Azərbaycan ailəsi hörmət və sevgi ənənəsi idi...
2-09-2021, 17:50
...bəs hara gedir?..
Bir kişi səni sevmirsə...
Sən bir kişini sevmirsənsə...
Övladın dünyaya sevgidən yox, cinsi tələbatdan gəlibsə...
Bir ailə sevgi üzərinə qurulmayıbsa...
Bir ailədə qadına əl qalxıbsa...
Bir kişi qadınını döyübsə...
Bir qadın ailə başçısına sevgi yox, qorxu ilə yanaşıbsa...
Bir kişi əxlaqsızdırsa, qadına dəyər vermirsə...
Bir ailədə münasibət pərdəsi aradan götürülübsə...abır, tərbiyə, mərifət qalmayıbsa...
Bir ailədə, xəyanət varsa (xəyanətlər tək bədənlə edilən deyil, daha böyük xəyanətlər var) və övlad da hər gün buna şahiddirsə...
Bir kişi bütün bunlardan sonra özünü yenə də kişi...bir qadın da qadın sayırsa, onun sonu faciədir, ölümdür...
...Və hər ikisinə adamları cahillik, savadaızlıq, hikkə, sevgisizlik aparır.
...Və ölkədə ciddi şəkildə ailə dəyərlərinin zədələnməsi, standartının dəyişməsi baş verib deməkdir bu...
...O çox can atılan Avropanın, Amerikanın ailələrinə diqqət edin. Ailə dəyərləri ciddi şəkildə qorunur. Ailələr ənənlərin qorunması işində son dərəcə mühafizəkardır. Vahid ideoloji xətt, təbliğat mexanizmi var dövlətin bu istiqamətdə, millət də savadlı olduğundan bunu vacibliyini şüurlu şəkildə anlayır, qaydaya əməl edir...
Ingilis mühafizəkarlığı...
Alman dəqiqliyi...
Fransız sərtliyi...
...Bu üç sadalanan göstərici əsirlərdir milli keyfiyyət kimi hələ də qüvvəsindədir...
...Azərbaycan isə artıq ciddi şəkildə zədəlidir ailələrdən. Odur ki, aidiyyatı qurumlar, ailə dəyərlərinin qorunması, təbliği istiqamətində ciddi işlər görməlidir. AZƏRBAYCAN ailəsi dövlətin əsas sütunlarından biridir, bütün dövlətlərdə olduğu kimi. Insanlar və dövlətlər o zaman yenilnəz olur ki, onun hər şeydən əvvəl, ailə dəyərləri, ənənələri, köklü, sarsılmaz olur, qorunur.
***
...Məhşur filmdən bir epizodu xatırladım...
Ziyanlı biznes və cinayətlərlə məşğul mafiya böyüyünü bir neçə dövlətin təhlükəsizlik qurumu ortaq maraqlara toxunduğu üçün sıradan çıxarmağı planlayır. Nəticə bu olur ki, o mafiya lideri, hər kəslə ya dil tapır, dostlaşır, ya da ölümlərini reallaşdırır, yəni qalib olur. Təbii, dövlətlərin daha üst yetkililəri onu şəxsən görməyə maraqlı olur. Görüşdə ilk fikir belə olur:
-Biz səni yıxmaq, məhv eləmək üçün çox çalışdıq, alınmadı. Bunun sirrini araşdırdıq, ardından ailən çıxdı. Anladıq ki, bir adam hətta mafiya lideridirsə belə, onu güclü, yenilməz edən ailəsidir. Sən yaxşı ailən olduğu üçün güclüsən.
***
Indi ölkəni güclü dövlət, milləti xalq edəni, AZƏRBAYCAN AILƏSINI sıradan çıxarırlar. Bəs bu dövlətə nə zaman SOS siqnalı olacaq görəsən?!.
Sevgi, hörmət ənənəsi olan Azərbaycan ailəsini qorumaq, gələcəyə daşımaq mümkün olacaqmı?..Gözləmək və müşahidə etmək, bir də yazmaqdan savayı yol yoxdur hələ ki...
Jalə Mütəllimova
02.09.2021.