Qeyri-döyüş şəraitində ölən əsgər...

23-08-2021, 08:11           
Qeyri-döyüş şəraitində ölən əsgər...
Bir əsgərin qeyri-döyüş şəraitində həlak olması nə deməkdi, gerçəkdən anlamıram?!.
-Gəzməyə gedirmiş?
-Əyləncə saatında imiş?
-Kefə gedibmiş?
-Şellənirmiş?
Bu qeyri-döyüş şəraiti sözünün açması, izahı nədir axı? Əsgər necə qeyri-döyüş şəraitində ola bilər, döyüş tam bitməyib?
Tamam müharibə, savaş 44 gündəki kimi yoxdur! Diplomatik, soyuq şavaş gedir indi, Qarabağda, Kəlbəcərdə, Laçında, Xocalıda və sair. Amma bu halda belə əsgər ölümünə, qeyri-döyüş şəraiti sözü yapışmır axı. Necməddin varinantıdır bu. Hesabla indi keçməməlidir axı. Niyə keçmir?..
...Və....qeyri-döyüş şəraitində həlak olub nə deməkdir əslində?
1.Şəhid statusu verilmir.
2.Şəhid deyilsə, bütün kompensasiyalardan, liqotlardan məhrumdur ailəsi.
Yəni bu gün üçün qeyri-döyüş şəraiti = guya maliyəyə "ekonomiyaya".
Bu insafsızlıqdır!
Bunu eləmək olmaz, günahdır!
Balası qeyri-döyüş şəraitinə düşən ailələrin çoxu acizdir, kasıbdır. Inciməsinlər, bəzisi hətta cahildir. Vayenkomatla dil tapa bilmir deyə, qeyri-döyüş şəraitinə düşün uşağı. Aparıb "qeyri-döyüş şəraitinə" buraxmayın, zülümlə böyüyür o uşaqlar. Yox əgər ki, buraxılır, barı onlardan ekanom etməyin. Alma ağacında yetişmirlər, candır onlar.
Bunu niyə yazdım, Zərdabın Alcanlı kəndində bir tanıdığım ailə var. Oğlu son savaşdan bir neçə il öncə Murovda şəhid olub. Bu dəqiqdir. Hadisəyə "qeyri-döyüş şəraiti" yarlığı yapışdırıb, ailəsini bütün liqotlardan məhrum ediblər, üstəlik hədələyiblər ki, sənin uşağın Murovda olmayıb ümumiyyətlə. Kişi deyir şəxsən getmişəm uşağımın yanına, Murova. Amma üzünə durudular ki, orda elə əsgər olmayıb. Hrç sən də bura gəlməmisən. Əsgər yoldaşlarını hərbi tribunalla hədələyiblər ki, sussunlar, yoxsa ipdən kənara düşərlər (Deyilənə görə daim qar örtüyü altında olan dərələrin yeri bilinsin deyə iplə hərəkət zolağı çəkilib bəzi yerlərinə Murovun, ondan bir addım kənara ayaq basdınmı, bu ölümdür. Yəni əsgər yoldaşları susmağa məcbur qalıb-red). Görünür nəsə başqa oyun olub, amma hələ də nə olduğu bəlli deyil. Bəlli olan bir o ki, ailənin tək oğul övladı olub həmin gənc. Bir də bacısı varmış. Atası deyir, məhləmizdən məzarlıq görünür, anası ora baxıb, hər gün ağlaya-ağlaya xəstəliyə düşdü və öldü. Qızı da kənd yeridir, tez köçürüblər. Indi ata deyir, bir şəkillərdir, bir mən. Ölənəcən oğlum şəhid statusunu versinlər, başqa dərdim yoxdur. Heç nə istəmirəm, ana-bala ruhları hüzur tapsın, vəssalam!
Indi tutalım döyüş şəraiti yoxdur haradasa, amma Murovda o illərdə məhz döyüş şəraiti olub, qeyri-döyüş şəraiti olmayıb axı...
Insaf edin, ailələrə faciə üstünə faciə yaşatmayın. Sonra da Abdulla Qurbaninin o əsəb oynadan səsi ilə çıxışlarına möhtac buraxmayın ailələri məzar başında.
Jalə Mütəllimova
P.S. Bayaq təsadüfən qarşıma bir əsgərin də qeyri-döyüş şəraitində həlak olması xəbəri çıxdı, ondan yadıma düşdü bu hadisə. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.