Əslini unutmuş Azər oğulları haqda qısa məlumat
30-09-2021, 22:17
Qədim Misir yazılarına görə Allah ilk olaraq dünyaya hökmranlıq üçün Azər, yəni Asar/Osiris Allahını yaradır. Mənbələrdə bu müqəddəslər nəsli - Allahın Özünə qulluq üçün yaratdığı Xəzər/Azəri Türk bəyləri kimi keçir. Digər mənbələrdə onlar Göy insanları adlandırılır və bizlərə bunlar - şahlığı göydən endirilmiş Kutilər/Qutilər (Xudalar) nəsli kimi də tanışdır. Mətnlərdə onlar əsasən Midiya şahları adlandırılır. Əhdi-Ətiqdə Madiam adlandırılan Midiya elinin sakinləri Gelat ismaililəri adlanır və bizlərə bunlar Azərbaycanın Xelat Atabəglər Ailəsi kimi tanışdır. Bu ailə özlüyündə 32 xalqdan ibarət olmuşdur (Məqalə: "Azərbaycan Atabəglər Ailəsi və Onun 32 müqəddəs xalqı", sayt: https://firudin.blogspot.com/2021/01/azrbaycan-atabglr-ailsi-v-onun-32.html). Qədim Misir yazılarında bu Ailə - "Vahid əsilli xalqların Böyük İttifaqı" adlanırdı ki, bu da onların İlahla vəhdətdə olan pir-bəglər, seyid-bəglər mənasında olması deməkdir. Bu isə o deməkdir ki, Azərilər dedikdə - Azərbaycandan çıxmış 32 xalq nəzərdə tutulur ki, onların hamısı Allahla bağlıdır və kökləri də birdir. Ən qədim zamanlardan son əsrlərə qədər Allah bu seçilmişləri vasitəsi ilə dünyanı idarə edirdi. Dünyaya hökmranlıq üçün səpələnmiş bu müqəddəslər nəsli öz aralarında və şah saraylarında türkcə, xalqları ilə isə əlavə 32 dillərdə danışırdılar. Bu əsilzadələr nəslinin Azərbaycandan dünyaya səpələnməsi haqqında mən məqalələrimdə məlumat vermişəm (Məqalə: "Правители мира и их единый «язык птиц», sayt: https://firudin.blogspot.com/2020/08/blog-post.html?m=1). Bu gün müxtəlif xalqların içində pir, bəg, seyid, şıx və s. olması, onların həmin ölkələrin şahlarının törəmələri olması deməkdir.
Əhdi-Ətiqdə İzrail, yəni Azər-Eli kimi keçən Azər oğulları - Allahın davamı, "bədəninin bir hissəsi" mənasında hesab olunurdular ki, Nuhla bağlı qədim yazılarda bu rəmz - "Nuh İlahı özü ilə gəzdirirdi" kimi təqdim edilmişdir. İran mənbələrində bu İlah - İlahi od kimi qeyd olunur və mətnlərdə bu odla bağlı olanlar - atəşbəglər, firon-bəglər (farbaq) adlanırdı. Yəhudi mənbələrində İlahi od - seçilmiş yəhudilərə verilmiş "dünyanı yaradan silah" kimi qeyd olunur. Belə çıxır ki, Azər oğullarına qüdrət verən İlahi odun hesabına onlar dünyaya min illər hökmranlıq edirmişlər. Məhz bu İlahi Azər odu ilə bağlı olan insanlar qədimdə müqəddəs hesab edilirdilər.
Bütün bunlar o deməkdir ki, ən qədim mənbələrdə Göy insanları və ya Allahın Özünə qulluq üçün ayırdığı seçilmişlər nəsli dedikdə - Azər oğulları olan 32 xalq nəzərdə tutulmalıdır.
Firudin Gilar Bəg
--