın rəmzidir və onu Allah özü qoruyur.
Quranda bu sandıq Musa və Harun ailəsindən qalan bir sandıq adlandırılır və axirətlə əlaqələndirilir: «Peyğəmbərlər onlara: Onun hökmdarlığının əlaməti, içində sizlərə Rəbbinin mövcudluğu və Musa ilə Harun ailəsinin saxladığından qalan bir sandığın gəlməsi olacaqdır. Onu mələklər gətirəcəklər» (Quran, 2:248). Digər yerdə bu Əhd sandığı – Nuhun gəmisi-sandığı kimi qeyd olunur: «Onlar səndən, «Nə zaman lövbər salacaq» deyə qiyamət vaxtını soruşacaqlar? De ki: «Bu haqda bilgi mənim Rəbbimdədir, öz vaxtında O, Onu açacaq. O Göydə və Yerdə çox ağır bir işdir. O sizə birdən gələcək» (Quran, 7:187).
Yazdıqlarımızdan belə çıxır ki, evlərimizdəki sandıq - Azəri bəglərini qədimdə İlahi qüdrət sahibi etmiş İlahi odun qorunduğu sandıqdır. Bu sandıq yeraltı Sokar mağarasında saxlanılır ki, bu mağaranın özü qapalı daş qutu rəmzində olduğu üçün orada da İlahi od mövcud olurdu. Deməli, sandığın saxlandığı evlərimiz Sokar mağarasının rəmzindədir ki, İlkin materiyanın qanunlarına görə burada da İlahi od əmələ gəlirdi və o evdə xoşbəxt həyat mütləq idi.
Zaman keçdikcə əsilzadə bəg-ərənlər adi insanlarla evləndi və bu qan qarışığı onların müqəddəsliyini saxlayan adət-ənənələrin itməsinə səbəb oldu. Sözlə canlı varlığı öldürə bilən, təbiətə aktiv təsir edib, yağış-qar yağdıran əcdadlarımız pir-bəglər sonda İlahi qüdrətlərini itirdilər və bu günkü acınacaqlı vəziyyətə düşdülər.
Bütün bunlar o deməkdir ki, evlərimizdəki sandıqlarımız İlahi Azər odunun saxlandığı Əhd sandığının maketi və rəmzidir. Bu sandıqları evlərimizdən çıxardığımız gündən, evin bərəkətini və halal-xoşbəxt həyatımızı da atmış olduq. Lakin yazılanlara görə Azərbaycan ərazisindəki Sokar/Arsak mağarasında qorunan bu Əhd sandığı bir gün açılacaq və elimizin xoşbəxt günləri yenidən başlayacaq. O gündən sandıqlarımız da yenidən evimizin müqəddəslik simvoluna çevriləcək. İnşaallah.
Firudin Gilar Bəg