AL, VER, VER, AL...
20-08-2021, 16:07
Baxıram hamı insanları nəyəsə inandırmağa çalışır. Başda TƏBIB rəsmiləri. Ən aktual məsələ, vaksinasiyadır. Təhrikedici və ya şirnikləndirici rəsmi təkliflər də edilir ki, bircə insanlar vaksin vurdursun.
Deyim biləsiniz, cənablar və cənabələr!
lnandırma metodlarınız əvvəl düz olmadı, indi də düz deyil və heç düz olmayacaq da!
Niyə?
Sadəlik yox, hikkə ilə başlandı prosses. Anlamadınız ki, mən dedim, vsyo, daha keçmir, Ramiz müəllimin əziz canı üçün keçmir.
Bir epizodu da xatırladım. Yasamalda ciqan gədələr var, şkaf boyda kişiləri yortub, qaçır. Yəni güclülərin mən deyən olacaq hikkəsi, sıraviləri daha da aqressiv edir və keçmir. Hətta cinayətə sürükləyir.
Deməm o ki, insanlarla insan kimi davranın. Ictimai rəylə, informasiya ilə işləyəndə, jurnalistin peşəkarını seçin, fiquralısını, vidlisini yox. O adamları seçin ki, sözünə inam var. Hə, bunu da deyim. Söylədiyim o peşəkarları da adamları yenə aldatmaq üçün vasitə kimi yox, onlarla birgə inandırmaq üçün seçin.
Detallara varmadan, bircə söz də deyirəm. Bu peyvənd, açıb qapatmaq işində hamının yaxın-uzaq qohumu haradasa işləyir, nəsə bir biznesi var. Yəni camaat bu alveri görür axı, sizə niyə inanmalıdır? Onlar peyvəddən sizə görə qorxur. Burda anlaşılmaz nəsə yoxdur. Sizin gətirdiyiniz və vurduğunuz hər şey, gördüyünüz iş kimi əyri və saxta ola bilər. Ona görə də sizdən qorxur adamlar. Yoxsa vətən üçün can verən və ya canverən yetişdirən millət, iki milliqramlıq mayedən niyə qorxsun axı?!
Odur ki, öncə alveri yığışdırın, alveri. Demək olar bütün dövlət qurumları var olayın içində.
Baxçada virus çıxır, müdir verir, ki, qapanma olmasın...
Restoranda qayda pozulur, iş adamı verir ki, toyu çox olsun. Hələ adam sayı artıq olsun deyə də verirlər, alan da onu bölür...
Vaksinasiya növbələşməsində onlayn sıralamanı heç yerinə alan yoxdu...
Onlayn növbə sisteminin özü də bərbaddır, düşmək olmur, sistem çöküb...
Əksər poliklinikalardakı növbə və şərait dəhşətlidir...
Ağır xəstələr, hansına ki, vaksin vurdurmaq olmaz, qanuni sənəd alanacan əzab çəkir ailəsi...
...Və bizim bircə işimiz düzdür, al,ver, ver, al, vəssalam!..
P.S. Yalandan ütülü yerləri çəkib, dövlət başçısına göstərib, bizim kimi müəlliflərin adını pisə çıxarmayın. Dövlət də, bu peşə də bizim kimilərin çiynindədir.
Jalə Mütəllimova
Teref.az