Cinsi azlıqlar qətl edilsin...

5-09-2021, 16:56           
Cinsi azlıqlar qətl edilsin...
...Azərbaycana yaradılan növbəti maneə daha eybəcər format və mərhələdə davam edir.
Özünə bloger, sosial media fenomeni deyən birinin çıxışını dinlədim. Deyim ki, mübarizənin son dərəcə eybəcər formatıdır. Bu gənc qız kimin blogeridir, bilmirəm. Oturub bir cinsi azlığı və sonra da bütün cinsi azlıqları ölümlə hədələyir. Üstəlik DIN-ə müraciət edib, dövlətin bir ciddi qurumunu da şantaj eləyir.
Iki gün öncə isə başqa bir ilk oldu. Cinsi azlıqlar, ölkə başçısına hüquqlarının müdafiəsini təmin etmək üçün müraciət etdi, özü də video formatda. Bu addımın mahiyyətini anlamayanlar, bəzi anlayanlar da o videonu tirajladı.
***
Dünyanın hər yerində cinsi azlıqların ana təşkilatını, LGBT-ni dövlət idarəçiliyinə yerləşdirirlər. Guya hədəf yer kürəsini xilasıdır həm də. Istəyirlən onlarla bağlı hər şey qanuniləşsin, leqallaşsın.
Təsəvvür edin, istəyirlər ki, Azərbaycanda çox sadə dillə deyim, bir transın ailəsi, o biri transın evinə elçi getsin. Yəqin bunu kimsə təsəvvür edə bilmədi, eləmi? Ay sağ olun, elə buna görə də onların ən böyük hədəflərindən biri inkişaf etmiş türk-müsəlman ölkəsi olan Azərbaycandır. Üstəlik kişi və qadın xarakteri milli dəyər olan Azərbaycan. Əlavə edirəm, yazınlarda həm də böyük, bütöv olacaq Azərbaycan.
Ancaq bu Azərbaycanın iki böyük qüsuru var. Ona görə düz iki yüz ildir ən vacib hədəfinə çata bilmir. Biri nəfis, o biri emosiya. Bu qadının çıxışında məhz bu qüsurlar var. Nəfslə, emosiya.
Indi haqqnda danışdığı mövzunun ölkə üzrə ardıcıllığa baxın. Cinsi azlıqlar, ölkədə döyüldü, bir-ikisi qətl edildi. Ardıyca Prezidentə müraciət etdilər. Indi də bu blogeri atıblar ortaya xəstələri hədələtdirilər.
Nədir, geylərin, transların, feministlərin kütləvi mitinqini təşkil etdirməkdirmi hədəf?
Kimdir bunun təşkilatçısı ölkədə?
Bu barədə efir açıb sıravi vətəndaşı qızışdıranlar, danışanlar, məsələnin heç olmasa hara getdiyini görə bilirmi?
Inanmıram! Inanmıram, özü şəxsən qana ki, bu ölkədə bir və ya bir neçə cinsi azlıq öldürülsə, iş Azərbaycan dövlətinin üzərinə qalacaq və ona etdirilən bu çıxışda məqsəd zatən bu. Ölkədə qatı dini baxışları olan müxtəlif adamları qızışdırmaq. Indi, bu qıza biri geri bas desin...
Çünki ölümlə hədələdiklərinin mənəvi sahibi, LGBT siyasətdədir. Və bu məsələ onun nəfisli, emosiyanal, aavadsız başı üçün deyil. Bu məsələnin hədəfində Azərbaycan da var. Və xatırladıram, IŞID terror təşkilatı ilk fəaliyyətə başlayanda bir missiyası da işğal elədiyi bölğələrdə cinsi azlıqları edam edib, LGBT-nin siyasətə keçidini təşkil eləmək idi. Bu siyasət bilməz, bloqerlərinizə, jurnalistikaya sırıdıqlarınıza barı ustanovkanı doğru verin. Bu tip piyarların sonu isə yəqin bilirsiniz elə indidən çox net görünür!
Jalə Mütəllimova
05.09.2021.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.