HƏRBİ TƏLİMLƏRƏ NİYƏ XEYBƏR FATİHLƏRİ ADINI VERİBLƏR?

4-10-2021, 08:33           
HƏRBİ TƏLİMLƏRƏ NİYƏ XEYBƏR FATİHLƏRİ ADINI VERİBLƏR?
XEYBƏR FATİHLƏRİ - Azərbaycana və onun müttəfiqi İsrailə təhdid olaraq başlatdıqları, ancaq sonlandıra bilmədikləri, yarımçıq saxladıqları tətbiqatlara bu adı verməklə əslində guya subliminal mesaj verirlər İsrailə. Demək istəyirlər ki, 1-ci imamımız Əli ibn Əbu Talib Xeybəri (yəhudilər yaşayırdı orda) fəth etmişdi, biz də sizin Qubadlıdakı camış fermanızı fəth edərik.
Amma hər zamankı kimi atdıqları bombalar yenə öz başlarına düşdü.
Kalınkafa, ikiayaqlı gerizəkalılar Arazboyu keçirdikləri hərbi tətbiqatlara Xeybər Fatihləri adını verməklə əslində indiyə qədər dandıqları tarixi bir həqiqəti etiraf etmiş olurlar. Təxminən 1400 il bundan öncə yəhudi kökənli əhalinin yaşadığı Xeybər kəndinə hücum edən müsəlmanlar kənd əhlinin ağ bayraq qaldırmasına baxmayaraq, kişilərin hamısını qılıncdan keçirdilər, uşaq və qadınları isə əsir alıb, qul bazarında satdılar. Tarixi qaynaqlarda göstərilir ki, Xeybərə hücum edən müsəlman quldurların başçısı Əli ibn əbu Talib bir gün ərzində 750 nəfər xeybərlinin boynunu vurdu. Təbəri bu haqda yazır ki, bu hadisədən sonra Əlinin qolu şişmişdi və o, sonrakı iki ay ərzində əlinə qılınc belə ala bilmirdi.
İranın molla rejiminə xidmət edən tarixçilər indiyə kimi bu tarixi faktı inkar edir, Əlinin qəddarlığını gizlətməyə çalışırdılar. İndi isə mollalar hərbi təlimlərinə Xeybər Fatihləri adını verməklə həm İsrailə subliminal mesaj verir, həm də dolayısıyla bəhs olunan tarixi faktı təsdiq etmiş oldular. Ancaq yuxarıda qeyd etdiyim kimi, arzu və istəkləri gözlərində qaldı, atdıqları bomba yenə öz başlarında partladı!
Elçin İlqaroglu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.