Batin alimindən sensasion iddia: Əsl İslam - cənnət fəlsəfəsidir

4-09-2021, 07:24           
Batin alimindən sensasion iddia: Əsl İslam -
Bildiyimiz kimi, dünyanın ən geniş yayılmış dinlərindən biri də İslam dinidir. Bu gün internetdə İslam haqqında istənilən qədər məlumatlara rast gəlmək olar. Lakin bu məlumatlar bəzən insanlar üçün məntiqi baxımından izaholunmaz qalır. Bunun da səbəbi əsl İslamın daha dərin mənalara malik batini məntiqidir. Bu məqalədə biz İslam dininin əsl mahiyyətinə, yəni onun batini mənalarına aydınlıq gətirəcəyik.

Bütün dinlər kimi, İslamın da bir sirli hadisə ilə bağlılığı haqqında biz məqalələrimizdə yazmışıq (Məqalə: "Основой всех религий является одно космическое событие", sayt: https://firudin.blogspot.com/2020/04/blog-post.html?m=1). Bütün dinlərin ümumi mahiyyəti - Türk bəg-ərənlərin Azərbaycan Atabəglər Ailəsinin malikanəsi olan Xelat göylərində yaratdıqları Xüld cənnəti ilə bağlıdır. Əhdi-Ətiqdə Xelat/Xüld rəmzləri Midiya ismaililərinin Gelad yurdu kimi təqdim edilir ki, Allah bu yurdu - "Mənim Geladım" adlandırır. Tövrata görə, Musa peyğəmbər Xelat/Gelad göylərində Vəhy cadırı yaratmışdır və Allah bu cənnət çadırında sevimli Azəri bəglərinin arasında yaşayır. Misir fironu (piri) Amonun öz firon-bəgləri üçün yaratdığı bu Vəhy çadırında xoşbəxtliyi dadmaq, sonradan adi mömin insanlara da qismət oldu. Bunun üçün Amon Allah, adi insan ruhunun cənnətə düşməsinin qayda-qanunlarını yaratdı və bunu İslam adlandırdı. Məşhur sufi alimi Mühiddin ibn Ərəbi insanlara müsəlman olaraq ölməyi tapşırır ki, bu da qeyd olunan qayda-qanuna tabe olub, itaət edərək ölmək mənasındadır. Adi möminlər yalnız bu halda, Allahın öz seçilmişlər nəsli üçün yaratdığı cənnətə düşə bilirdilər (Məqalə: "Cəhalət mömin müsəlmanları da cəhənnəmə aparır", sayt: http://www.gilarbeg.com/index.php?sehife=oxu〈=1&content=1181).

Batini mənada İslam - İsa-Aləmi, yəni ruhlar aləmi deməkdir və Qurana görə də ilk müsəlman və şiələr - İbrahim, Nuh, Yaqub və s. peyğəmbərlər olmuşlar. Gelad/Xelat ismaililəri ərəb mənbələrində ifrat Gelati-Şiə ismaililəri, batiniləri kimi keçir. Azəri ismaililərinin bu islamı isə ən qədimdə İsna-Aşəriyə dini kimi, yəni (Azərin) On iki imam dini, daha dəqiqi isə on iki Asar/Osiris Allahlarının dini kimi məlumdur. Qədim Misir mənbələrində Şiə rəmzi Şu Allahına aid edilirdi və Ra-Amon (Rəhman) Allahın göydəki cənnəti saxlayan ruhu mənasını verirdi. Sonradan qədim yəhudilər, yəni Xəzər Türk bəgləri Şu Allahını - Yeşua, on iki Asar/Osiris Allahını isə İsrailin (Asar-Elinin) on iki oğlu kimi rəmzləndirdilər. Bütün bunlar o deməkdir ki, əsl İslam - Azəri Türk bəglərinin 5500 yaşlı İsna-Aşəriyə dinidir. Bu gün artıq məlumdur ki, bu şiəlik İran və Azərbaycan ərazisində İslamdan min illər əvvəl İsmail obrazı ilə bağlı olmuşdur və batini mənada İslam (S-LM) və İsmail (S-ML) rəmzləri eyni fikri ifadə edir. İsmailin İslamı yazıların batini mənalarıdır. Başqa sözlə, əsl İslam - Quranın batini mənasını əsas tutan Gelat (Qulat) ismaililərinin İsna-Aşəriyə dinidir.

İsna-Aşəriyə dinində Məhəmməd peyğəmbər nəhəng ölçülü göy insanıdır. İbn Ərəbi Məhəmməd peyğəmbərin, təbiətin ilahi gücünü oyadaraq, onu hərəkətə gətirdiyini bildirir. O, Məhəmməd peyğəmbərin biliyini də, qədimliyini də bilavasitə Allahla eyniləşdirir və bildirir ki, “dünya tərtibi onunla başlamış və onunla da qurtarmışdır: Adəm - gil və torpaq olanda o artıq peyğəmbər idi, sonra isə elementar quruluşuna görə, peyğəmbərlərin möhürü oldu”. Əl-Qəzali irsinin araşdırıcısı Nikolsona görə də Məhəmməd peyğəmbər, Allahın obrazı ilə yaradılmış və kosmik güc hesab edilən Göy insanıdır. Kainatın qayda-qanunu və qorunması ondan asılıdır. Bu isə o deməkdir ki, batinilərdə Məhəmməd peyğəmbər kosmik ölçülü İlahi varlıqdır ki, Şumer yazılarında bu nəhəng göy insanı Luqal (LQ-L), yəni "İlahi-El" adlanır. Bu rəmz isə elə "El-İlahi" mənasını verən Allah (L-LH) rəmzi ilə eyni mənalıdır. Belə çıxır ki, Məhəmməd peyğəmbər Allahın obrazıdır, yəni Allahdır. Rusiyanın Astraxan şəhərindəki hərbi şöhrət muzeyində saxlanılan çar İvan Qroznının dəbilqəsində, ərəb qrafikası ilə yeddi dəfə "Allah Mühəmməd" yazılır və bu da peyğəmbərimizin - Allahın obrazı olması deməkdir. Qədim Misirdə bu kosmik ölçülü Allah - Gel elinin (Gelat) göylərində yaradılmış Atum Allahı adlandırılır. Atum (TM) rəmzi isə batinilərdə Adəm (DM) rəmzi ilə eyni mənalı rəmzdir və ibn Ərəbi Adəmə - Haqq, yəni Allah deyir. Deməli, batinilərin İsna-Aşəriyə dininə görə Adəm və Məhəmməd peyğəmbər - qədim Misirin kosmik ölçülü Atum Allahıdır və bu İnsan-Allah Azərbaycanın Gel-Gelat elinin göylərində var olmuşdur.

E. ə. VIII əsrə aid Assuriya yazılarında Midiya ərazisində “Şərqin ərəbləri” ölkəsinin adı çəkilir. Şərq dedikdə, qədim Misir mətnlərində və məşhur sufi Sühravərdinin İşraq fəlsəfəsində - Allahların doğulduğu göy aləmi nəzərdə tutulur. Yunan mifologiyasına görə Ereb (Ərəb) - Xaosdan (Oğuz) yaranmışdır ki, bu da “göydə yaradılmış el” fikrini ifadə edir. Belə çıxır ki, sufilər də Ərəbistan deyəndə göydə yaradılmış Oğuz (Xaos) elini nəzərdə tuturlar. Deməli, batinilərdə Ərəbistan ölkəsi, göy səhralarında yaradılmış ruhlar dünyası mənasındadır və burada Misir Allahları ömürlərini davam etdirirlər. Şərq ölkəsi adlandırılan Albaniyaya aid mənbələrə görə də göydəki bu səhranı inaq-bəgləri Sünik-Gelarkünidə, yəni Gel elində tikmişlər.

Batinilərdə ərəb (RB) rəmzi - Ra (R) günəş diskinin fironun Ba (B) ruhu ilə birləşməsi mənasındadır ki, bu da elə Ra diskinin Amonun ruhu ilə birləşməsi deməkdir. Başqa sözlə, batinilərdə ərəb (Rəb) rəmzi Ra-Amon rəmzi ilə eyni mənalıdır. Bu isə o deməkdir ki, batinilərə görə qədim ərəblər - Ra-Amon Allahının yolu ilə (Qor yolu ilə) gedib cənnətə düşən Asar/Osiris/Aşar/Azər firon-bəgləridir. Ərəb dili də Quranda - pir Əmanın (Amon) ölümsüzlük qazanmış ruhunun (Ruhul-Əmin) seyid-bəglərin ürəyinə endirdiyi vəhy mənasındadır.

Təbəri yazır ki, ərəb geneoloqlarına görə indiki ərəblər əsl ərəblər deyil. Əsil ərəblər cədis, ad, samud və s. tayfalarıdır ki, İslama qədər köçüb getmişlər. Cədis tayfasının Kadus olduğunu nəzərə alsaq, başa düşərik ki, əsl ərəblər hələ e. ə. VIII əsrdə Azərbaycan ərazisindəki Midiyada yaşamış və bu gün pir, bəg, seyid, şıx və s. adlandırılan Azəri tayfalarıdır. Tarixçi B. A. Turayev də xüsusi qeyd edir ki, marlar (seyid-mirilər) ölkəsi olan Kadeş, yəni Kadus – Aziru (Azəri) şahlığıdır.

Bütün bunlar o deməkdir ki, əsl İslam - pirlər (fironlar) nəsli olan Azəri şad bəglərinin Azərbaycanın Gel elinin (Gülüstani İrəm) göylərində yaratdığı cənnət mənasındadır (Məqalə: "Göydə cənnət yaratmış Azəri bəgləri - Şəddadilər", sayt: https://firudin.blogspot.com/2020/09/goyd-cnnt-yaratms-azri-bglri-sddadilr.html). Quranın batini mənaları da bu ruhlar dünyasının yaradılması ilə bağlı rəmzlərdir ki, adi insanlar bu yaradılışı dərk etmək səviyyəsində olmadıqları üçün, ismaili-nizari batiniləri bu rəmzləri sadələşdirdilər.

Qədim müdriklərə görə, Allah iki növ insan yaratmışdır ki, bunlar da göy və yer insanıdır. El arasında göy insanı dedikdə seyidlər, yəni Türk şad bəgləri, yer insanı dedikdə isə avam adlandırdığımız digər adi insanlar nəzərdə tutulurdu. Qədim müdriklərə görə, avam yer insanlarını təbiət və şəhvət idarə etdiyi üçün onlar İlahi sirləri dərk etmək qabiliyyətində deyillər. Xristian din xadimləri Əhdi-Ətiqi adi insana oxumağa belə verməyi, müqəddəs şeyi itin-donuzun qabağına atmağa bənzədirlər (Məqalə: "Истина о небесных и земных людях", sayt: https://firudin.blogspot.com/2020/07/blog-post.html?m=1). Deməli, Quranın, hədis və s. yazıların zahiri mənası - İlahi sirlərin avam insanlar üçün sadələşdirilmiş variantıdır.

Son dövrün araşdırmalarından çıxan nəticəyə görə, müqəddəs Quran kitabı əvvəlcə türk dilində yazlmış, sonra ərəb dilinə tərcümə olunmuşdur. Tanınmış türkoloq Murad Acının araşdırmalarından məlum olur ki, İslamın ilk çağlarında nə ərəb xalqı, nə də ərəb dili mövcud olmuşdur. Quranın ən qədim mətnlərini heç bir ərəb aliminin anlamaması, bu kitabın ərəb dilinə yad olan sözlərdən ibarət olması ilə bağlıdır. Şiəliyin, bəktaşiliyin araşdırıcısı Şakir Keçəli yazır ki, Anadoluya köç edən türkmənlər arasında baba, ata, dədə, Xorasan ərənləri adlandırılan insanlar vardı ki, onlar İslamı qədim inamlarla qarışdırıb sadə xalq-islamçı din yaratmışdılar (Məqalə: "Həqiqi İslam – Albaniya bəktaşilərindən başlanır", sayt: http://gilarbek.blogspot.com/2019/04/hqiqi-islam-albaniya-bktasilrindn.html?m=1). Başqa sözlə, bu gün qəbul olunmuş zahiri İslam - Türk bəg-ərənlərin sadə avam xalq üçün yaratdıqları dindir. İslamın batini mənası isə - Misir piri (fironu) Amonun Azərbaycan göylərində yaratdığı kosmik ölçülü Osiris (Asar/Azər/Aşar) və ya Atum (Adəm) adlanan Allahın yaradılışına həsr olunmuş kamil fəlsəfədir.

Qədim Misir yazılarına görə, axirətə yaxın Azərbaycan göylərində yaradılmış Asar (Osiris), yəni Azər Allahı ölür və bununla da göydə və yerdə Azər Eli 14 hissəyə parçalanır. Bu ölümlə Azəri müqəddəsləri öz İlahi qüdrətini itirib, adi insana çevrilirlər. Azər Allahının ölümü artıq 5000 ildir ki, onun xalqı tərəfindən Aşura mərasimi adı ilə qeyd olunur (Məqalə: "Aşura haqqında əsl həqiqətlər", sayt: http://gilarbek.blogspot.com/2015/10/asura-haqqnda-sl-hqiqtlr.html?m=1). Misir yazılarına görə, axirətdə Azər/Osiris oğlu Qor, atasının parçalanmış hissələrini yığıb, onu birləşdirir və Azəri yenidən dirildir. Qor (Aqar) rəmzi batinilərdə İsmailin anası Həcər, yəni Qacar kimi məlumdur. Məhz Cəlair-Qacarların Allah tərəfindən qorunan Gel, yəni Xelat/Xüld eli numizmatika nümunələrində "Xəllədə Mülkə-Hu", "Xəllədullah Mülkə-Hu", yəni "Allahın Mülkü Xəlləd/Xelad" adlanır. Mənbələrdə 14 hissəyə parçalanmış Azərbaycanı da məhz İsmail obrazı, yəni Mehdi rolunda göstərilən Şah İsmail Xətai birləşdirir. Mənbələrdə Şah İsmailin adam yeyən kimi qeyd olunması da onun ölüm şahlığının Allahı Osiris (Asar), yəni Azər rolunda qayıtması anlamındadır (Məqalə: "Şah İsmayılı təhqir edən Güntay Gəncalpa cavab", sayt: http://www.gilarbeg.com/index.php?sehife=oxu〈=1&content=1227).

Yazdıqlarımızdan çıxan nəticə odur ki, əsl İslam - çox dərin mənalar verən və insaniyyətlə bağlı yaradılışa həsr olunmuş, Gelati-Şiə ismaili batinilərinin ən qədim İsna-Aşəriyə dinidir. Bu din kamil yaradılış fəlsəfəsidir və onu yalnız ürəyində Allah eşqi olan möminlər tam dərk edə bilər.

Bütün bunlar haqqında daha ətraflı məlumatlar Batini-Quran kitabında və digər çoxsaylı məqalə və kitablarımızda verilmişdir.



Firudin Gilar Bəg












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.