"Əvvəl söz vardı, söz Allahda idi və söz Allah idi"

19-08-2021, 07:57           
"Əvvəl söz vardı, söz Allahda idi və söz Allah idi"
Xristian kilsəsinin kanonik, yəni düzgün hesab etdiyi Yuhannanın İncili belə başlayır: "Əvvəl söz vardı, söz Allahda idi və söz Allah idi". Bu İncildə Yuhanna adlı bir insanın, həyat verən işıqdan, nurdan xəbər gətirməsindən və "dünya"nın onun vasitəsi ilə var olmasından danışılır. Bu "dünya", Tövratda Allahın yeddi "günə" işıqdan yaratdığı göydəki ruhlar aləmi mənasındadır. Qədim Misir yazılarında bu yaradılış Gel şəhərində var olmuş Atum Allahı adlanır və bütün Misir kosmoqoniyası bu Allahın zühuruna həsr olunmuşdur. Kitab və məqalələrimizdə biz bu haqda geniş məlumatlar vermişik (Məqalə: "Основой всех религий является одно космическое событие", sayt: https://firudin.blogspot.com/2020/04/blog-post.html?m=1). Başqa sözlə, "Əvvəl söz vardı, söz Allahda idi və söz Allah idi" ifadəsini anlamaq üçün biz mütləq qədim Misir kosmoqonoyasına, yəni kosmos mənasında qəbul edilmiş göydəki dünyanın yaradılma texnologiyasına nəzər salmalıyıq.

Qədim Misir yazılarına görə, firon Amon göydə nəhəng ölçülü Atum (Adəm) Allahını var etmək üçün ilk növbədə ilkin materiyanı özünə tabe edib, onun adından yaratmağa başlayır. İlkin materiya özlüyündə səs, işıq, hərəkət və maqiyanın qanunlarından (kontaqioz və qomeopatiya maqiya) ibarətdir. Maqiya qanunları və səs, işıq, hərəkət üçlüyü birlikdə təfəkkür və yaddaşı yaradır ki, bu da ilkin materiyanın ali idrakıdır. Kontaqioz maqiyanın insan beynində təzahürü yaddaşın, qomeopatik maqiyanın insan beynində təzahürü isə təfəkkürün yaranmasına səbəb olmuşdur. Məhşur sufi Əziz Əd-din ibn Mühəmməd Nəsəfi ilkin materiyanı cövhər adlandırır və bildirir ki, ağıl da bu vahid cövhərin bir adıdır. Əl Fərabi ilkin materiyanı “fəal ağıl” kimi, ibtidai insanın ağlını isə “əzabkeş ağıl” kimi rəmzləndirir. Fəal ağılın sonradan firon Amon tərəfindən əzabkeş ağıla “axdırılması” prosesini Fərabi “qazanılmış ağıl” adlandırır və bu ağıl da elə Prometeyin ilk insana verdiyi ilahi od mənasındadır (Ал-Фараби, «Сушество вопросов»). Deməli, bu gün bizim düşünən insan (Homo sapiens) adlandırdığımız varlığı firon Amon, ibtidai insanın beyninə axıtdığı fəal ağıl, yəni ilkin materiya vasitəsi ilə düşünən etmişdir. Sufi İslamında – dünyanın yaranması prosesi zamanı İlahi mənbədən ilkin materiyanın təsəvvür olunan varlığa axıb töküdülməsi "fayd" rəmzi ilə qeyd olunur. Fayd - İbn Sinanın fəlsəfəsində də xüsusi yer tutur. İbn Sinaya görə fayd - ilkin prinsipdən (əl-mabda əl-əvvəl), yəni təmiz ilkin materiyadan ilkin ağıla - vahid ruhi mahiyyətin «axmışdır» (fada). Batınilərdə fada/fayd rəmzi fa-deo kimi açılır ki, buradakı "F" və eyni mənalı "P" samiti, yəni Afa və Apa rəmzləri ali idrakı - ilkin materiyanın düşünən hissəsini bildirir. Başqa sözlə, fada/fayd rəmzi yaradıcı idrak deməkdir və bu rəmz qədim Misir yazılarında Pta və ya Ptah (Pta-Hü) kimi qeyd olunur. Sufi-batinilərdə Hü - ilkin materiyanın rəmzi olduğu üçün Pta rəmzinin Ptah variantı - "ilkin materiyanın düşünən hissəsi" mənasını verir. Deməli, ilkin materiyanın insana axıb- tökülməsi mənası verən fayd (FD) elə qədim Misirin Pta (PT) rəmzidir. Bu rəmzi tam anlamaq üçün, onun batıni mənalarını bilmək lazımdır.

İnsan ruhu ilkin materiyanın bir "damlasıdır" və firon Amon öz ruhunu bütöv ilkin materiyanın ruhu adlandırır ki, ilkin materiya özü bunu "düşünməmişdir" və Amon belə dedikdə də o özünün belə düşündüyünü qəbul edib, firon Amonun "bədəni" rolunda çıxış etməyə başlayır. Firon Amon, doqquz yaradılışdan ibarət olan Atum Allahını yaratmaq üçün özünü, ilkin materiyanın ruhu mənasında Ptah adlandırır və ilkin materiyanın adından yaratmağa başlayır. Misir yazılarında deyilir: «Ptah, böyükdür; O – doqquz Allahın ürək və dilidir…hansı ki, Allahları mayalandırmışdır… (nə isə) Atum obrazında ürəkdə təcəssüm etmiş və dildə təcəssüm etmişdir... Beləcə Atum düşünülmüş və yaradılmışdır. Heç nədən yaradıcı Allah, Atum ideyası əmələ gəlmişdir. İdeya Tanrı dünyasının «ürəyində meydana gəlmişdir»: bu ürək və ağıl Ptah özüdür»; sonra ideya tanrı dünyasının «dilində yaranmışdır»; bu dil və nitq Ptah özü olmuşdur və s". Bu o deməkdir ki, firon Amon özünü Ptah Allahı, yəni ilkin msteriyanın ağlı, təfəkkürü və düşündüklərini sözlə ifadə edən dili adlandıraraq, ilkin materiyanın adından Atum Allahını sözlə, və bu sözləri müşayiət edən teurqik rituallarla yaratmışdır. Firon Amon əvvəl yaradacağı Allahı beynində təsəvvür etmiş və söz, mantra və rituallar vasitəsi ilə onu materiallaşdırmışdır. Nəticədə isə göydə kosmik insan formasında olan və Atum/Adəm adlanan nəhəng insan yaranmışdır ki, qədim Misir yazılarına görə Qeb, yəni göydəki Qeyb aləmi də bu nəhəng insanın bədənində yerləşır. Şumer mətnlərində bu nəhəng insan Luqal (LQ-L) adlanır ki, bu rəmz batıni mənada İlahi-El (LH-L), yəni İlahdan, ilkin materiyadan yaradılmış göydəki El (cənnət) deməkdir. İslamda bu İlahi-El - Allah, yəni El-İlahi kimi qeyd olunur. Deməli, Allahu-Əkbər, yəni böyük, nəhəng Allah dedikdə elə firon Amonun fikri və sözü ilə yaradılmış kosmik Atum (Adəm) Allahı nəzərdə tutulmalıdır. Məşhur sufi Mühiddin ibn Ərəbi Adəmi - Haqq, yəni Allah adlandırır. Bu o deməkdir ki, Yuhanna - "Əvvəl söz vardı, söz Allahda idi və söz Allah idi" dedikdə, firon Amonun - Atum/Adəm Allahını yaratdığı zaman dediyi sözlər, mantralar nəzərdə tutulmalıdır ki, bu sözləri, sonradan Allaha çevrilmiş Amon demişdir. Amon Allahın sözləri də İlahın, yəni ilkin materiyanın düşünən hissəsi olan Ptanın "sözləri" mənasında olduğu üçün bu yaradıcı "sözlər" də Allah rolundadır.
Digər tərəfdən, Amon Allahına alqışın Leyden variantına görə, Amon, Ra və Pta – bütün Allahların mənasıdır: “Onlara tay yoxdur. Amon - hansı ki öz adını gizlədir, O, Öz üzü ilə Ra və bədəni ilə Pta (Ptah)-dır”. Bu o deməkdir ki, Ra Allahı - firon Amonun günəş siması, Pta isə onun Atum mənasında olan bədənidir.

Qədim Misir yazılarında Pta rəmzi Patu kimi də yazılır və Allahın yerdəki təcəssümü olan Qorla eyniləşdirilirdi. Bütün Misir fironları - İlahi Maat qayda-qanununu qoruyan Qor Allahının reeinkarnasiyası hesab olunurdu. Onlar söz və fikirlə fiziki aləmə təsir edib, möcüzələr göstərə bilirdilər.
Pta rəmzi bizlərə Apet/Yapet/Yafət kimi tanışdır ki, mənbələrdə Alban şahlarının nəsli olan bu Yafət-Ərən nəsli - Qacar, yəni Qor fironlarının-pirlərinin nəsli adlandırılır (Məqalə: "Ануннаки, последователи Гора и их святая пустыня Фаран", sayt: https://firudin.blogspot.com/2021/07/blog-post.html). Bu isə o deməkdir ki, sözlə yaradılmış və söz-fikirlə fiziki aləmə təsir edib, canlı varlıq yarada və ya öldürə bilən, təbiətə aktiv təsir edib, yağış-qar yağdıran bilən və s. möcüzələr göstərən qədim fironlar nəsli elə Azəri Aranşahlarının pir-seyid bəgləridir. Bu gün Azərbaycanda yüz illər əvvəl rəhmətə getmiş pirlərin qəbri bu gün də ziyarətgah kimi fəaliyyət göstərir. İnsanlar arzu-diləklərinin həyata keçməsi üçün, bu müqəddəslərin ruhlarına bu gün də nəzir boyun alır və nəzirlərini bu ocaqlara verirlər.
Yazdıqlarımızdan belə çıxır ki, "Əvvəl söz vardı, söz Allahda idi və söz Allah idi" ifadəsi - Atum (Adəm), Yafət, Azər (Osiris) və s. adlarla tanıdığımız Ra-Amon/Rəhman Allaha aiddir. Əzəl yazıya, yəni Lövhi-Məhfuza uyğun olaraq, sözlə işıqdan, nurdan yaradılmış bu Allah axirətdə məhv olur və bununla da onun seçilmişləri olan pir-bəglərin söz qüdrəti də itir və bu göy insanları adi insanlara çevrilirlər. Azəri xalqı, əcdadları firon-pir Amonun (Əman) sözlə yaratdığı Atum/Adəm Allahın ölümünü Aşura (Azər) mərasimi ilə minillər qeyd edirlər (Məqalə: "Aşura – Azərbaycan Atabəglər şahlığının məhvinin mərasimidir", sayt: https://gilarbeg.wordpress.com/2021/08/11/asura-az%c9%99rbaycan-atab%c9%99gl%c9%99r-sahliginin-m%c9%99hvinin-m%c9%99rasimidir/). Elə bu Əzəl yazıya uyğun axirətdə Azər/Osiris Allahı yenidən diriləcəkdir.

Firudin Gilar Bəg

--












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.