Sabiq təhsil ekspertini kim istifadə edir?..

30-09-2021, 16:00           
Sabiq təhsil ekspertini kim istifadə edir?..
İndiki deputat, sabiq təhsil eksperti, zamanında hörmətimi qazanmış, bir ziyalı kimi yaxşı dostlarımdan saydığım, Etibar Əliyevə və fəaliyyətinə məətəl qalmışam. Nədən? Çıxışlarından, zehin olaraq məruz qaldığı dəyişiklikdən və siyasi yanaşmalarından dolayı. Bir az qabaq deyirdi ki, jurnalistlərin mənzilləri əllərindən alınsın. İndi də hədəfdə məktəb direktorlarıdır. Əslində uzun illər tanıdığı kadrlar da demək olar. Özü də o direktorlar ki, bütün çətinliklərə rəğmən pedaqoji simalarını qoruyub saxlamaqdan yanadırlar.
20 saylı məktəbə uzun illərdən sonra normal bir insan təyinat alıb. Adam indi məktəbdə az qala başını itirib desəm bu çox yumşaq ifadə olar. Haradan bildiyimi desəniz, cavab verirəm, iki övladım bu məktəbdə təhsil alır. Pandemiya səbəbindən siniflər bölünüb, əlavə siniflər yaradılıb və buna görə məktəb iki növbədə çalışmağa məcbur qalıb. Bu arada övladlarım ikinci növbədə təhsil alır. Nə məni buna görə çağıran, nə nəsə istəyən, nə dövlət başçısına müraciət edirik, gəl qol çək deyən, nə də növbələşmə məsələsinə görə para tələb edən var. Qadın konkret qərarlar verir və nəyin bahasına olur olsun, peşəkarca onların icrasını həyata keçirməyə çalışır. Prespektivli mütəxəssisdir.
Zərifə Əliyeva adına liseydə rüşvət məsələsi qaldırır təhsil eksperti. Niyə indi? O vaxtlar, zamanında yox, məhz indi? Bildiyim qədəri ilə məktəb direktorları sırasında darama aparılır. Yəni təəssüf ki, bir qrup yaxşı təhsil kadrı sayılanlar dövlət quluuğunun ayrı-ayrı qollarında, vəzifələrə göndərilə bilər. Etibar Əliyevin haqqında yazdığı məktəb direktorlarının bir neçəsi məhz o kadrlardandır. Xatırladım ki, bu günlərdə Prezident sərəncamı ilə Bakı Baş Təhsil İdarəsinin rəhbəri Şmkirə isra başçısı təyin edilib ki, düzü buna şəxsən sevinmədim. Adam ölkənin az sayda təhsil mütəxəssislərindən və milli kadr sayılacaq biri idi. Təbii proses fərdi istəklərə bağlı deyil və yəqin ki, hələ belə təyinatların davamı da istisna deyil. İndi sabiq təhsil ekspertinin hədəflədiyi direktorların bəziləri məhz həmin kateqoriya kadrlardandır. Təyinat ala biləcəyi istisna olmayan. Və bunun qarşısını almaq üçün ən “yaxşı” və “rahat” vasitə, filankəs rüşvətə bulaşıb deməkdir. Tək bu kəlmə ilə xeyl yaxşı kadrın dosyesi kənara itələnə bilir.
Gələk yazıda qeyd edilən 60 saylı məktəbə. Bu məktəb ölkədə vəziyyəti o qədər də yaxşı saylımayan təhsil ocaqlarındandır. Nərimanov rayonu 36 saylı məktəbin direktorunu yenisi ilə əvəzləyib. Onu, Emilya Səfərəliyevanı yenicə 60 saylı məktəbə direktor təyin ediblər. Müəllimə uzun illər Sumqayıtda çalışıb. Daha sonra Bakıya gəlib. Gəldiyi gündə ən ağır durumda olan məktəblərdən birində çalışıb, 36 saylı TOM-da. Kontingent dəhşətli, təhsil səviyyəsi zəif, dərsdən yayınmalar, uğursuz nəticələrdən isə danışmaqla bitməz. Beş illik fəaliyyət nəticəsində məktən yaxşılar sırasına daşınıb. Nəticələri bu gün və beş il əvvələ görə yaxşı sayılır. İndi eyni işi görmək üçün xanım direktoru, 60 saylı məktəbə göndəriblər. Deputat Əliyevin yazdığı sosial şəbəkə statusunda adıgedən direktorun şəxsi biznesi barədə də məlumat yazılıb. Bəli, yox deyil, var. Əla olanı da budur ki, qadın özün bunu gizlətmir. Bir adam dövlətdən oğurlamır, büdcə yağmalamır, fırıldaqçı deyil. Bir adam xaricdə həkim kimi çalışan və 44 günlük vətən savaşında işini-gücünü atıb, Azərbaycandakı ailəsindən xəbərsiz, ölkəyə gələn, ön xəttə gedən, ailənin yeganə oğludur. Sumqayıtda yaşayan həkim bacısı və onun həyat yoldaşının, üstəlik iş adamı olmuş atasının sayəsində xırda bir biznes qurub. Qurub ki, oğru, rüşvətxor, korrupsioner damğası vurmasınlar ona. Çünki 500 manat maşşala insan oğru, yalançı, rüşvətxor, korrupsioner olmasa mümkün deyil yaşamaq. Məncə düz edib.
Gələk ona ki, yazıda niyə yalnız bir direktorun adını çəkdim?
Çünki E.Əliyevin yazdığı yedək məlumatların içində məhz bu xanımın, Emilya Səfərəliyevanın adı qeyd edilib. Demək ki, əsas hədəf elə odur. Prespektivdə daha yüksək posta təyinat şansı ola bilən adamdır. İndi inanmaq istəyirəm ki, E.Əliyev bütün bunlardan xəbərsiz olub. Onu sadəcə istifadə ediblər. Odur ki, təklifim var. Sayın sabiq ekspert özünüzü belə istifadəyə verməyin.
***
Sözügedən yazıda belə bir cümləyə rastladım: “Məktəbi idarə edən görünməyən əllər var”. Düzü bu ifadə hər şeydən daha çox çəkici gəldi mənə. Çünki bu gün ziyanlı vərdişlər və ziyanlı vərdişlərdən əziyyət çəkən ailələrin övladlarından yana məktəblərdə problemlər mövcuddur. Dedim yəqin uzunmüddətli mübarizədən sonra heç olmasa bir parlamentari səs çıxarmağa cəsarət edə bildi bu mövzuda. Siz deməyin, sözügedən əl
təhsil nazirinin keçmiş müavini Məhəbbət Vəliyevadır. Bu xanımla cəmi bir dəfə üz-üzə gəlmişəm, rəsmi dövlət tədbirində. Bircə onu deyə bilərəm ki, təqdim olunan imkanlarda biri deyil. Yəni dövlət gəl desə gələcək, et desə gedəcək. Və bildiyim qədəri ilə indi məhz get mərhələsindədir xanım Vəliyeva. Vəzifəsindən ayrılıb və heç yerə təyin edilməyib. Hə, ola bilər ki, təyinatı mümkündür. Və bu mümkünlük sabiq təhsil ekspertinin dostlarını qıcıqlandırır.
Sözüm sizədir qıcıqlananlardan yana olmayın Etibar Əliyev. Siz təkcə onun deyilsiniz. Daha dəqiqi sizi ziyalı kimi özünüz yetişdirmiş ola bilərsiniz. Amma kadr olaraq, ictimai adam olaraq insanlarınsınız. İnsanlara, dövlətə və peşəsinə xidmət edən adamları bu cür “vurmaq” nə kişiliyə, nə yolaşlığa sığmaz. Unutmayın sizi Ramiz Mehtiyevdən qoruyanlara deyirsiniz ki, sizin yarıtmaz kadrlarla işbirliyiniz var. Siz də bu rüşvət və korrupsiyadan yararlanırdınız. Ancaq həmin prosesi bilən az sayda media adamlarından biri kimi deyirəm ki, sizi əzrayılın ağzından bir də etibar edib qurtaran olmayacaq. Barı adınızı doğruldun, etibarlı qalın...
Jalə Mütəllimova
30.09.2021.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.