Batin alimi tarixi darmadağın etdi: İşıq İnsanı və onun İlahi məntiqi

17-09-2021, 08:10           
Batin alimi tarixi darmadağın etdi: İşıq İnsanı və onun İlahi məntiqi
Bu məqalədə biz qədim müdriklərin məntiqi haqqında ətraflı məlumatlar verəcəyik və bu məlumatlar çox ciddi mənbələrə, təkzibolunmaz faktlara əsaslanır. Biz sadəcə riyazi təfəkkürə və məntiqə əsaslanaraq, coxsaylı mənbə və faktları analiz edib, bu elmi nəticələrə gəlmişik. Bunlar bizim öz fikirlərimiz deyil, elmi araşdırmaların nəticələrdən çıxan məntiqi qənaətimizdir və təbii ki dərindən düşünmə qabiliyyəti olan heç kim bunların yanlış olduğunu nə iddia, nə də sübut edə bilməz. Yazdıqlarımız, qədim mənbələrdə Allahlar, padişahlar, peyğəmbərlər, müdriklər və s. adlandırılan kamil insan nəslinin elmidir və ilkin materiyanın, yəni bizim İlah adlandırdığımız və hər şeyə həyat vermiş cövhərin qanunları ilə bağlıdır. İlkin materiyanın təzahürlərindən biri - dialektikanın "əksliklərin vəhdəti və mübarizəsi" qanunudur. Qədim Allahlar, insanı bu məntiqə əsaslanaraq iki növ - göy və yer insanı olaraq yaratmışlar (Məqalə: "Истина о небесных и земных людях", sayt: https://firudin.blogspot.com/2020/07/blog-post.html?m=1).

Əflatuna görə, göy insanları ilkin materiya ilə vəhdətdə yaradıldığı üçün onlar ölümsüzdürlər. Yer insanlarını isə bu ölümsüz göy insanları yaratmışlar və onlar ölümlüdürlər. Qədim müdriklər yer insanlarını - təbiətin və şəhvətin idarə etdiyi heyvani insan adlandırırdılar və mənbələrdə yazılanların onlara heç bir aidiyyəti olmamalarını xüsusi vurğulayırlar. Bütün qədim fəlsəfələrdə adi yer insanları heyvanlarla eyniləşdirilir və onların müqəddəs kitablarları oxuması belə günah sayılırdı. Göy insanları isə - Allahın Özünə qulluq üçün ayırdığı seçilmişlər nəsli adlanır ki, bunlar ilk yaradılmış Asar, yəni Osiris (Aşur/Azər) Allahlarının varisləridir. Quranda bu seçilmişlər İsrail/İzrail (Asar-El/Azər-El), yəni Asar/Azər oğulları adlandırılır və onların aləmlərdən üstün yaradılması xüsusi nəzərə çatdırılır (Məqalə: “Qurandakı İsrail oğulları - Azəri bəgləridir!”, sayt: Əflatun bu seçilmişləri "filosof-şahlar" kimi qeyd edir və bildirir ki, yaradılışda onların nütfünə qızıl qatılmışdır. Ərəb mənbələrində bu Asar/Azəri padişah-peyğəmbər nəsli "qızılbaşlar" kimi də məlumdur (Məqalə: "Qızılbaş nə deməkdir?", sayt: http://gilarbek.blogspot.com/2018/04/qzlbas-n-demkdir.html?m=1). Dünyanın ən qədim İsna-Aşəriyə (Sin-Azər) dinini yaradan bu Azər oğulları İslamda "Qızıl silsilə" (Sadat-Seyid silsiləsi) də adlanır ki, onlar İslam dininin bütün dövrlərində xüsusi vəzifə yerinə yetirən 33 müdrik hesab olunmuşlar. Biz bu müqəddəsləri həm də Azərbaycan Atabəglər Ailəsinin 33 bəgdən ibarət Ailəsi kimi tanıyırıq və "Azərbaycan Atabəglər Ailəsi və Onun 32 müqəddəs xalqı" adlı məqalədə bu göy insanları haqqında məlumat vermişik (sayt: https://firudin.blogspot.com/2021/01/azrbaycan-atabglr-ailsi-v-onun-32.html?m=1). Müqəddəsliklə bağlı olan otuz üç xalqın ata yurdu Azərbaycanda, keçən əsrə qədər insanlar iki növə: seyid və avamlara bölünürdü ki, bu da elə göy və yer insanları anlamındadır. İnsanlar rastlaşanda milli kimlik əvəzinə bir birindən - seyid və ya avam olmasını soruşardılar və bu da 33 xalqın eyni kökdən olması deməkdir. Qədim Misir mənbələrində, eyni kökdən olan bu Atabəglər Ailəsi - "Vahid əsilli xalqların Böyük İttifaqı" adlanırdı və ümumi Ruten ismi ilə qeyd olunurdu. Ruten (R-TN) rəmzi qədim Misirin Allah mənasını verən Neter (NT-R), türklərin isə Tanrı (TN-R) adlandırdıqları rəmzdir (Məqalə: "Великая тайна иудаизма и иудеев Хазарии", sayt: https://firudin.blogspot.com/2021/01/blog-post.html). Ruten - iki torpaqda, yəni yerdəki və göydəki torpaqlarda yaşayanların ittifaqı mənasında idi və Kitabi Dədə Qorqudda bu torpaqlar İç və Taş Oğuz kimi qeyd olunur. Bu kitabda Taş Oğuz dedikdə - Oğuzun yerdəki mülkü, İç Oğuz dedikdə isə Oğuz elinin içində, yəni göylərində yaradıldığı və ruhların ikinci həyat qazandığı ruhlar dünyası nəzərdə tutulur. Biz - "Assuriya qədim Azərbaycan ölkəsidir" adlı məqalədə Oğuzun göydə yaratdığı bu El haqqında geniş məlumat vermişik (sayt: https://gilarbeg.wordpress.com/2021/06/14/assuriya-qədim-azərbaycan-olkəsidir/). Başqa sözlə, qədim mənbələrdə göy insanı dedikdə Tanrı (Ruten/Neter) Oğuz xaqan nəzərdə tutulur ki, onun kosmik bədəni özündə iki dünyanı - Taş və İç Oğuz elini birləşdirir. Türk bəgi Taş Oğuzda dünyaya gəlib halallıqla yaşayır və öləndən sonra onun ruhu (qəd. Misirdə saxu/sak) göydəki İç Oğuz elinə qalxıb, bu mələklər yurdunda ikinci xoşbəxt həyatını davam etdirir.

Nəhəng Oğuz və onun bədənindəki el, qədim Şumer mənbələrində "böyük insan" mənasını verən luqal (LQ-L) adını daşıyırdı ki, bu rəmz batini mənada "İlahi-El", yəni İlahdan, ilkin materiyadan yaradılmış el deməkdir. Mənbələrdə luqalın bir adı Mesilim (MSLM) kimi qeyd olunur ki, bu da müslüm (MSLM), yəni müsəlman deməkdir. İslamda luqal, yəni "İlahi-El" rəmzi "El-İlahi" (Əli-İlahi) kimi qeyd olunan Allah rəmzidir və biz də Allahımızı Allahu-Əkbər, yəni Böyük Allah adlandırırıq. Mətnlərdə bildirilir ki, Mesilim - qədim Şumer şəhəri Kişin luqalıdır. Kiş (KŞ) rəmzi müdriklərin məntiqində Oğuz (ĞZ) rəmzi ilə eyni mənalıdır. Bu isə o deməkdir ki, "Kişin luqalı" rəmzi elə "Oğuzun Allahı" anlamındadır (Məqalə: "Bütün dinlər birdir", sayt: http://gilarbey.blogspot.com/2013/03/butun-dinlr-birdir_712.html?m=1).

Digər tərəfdən, Mesilim mənbələrdə elamlıların başçısı sayılırdı. Elam rəmzi - aləm, yəni dünya, el, vilayət deməkdir və akkadlar Elamı - Elamtu (LMT) adlandırırdılar. Bu rəmz isə batinilərdə Ələmut (LMT) kimi də oxunur və rəvayətə görə Ələmut qalasının başında Həsən ibn Sabah cənnət yaratmışdı. Başqa sözlə, Elam/Elamtu rəmzləri batinilərdə göydəki cənnət aləmi mənasındadır. Elamın paytaxtı Suz şəhəri sayılırdı ki, mənbələrdə bu rəmz Şuşan və Susan kimi də keçir. Batini mənada suz rəmzi - ruh mənasını verən issi (uzzu/işşu) rəmzi ilə eyni mənalıdır. Kitabi Dədə Qorqudda issi rəmzi digər yerdə asi kimi qeyd edilir. Bu kitaba görə Ümman dənizində kafərlər şəhəri tikilmişdir və orada asilər - su altında «Tanrı mənəm» deyə qışqırışırlar. Bu isə o deməkdir ki, Suz şəhəri Tanrıya çevrilmiş ruhların şəhəridir və bu şəhər Ümman dənizində, yəni göy sularında, göy okeanında tikilmişdir. Suz-Elamı isə elə asi-aləmi, yəni ruh-aləmi, ruhlar dünyası deməkdir. Əgər nəzərə alsaq ki, İslam (S-LM) rəmzi də batini mənada asi-aləmi (S-LM) mənasını verir, razılaşarıq ki, mənbələrdə İslam dünyası dedikdə göydəki ruhlar dünyası başa düşülməlidir. Məşhur sufi alimi Mühiddin ibn Ərəbi də İslamı ölümlə, yəni o dünyadakı həyatla bağlayır və onun yazdığına görə ilk müsəlmanlar İbrahim, Yaqub və s. yəhudi peyğəmbərləri olmuşlar. İbn Ərəbi "din" rəmzini El (Əl), yəni dünya, vilayət mənasında göstərir və bildirir ki, Allah bu dinə (DN), yəni Ədn (DN) cənnətinə, dünyasına (DN) düşməyin qanununu hazırlamışdır. Kim bu qanuna tabe olsa, yazılanlara itaət etsə, məhz o din cənnətinə düşəcək: "Böyük Allah dedi: Bu dini İbrahim oğullarına və Yaquba da vəsiyyət etdi: Ey oğullarım, Allah sizin üçün din seçdi: müsəlman olaraq ölün» - yəni Ona tabe olaraq. Burada “din” sözü dəqiq ifadə etmək və əhd-peyman üçün əlif və lam səsləri ilə qeyd olunmuşdur, çünki bu din, Böyük Allahın dediyi kimi: «Allahda olan bu din – İslamdır», yəni daha dəqiq, tabe olmaq kimi məlumdur və tanışdır. Beləliklə, bu din sənin tabeçiliyindir. Böyük Allahdan isə sənin tabe olduğun qanunun qəbuludur" (Mühiddin ibn Ərəbi, "Füsus-ül Hikəm", böl.8). Eyni fikrə Quranda da rast gəlmək olar: "İslamı din kimi qəbul etməyəndən qəbul olunmaz və o son mənzildə ziyanda olanlardan olar… Ey iman gətirənlər! Allahdan lazımi dərəcədə qorxun və yalnız müsəlman olaraq ölün… Ey Rəbbim! Sən mənə hakimiyyət verdin və hadisələri yozmağı (rəmzləri açma) öyrətdin. Göyün və Yerin yaradıcısı. Sən mənim bu dünyada və o dünyadakı havadarımsan. Məni müsəlman olaraq öldür və əməlisalehlərə qat!» (Quran, 3:85,102, 12:101).

Bütün bunlar o deməkdir ki, batini mənada İslam aləmi - kosmik Allahın daxilindəki ruhlar dünyasıdır, yəni İç Oğuz elidir. Digər məşhur sufi alimi Şihabəddin Yəhya Sühravərdi bu nəhəng göy insanını "İşıq insanı" adlandırır. İlahi nurdan yaradılmış məhz bu Allahdakı dində, Qızıl silsilə hər iki dünyanı idarə edir.
http://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html?m=1).
Yazdıqlarımızdan çıxan nəticə odur ki, göy insanı dedikdə, Azərbaycandan çıxmış və 33 dildə danışan padişah və peyğəmbərlər nəsli nəzərdə tutulmalıdır ki, onların avam adlandırdığımız yer insanından fərqi, ilkin materiya ilə vəhdətdə olmalarıdır. Deməli, ünsiyyət vasitəsi olan dilin, iki növ insana aidiyyəti yoxdur. İnsanlar yalnız yaradılış texnologiyasına görə iki növə bölünürlər. Mənbələrə görə hələ Aşinanın vaxtında Türk dilində danışan iki qrupun biri əsla Türk hesab olunmurdu. Başqa sözlə, insanların danışdığı dilə görə qruplara bölünməsi yanlışdır. Qədim müdriklər bütün ədəbiyyatları ikili mənada, zahiri və batini mənada yazmışlar. Batini məna, zahiri mənanın istiqamətini bildirir və yalnız İlahi sirləri bilənlər ümumi mənanı dərk edə bilirdilər. Avam, yəni yer insanları İlahi sirləri bilmədikləri və İlahla vəhdətdə olmadıqları üçün zahiri mənanı birbaşa mənada qəbul edirlər ki, bu da yanlışdır. Deyilənə görə peyğəmbərimiz demişdir: «Kim ki, müqəddəs yazıları ağılla izah edir və təfsirdə düz nəticəyə gəlir, həqiqətdə o səhv təfsir verir». Mühiddin ibn Ərəbi buna misal üçün Nuh surəsinin təfsirini qeyd edir ki, onun açması Quranda yazılanların tam əksidir.

Müdriklərin məntiqindən belə çıxır ki, iki növ insan və onların da iki növ məntiqi var. Zahiri məntiq avam, yəni yer insanları üçün, batini məntiq isə, Əflatunun filosof-şahlar adlandırdığı göy insanları üçündür. Bütün yazıların batini mənası - göy insanları nəslinin axirətə qədər bir-birinə olan münasibərlərinə aiddir. Kitabi Dədə Qorqudda bu münasibət - Taş Oğuzun İç Oğuza düşmən olması və onların döyüşü kimi qeyd olunur. Başqa sözlə, qədim müdriklərə görə bütün mənbələrdə - göy insanlarının yerdəki nəslinin öz dinlərindən dönməsi və göydə ölümsüzlük qazanmış əcdadlarının ruhlarına düşmən kəsilməsindən gedir. Ümumiyyətlə bilmək lazımdır ki, müdriklərin məntiqinə görə insaniyyətlə bağlı hər şeyi qədim Misirdə Ra-Amon (Ra-Əman) adlandırılan Rəhman Allah yaratmışdır. Yaratdıqlarının 7700 illik tarixini də Lövhi-Məhfuzda Allah əvvəlcədən müəyyənləşdirilib və Özü də bunların həyata keçməsinə nəzarət edir. Axirətə yaxın göy insanları öz əsl dinlərindən döndükləri və haqq-ədaləti itirdikləri üçün, onlar göydəki İç Oğuza düşmən olurlar. İç Oğuzla Taş Oğuzun savaşı da axirət savaşı mənasındadır ki, bu zaman Allahın Şərqdəki Türk ordusu, yəni İç Oğuz tanrıları yerdə axirət məhkəməsi qururlar (Məqalə: "Allahın Şərqdəki türk ordusu", sayt: http://gilarbek.blogspot.com/2013/11/allahn-srqdki-turk-ordusu.html?m=1). Təbii ki, bu savaşda insanlar milli kimliyinə görə yox, törətdikləri cinayətlərə görə mühakimə olunacaqlar.

Bütün bunlar o deməkdir ki, bu gün qəbul olunmuş tarix tam cəfəngiyyatdır. Bu tarix, ermənilərin ərəb yazılarını ermənicə oxumaları kimi bir şeydir. Əslində isə bütün mənbələrdə, tək olan Rəhman Allah və onun Özünə qulluq üçün seçdiyi göy insanlarının tarixi, fəlsəfəsi və dini rəmzlərlə verilmişdir. İngilislər də "history" dedikdə - "his story", yəni "Onun tarixi" mənasında Allahın tarixini başa düşürlər (əgər anlayırlarsa).

Sufi-batinilərin məntiqinə görə, bu dünyada insaniyyətlə bağlı hər şeyi Ra-Əman Allahımız yaratmışdır və bütün yazıların, abidələrin və ümümiyyətlə hər şeyin batini, yəni rəmzi mənası onunla bağlı olmalıdır. Bizim hətta muğamlarımızda "Yar Əman, Əman" sözləri dəfələrlə deyilir ki, bu da Ra-Əman Allahın mədəniyyətimizin mənbəyində durmasından xəbər verir (Məqalə: "Muğam – peyğəmbərin «merac» məqamıdır", sayt: http://www.gilarbeg.com/index.php?sehife=oxu〈=1&content=1153). Bu məntiqdə bütün qədim abidələr rəmzlərlə yazılmışdır və bu rəmzlərdə Allahın yaratdıqları insanlara çatdırılır. Batini mənası Allaha aid olmayan hər şey Allaha şərik qoşmaqdır. Başqa sözlə, son dövrlərdə yazılmış və adi insanlara həsr olunmuş bütün yazılar, romanlar və s. şirkdir. Şirk isə Allahın bağışlamadığı ən böyük günahdır. İnsan - Rəhman Allahın “ağlının”, “əllərinin” məhsuludur və onun taleyini də Allah əvvəlcədən yazmışdır. Yaradıcı olan yerdə yaradılışı tərifləmək, duluzçunu yox, onun düzəltdiyi kasanı tərifləmək deməkdir. Yaradıcı Allahımız isə insanı yaratmaqla kifayətlənməmiş, onun ikinci həyat qazanması üçün ona cənnət də yaratmışdır. Bu məntiqə görə bütün qədim yazılarda tək Allahın tarixi rəmzləndirilmişdir. İki-üç cümlə ilə biz bu tarixi belə ifadə edə bilərik: Rəhman Allah Öz Xelat (Xaldeya) elində Babil qülləsini tikdirdikdən, onun göylərində Xüld cənnəti var etdikdən və ilk "insanların" vahid sufi "dilindən" 70 dil yaratdıqdan sonra, onları dünyaya səpələdi (Məqalə: "Тайна святого языка Азери", sayt: https://firudin.blogspot.com/2020/08/blog-post_34.html). Bütün ölkələrin şahları olan göy insanların nəsli, yeni torpaqlarında, özlərinin ikinci dillərində Allahın 7700 illik tarixini rəmzlərlə yazdılar. Öz aralarında və saraylarda isə danışıq dili - ilkin materiyanın "dili" mənasında olan Türk dili idi (Məqalə: "Правители мира и их единый «язык птиц», sayt: https://firudin.blogspot.com/2020/08/blog-post.html?m=1). Göy insanlarının vasitəsilə Rəhman Allah bütün ölkələri axirətə qədər haqq-ədalətlə idarə etdi. Axirətə yaxın kosmik İşıq insanı, yəni Osiris/Azər Allahı parçalandı və onun yerdəki Azər eli də bölünüb yadlar əlinə keçdi. Eyni zamanda, göy insanları nəslinin yer insanları ilə qarışığından yeni insanlar yarandı ki, onlar göy insanlarının və onların Türk dilinin dünyaya sahib olmalarını qəbul edə bilmədilər və yeni dil ailələri nəzəriyyəsini ortaya atıb, dilləri - Hind-Avropa, Hami-Sami, Çin-Tibet və s. dil qruplarına böldülər. Təbii ki, bunlar da tam cəfəngiyyatdır və göy türklərinin tarixinə sahib çıxmaq məqsədini daşıyır.

Müasir insanların ateist olmayan bir hissəsi bu gün Allahın varlığına sözdə inanır, lakin Onun necəliyi haqqında ümumiyyətlə təsəvvürləri yoxdur. Onlar bütün hadisələrin təsadüfən baş verdiyi qənaətindədirlər. Əslində isə bütün baş verən hadisələr, ilkin materiyanın əvvəlcədən Allah tərəfindən sistemləşdirilmiş Əzəl yazısına, yəni Lövhi-Məhfuza uyğun baş verir. İlkin materiya həm də kamil ağıl olduğu üçün, Əzəl yazıya uyğun baş verməli olacaq hadisələrin ən optimalını hazırlayır və həyata keçirir. Allaha qədər, yəni axirətdən 5514 il əvvələ qədər bütün hadisələr səbəb-nəticə prinsipi ilə kortəbii baş verirdisə, firon Amon İlahı (Xaos) sistemləşdirib, ondan El (Oğuz), yəni Allah yaradandan sonra kosmosu bu Ra-Amon/Rəhman Allah idarə etməyə başladı. Başqa sözlə desək, təxminən 14 milyard illik günəş sisteminin son 5500 ilini artıq İlah yox, onu özünə tabe edən - əcdadımız pir Əman, yəni firon Amonun müqəddəs Ruhu idarə edir. Quranda, Amonun ölümsüzlük qazanaraq Allaha çevrilmiş bu müqəddəs Ruhu - "Ruhul Əmin" kimi keçir.

Bütün bunlar onu deməyə əsas verir ki, dünyada baş verən hadisələr heç də kortəbii yox, Əzəl yazıya uyğun baş verir. Azərbaycan səltənətinin Rusiya tərəfindən bölünməsi və torpaqlarımıza erməni adlı yer insanlarının yerləşdirilməsi də, baş verəcək kosmik hadisənin, yəni axirətin yaxınlaşmasının başlanğıcı idi. Allahın Mülkü sayılan Azərbaycanın pak torpaqlarının qanuni sahibləri - Qacar şahları, yəni qədim Misirin Qor yolu ilə gedən müqəddəslər nəslidir. Mənbələrdə onlar eyni zamanda ifrat ismaili şiələri, sorxsər bidin mülhidləri, yəni əhli-beytin ölümsüz Azəri mələkləri, assasinlər, nizari ərənləri, fədailər və s. adlarla keçirlər. Riyazi təfəkkürə malik məntiqli insanlar bilir ki, bu ölümsüz seyid-bəglərə qalib gəlmək mümkün deyil. Hələ keçən əsrin ortalarına qədər bu pir-bəgləri söz və fikirlə canlı varlıqları, o cümlədən insanları öldürə bilirdi. Allahın obrazı və bənzəri kimi yaradılmış bu bəg-ərənlər torpağı yadlara yalnız Allahın iradəsinə uyğun verilə bilərdi. Ümumiyyətlə insanlar anlamalıdırlar ki, dünyanı Allah idarə edir və qədim Misir yazılarına görə, yalnız axirət dövründə, yəni Quranda "torpaqların dəyişdirildiyi vaxt" adlandırılan 200-300 il zaman kəsiyində yerdə haqq-ədalət pozulacaq və dünya məhvə doğru gedəcək. Başqa sözlə, yaşadığımız dövrlərdə baş verən hadisələr təsadüfi yox, Əzəl yazıya uyğun baş verir. Sonda ölmüş Azərin, yəni kosmik Asar/Osiris Allahının yerinə göydə yeni Allah yaranacaq ki, mənbələrdə bu hadisə Azərin və ya Azər elinin - Lazarın (El-Azər) dirilməsi kimi qeyd olunur. Lazarın ölümü ilə bağlı isə İsa peyğəmbər İncildə bildirir ki, "bu Allahın şöhrəti üçündür".

Masonluğun əsasını qoyan ismaili batinilərinə görə, Allahın yaradılış prosesi yalnız axirətdə - ikinci Adəm, yəni Azər Allahı yaranandan sonra tamamlanacaq. Masonlara görə Azərin ruhu göydədir və masonlar onu - piramidanın zirvəsinin göydə, fəzada qalması kimi rəmzləndirmişlər (Məqalə: "Древние масоны – прямые потомки богов", sayt: http://gilarbey.blogspot.com/2013/08/blog-post.html?m=1). Azərin yerə enməsi - piramidanın fəzada olan baş hissəsinin yerdəki yarımçıq piramidanın üstünə, yəni öz yerinə oturması deməkdir ki, bu da Allahın, yəni Böyük Mühəndisin yaradılışı tamamlaması anlamındadır.

Bütün bunlar haqqında daha ətraflı məlumatlar, mənbələr və faktlar Batini-Quran və digər kitab və çoxsaylı məqalələrimizdə verilmişdir.



Firudin Gilar Bəg












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.