Aşura - Azərilərin qədim İsna Aşəriyə dininin mərasimidir
19-08-2021, 11:19
Aşura mərasimi - Azər oğullarının 5500 yaşlı, dünyanın ən qədim İsna Aşəriyə dinin mərasimidir. Batıni mənada İsna Aşəriyə - Azərin On iki imamının dini deməkdir. Qədim Misir yazılarında bu On iki imam - "Asarın (Osiris) On iki Böyük Allahları” kimi keçir. Buradakı İsna rəmzi - Süni (Sina), yəni Sünik göylərində İnaq (inok) bəglərinin tikdiyi səhradır və ərəb mənbələrində bu səhra - Kərbəla çölü də adlanır. Batini mənada Kərbəla rəmzi Kor-Baal rəmzidir ki, bu da Kor Balaat, yəni Qor vilayəti deməkdir (Məqalə: "Batinilikdə Kərbəla və Hüseyn rəmzləri nə deməkdir", sayt: https://gilarbeg.wordpress.com/2021/08/12/batinilikd%c9%99-k%c9%99rb%c9%99la-v%c9%99-huseyn-r%c9%99mzl%c9%99ri-n%c9%99-dem%c9%99kdir/). Qor vilayəti dedikdə isə, qədim Misir mənbələrində Qor yolu ilə gedən Asar/Osiris/Azər Allahlar nəslinin Sünik göylərində yaratdıqları ruhlar dünyası nəzərdə tutulmalıdır.
Qor Allahları nəsli bizlərə Azərbaycanın Qacar şahları nəsli kimi tanışdır ki, onların əcdadları Gelat/Xelat göylərində Xüld cənnəti yaratmış və orada ölümsüzlük qazanmışlar. Tövratda Gelat - Midiya ismaililərin vətəni kimi keçir ki, Allah bu eli "Mənim Geladım" adlandırır. Başqa sözlə, Gelat/Xelat - Allahın mülküdür. Mənbələrə görə, II Nəsir əd-din Məhəmməd Sökmən, Xelatı və digər çoxlu şəhərləri aldıqdan və “On iki şəhər”ə yiyələndikdən sonra özünü Şahi-Ərmən adlandırdı. Xelat isə - Azərbaycan Atabəglər Ailəsinin malikanəsinə çevrildi (Məqalə: "Aşura – Azərbaycan Atabəglər şahlığının məhvinin mərasimidir", sayt: https://gilarbeg.wordpress.com/2021/08/11/asura-az%c9%99rbaycan-atab%c9%99gl%c9%99r-sahliginin-m%c9%99hvinin-m%c9%99rasimidir/). Burada “On iki şəhər” rəmzi də Allahın göydə yaratdığı ruhlar dünyası mənasındadır ki, Əflatuna görə, göydəki bu ruhlar dünyası, yuxarıdan baxanda – 12 hissəli dəridən tikilmiş və müxtəlif rənglərlə işlənmiş alabəzək top kimi görünür. Şahi-Ərmən (R-MN) rəmzi isə Ra-Amon Allah deməkdir ki, məhz o Xelat göylərində Xüld cənnəti yaratmışdır və bu haqda biz - "Azər Allahı, Onun müqəddəs Dili, Dini və Eli" adlı məqalədə geniş izah vermişik (sayt: https://gilarbeg.wordpress.com/2021/08/19/az%c9%99r-allahi-onun-muq%c9%99dd%c9%99s-dili-dini-v%c9%99-eli/).
Qədim Misir yazılarına görə, axirətə yaxın Azər, yəni Asar/Osiris Allahı, qardaşı Set tərəfindən öldürülür və axirətdə oğlu Qor tərəfindən yenidən dirilir. 5500 il müddətində Azərin ölümü, onun xalqı tərəfindən xüsusi matəm mərasimi ilə qeyd olunurdu. Bu gün bizim Aşura adlandırdığımız mərasim də məhz Azərin ölümü ilə bağlı keçirilən mərasimdir (Məqalə: “Aşura haqqında əsl həqiqətlər”, sayt: http://gilarbek.blogspot.com/2015/10/asura-haqqnda-sl-hqiqtlr.html?m=1).
Firudin Gilar Bəg