Ismayıllı, Beyləqan, Ağcəbədi, Zaqatala, Balakən... ...Azərbaycanda narkotik becərilə n "qızıl beşlik"...
21-09-2021, 11:47
Hər şeydə beləyik, populist. Gündəm yaradırlar. Onun ardıyca gedilir. Kimisə tuturlar. Kimisə ""ziyana salırlar". Orta səviyyədə bir hesabat hazırlanır. Beş-üç yeni zərərli maddə adı reklam edilir. Söyürlər! Ağlaşırlar! Qucaqlaşırlar və əl-ələ verib , gedirlər yenidən mikrorayon tikməyə...yox səhv elədim, narkotik becərməyə.
Yeri gəlmişkən, artıq sezonudur. Azərbaycanın bəzi rayonlarında artıq narkotik becərmə sezonuna start verilib.
Əvvəlcədən deyim ki, konkret qurumlar gücləri çatanacan getdilər demək olmur. Çünki suallar var, əcəba getdilərmi? Dayandılarmı? Kim dayandırdı prosesi? Hara, kim dirəndi ki, dayandı? Niyə on minlərlə yarımçıq işlər siyahısına düşdü narkotiklərlə mübarizə işi də?
Nə yazıldı, nə silindi, nə razılaşdırıldı ki, məsələ gündəm olmaqdan çəkildi? Amma məsələn Sumqayıtda, Coratda narkotik bazarı daha da genişlındi. Bir də Azərbaycan cəmiyyətində narkomanlar narkotiklə mübarizə işində piar predmeti oldu. Maarifləndirmə işi sıfırın altında qaldı.
Deyim biləsinis, narkomanlar nəticədir. Yəni bir ziyanlı vərdişin insanı gətirdiyi nəticə. Onu çəkib bir az da lirik musiqi ilə təqdim etməklə iş bitmir. Bu barədə mütəxəssislər danışmalıdır. Varmı? Bir-ikisi var. Onun da danışmasındansa, susmasında fayda var. Çünki nəhəng dövlət qurumlarının susduğu məsələni, balaca bir ekspert danışmağa haqlı olaraq, qorxur. Üstəlik ölkədə narkomaniya köklü şəkildə araşdırılmır. Dövlət də bu işə hələ ki, əl qoymayıb. Bu da ciddi çəkingənlik yaradır. Çünki narkotiklərlə dövlət nəzarəti altında köklü mübarizə mexanizmi yoxdur. Odur ki, aşkar becərmələr başlanıb. Onlara bu yazıda şərti olaraq "Qızıl beşlik" də demək olar. Hətta belə bir əməliyyat da keçirmək olar ölkədə, təbii ki, istəsələr. Bu gerçəkdən hadisə olar.
Gələk ona ki, harada becərilir? Qarşısı alına bilərmi dövlət qurumları? Alınmırlarsa, niyə?
Əldə edə bildiyim beş böyük şəhərin adını diqqətə çatdırıram.
Ismayıllı...
Beyləqan...
Ağcəbədi...
Zaqatala...
Balakən...
Indi burada brş aydan sonra kiminsə balasını zəhərləyəcək narkotiklər becərilir.
Bəziləri bu işə qarşı tədbirlər görülməməsində yerli güc, təhlükəsizlik və icra orqanlarını günahkar bilirlər. Amma və lakin adıgedən dövlət qurumlarının yerli idarələri bu işdə yetərli güc deyil, hətta acizdirlər. Hətta zərərli bitkiləri yetişdirənlər o rayonlarda elə gücdürlər ki, bəzi qərarlar onlarla razılaşdırılmasa, alına bilmir.
Vəziyyət bu qədər ciddidir...
Vəziyyət bu qədər təhlükəlidir...
Vəziyyət bu qədər gərgindir...
Buna görə dövlətin narkotiklərlə mübarizə proqramını yenidən işlənməli, o proqramdan dövlət vəsaiti silmək mümkünsüz həddə gətirilməli və real iş görülməlidir. Beş rayonda dövlətin güc və icra orqanı iflic olursa, kimlərsə aşkar narkotik becərirsə bu artıq iflasdır. Beş rayon sənlik, sizlik deyil deməkdir. Dövlətə, hədədir, təhdiddir. Bu məsələnin qarşısının təcili alınması üçün adıgerən rayonların, güc, təhlükəsizlik və icra orqanlarının iştirakı ilə müşavirə və mətbuat konfransı təklif edirəm. Haydi bəylər, göstərin, nə qəddr dövlətçi, nə qədər mərd və cəsarətli nə qədər fədakarsınız?..
Jalə Mütəllimova
21.09.2021.