Separatizm meyilləri altında yatanlar…

21-09-2021, 00:01           
Separatizm meyilləri altında yatanlar…
ATİŞ Azərbaycan hökumətinin talışları xalq olaraq tanımadığı və hüquqlarının pozulduğuna dair hesabat hazırlayıb. Hesabatı Meydan TV ictimailəşdirib. Bu hadisə ölkədə məyyən narahatlığa yol açıb. Əslində bəlli bəyanat heş bir reallığa əsaslanmır, üstəlik talışların heç bir azadlığı pozulmur, həmçinin digər milli azlıqların. Bəs nə baş verir. Bu “hüquq yelləri” haradan, niyə əsir?
Feministlərlə alınmadı…
Cinsi azlıqlarla alınmadı…
Cənubda türklərin arasında kürd muxtariyyəti oyunu tutmadı…
Ermənistana azərbaycanlılarla mal yollamaq əməli də alınmadı…
Narkotik qaçaqçılığı da dolaşığa düşdü…
Qarabağ qayıtdı…
Ölkə içi müxalifətlə müxtəlif ittifaq cəhtləri alınmadı…
Fetö alınmadı…
Nurçular məsələsi provala uğradı…
Dini radikalizm hoqqaları keçmədi…
Vahabilər alınmadı…
Indi də milli azlıqlar məsələsinə girişiblər. ALINMAYQCAQ!
Xatırladıram, tarixən,
Qondarma Talış Muğan Respublikası alınmayıb…
Sadvalın arzuları, alınmayıb…
Şimal bölgəsində nurçu aktivliyi alınmayıb…
Muğan, Şirvan bölgələrində vahabilərin şəbəkəqurmaq cəhdləri alınmayıb…
…Və bir azərbaycanlı, bir müsəlman oğuz türkü, bu ölkədə nə edə bilirsə, bütün dini və milli azlıqlar bunu edir. Heç kim istisna deyil, hətta düşmənimiz olan qarışıq ailələrdə yaşayan azərbaycanlı erməniyə də ziyanı dəyməyib Azərbaycan dövlətinin. Yəni bu cəhd də keçməyəcək. Zatən iki yüz ildir keçmir. Azərbaycan bir şəkildə var olmağı başarır.
Mən milliyətcə talış deyiləm, amma hər bir azərbaycanlı ki, doğma bildiyim, talış dostlar var. Bəlkə də ölkədə çoxluq təşkil edən xalqın nümayəndəsi kimi bəndəniz olaraq mənim hüquqlarım hər kəsdən artıq pozulur. Yəni Azərbaycanda insanların haqqı milli mənsubiyyətinə görə pozulur deyən hər kəs böyük yalnışa yol verir.
İnsanların hüquqları idarəçilikdə yol verilən qüsurlardan yana pozulur və maləsəf Azərbaycan bu prosesdən kənarda qala bilmir.
Son illərin ən böyük facilələri Tərtər, Gəncə, Tovuz hadisələri, onacan Şəki, Quba, İsmayıllı, Mingəçevirdəki etirazların minlərlə qurbanı hansı milli mənsubiyyətə malik olanlar idi? Lütfən bunu hər kəs xatırlasın və yadında saxlasın. Azərbaycanda talışın, ləzginin, türkün hüqunun ayrı tutulduğu və hansınınkindəsə pozuntular olduğu barədə hər kəs ki, hesabat hazırlayar bu, seperatçılıqdır, başqa da bir şey deyildir.
***
…Bu arada Bakıda, başkəndin işğaldan azad edilməsi münasibəti ilə yürüş keçirildi.
…Rusiyanın Bakı buxtasına yan alan hərbi gəmisi isə “Mehtər marşı” ilə qarşılandı. Sonra da yola salındı. İran isə Azərbaycanla sərhəddə hərbi təlimlərə başlayıb. Baxmayaraq Bakıdakı diplomatik münayəndəsi Xankəndini Ermənistan ərazisi kimi sənədləşdirən ölkəsinə rəsmi notanı qəbul edib bu günlərdə. Üstəlik o, bir həftədə iki dəfə Azərbaycan Prezidentinin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyevlə müzakirələr aparmağı lazım bilib. Beləcə tarixən və indi talış separatçılarının başlatdığı təhlükəli oyunun haradan qaynaqlandığının konturlarını aydın görmək olur. Ancaq bu separatçılara və havadarlarına ən yaxşı cavabı elə talışlar özləri verdilər. Bu günlərdə bir ili tamam olacaq 44 günlük vətən savaşında da ondan sonra da. Beləcə İranın narahatlığı bir qədər də artmış olacaq. İran artıq Azərbaycanla qonşuluq körpülərini yandırmağa doğru irəliləyir. Çünki əzəldən məqsədi bu olub, sacədə içdə, gizlində fəaliyyət göstərib. İndi bütün kartların açıq oynandığı zamandır. Dünya yenidən düzənlənir. İran daha gizlənə bilmir. Yeri gəlmişkən, cənublu türk sürücülərdən ibarət yükdaşıyan TIR-ları Erməistana göndərmək də həmin təhlükəli göstərilərdən biridir. Bu aqresiya və hikkə ilə yaxşı sonlar isə mümkün olmur adətən.
Jalə Mütəllimova
20.09.2021.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.