İnsan alveri, narkotiklər və qədim peşə...
7-10-2021, 13:41
...Azərbaycan gəncləşən qara bizneslərdən qurtula biləcəkmi?
İllər öncə idi. “Azadlıq” qəzetinin qızıl dönəmində, doxsanlarda, Daxili İşlər Nazirliyinin keçirdiyi gecə əməliyyatında media nümayəndəsi kimi iştirak edirdim. Nazirlik şəhərin konkret yerlərində əxlaqsızlıqla məşğul olanların reydi keçirirdi. Doxsanlar ölkənin ən ehtiyaclı dönəmləri dövrü idi həm də. Hələ əxlaqsızlığın beynəlxalq adı və qara biznes tərəfi barədə kütləvi deyildi məlumatlar. Heç düz-əməlli internet, kampyüter də yox idi. Sosial şəbəkələr ümumiyyətlə mövcud deyildi. Odur ki, sürətlə artmaqda olan əxlaqsızlığın qarşısını almağa çalışırdıdövlət. Eyni zamanda bu qara biznesin qadın alverinin, fahiəliyin genişlənməsinə mane olurdu. Özü də bu əməliyyatlar təkcə statistik məlumat üçün deyildi. Həm də maarifçilik məqsədi ilə ölkə mediası tərəfindən işıqlandırılırdı. Yəni təkcə ay haray, fahişəlik yuvası aşkarlanıb deyilmirdi mediada və dövlət qurumlarında. İndi bu sahə demək olar ki, dibə enib. Haradasa narkotiklərlə mübarizə ilə yaxın, qonşu problemdir dövlət qarşısında. Düzü mənzərə doxsanlarda olduğundan daha acınacaqlı və ağırdır.
***
Bir neçə gün öncə sosial şəbəkələrin Azərbaycan siqmentində əxlaqsızlıqla məşğul olan qadınların görüntüləri yayınlandı. Bu özçəkim videosu mövzuya yenidən dönüşə əsas yaradır, özü də ciddi dönüşə. Bəlkə aidiyyatı qurumların da addım atması üçün beləcə zəmin yaratmış olarıq.
Bir incə məqamı da diqqətinizə çatıdıraq. Doxsanlarda əxlaqsızlıqla məşğul olan qadınları təkcə ölkə içində istismara vermirdilər. Həm də xaicə çıxarırdılar. Məsələn, ərəb ölkələrinə, xüsusən, Dubaya aparırdılar. Sonrakı mərhələdə Dubaya, Türkiyə də əlavə edildi. Bu beynəlxalq və yerli hüquq dilində insan alveri, kimi səciyyələndirilir. İndi durumlar dəyişib. Azərbaycan iqtisadi inkişaf edib. Ölkəyə ərəb də, digər xaricilər də turist olaraq axışmaqdadır. Yəni məsələ insan alveri müstəvisində qismən zəifləsə də daxili bazarda qadın alveri işi daha sərfəli olub. Niyə?
Cinsi istismara cəlb edilən qadınların ölkədən çıxarılması, hətta bu qara biznes məqsədi ilə yaşının gəncləşməsi məsələsi ciddi məsrəflərə və təhlükəyə səbəb olurdu. Bu qadın dəllallarına sərfəli variant deyildi təbii ki. Üstəlik məsələ insan alveri kimi hüquqi müstəviyə daşınırdı kelirilən reydlərdə kimsə saxlanılırdısa. Bu da ciddi ittiham və ağır cəzası olan işdir. Əfv və aministiyaya isə cəzasının əsas hissəsini çəkdikdən sonra düşə bilir. Yəni bir dəllal peşəkar fahişəni və ya onu aparıb gətirən peşəkar dəllalı belə itirmək istəməz. Bu ona həm məsrəfdir, həm müasir dildə desək kadroloji ziyan. Odur ki, ərəbi ölkədə, turisti ölkədə, gəliri ölkədə, məkanları da bəlli olan qadın dəllalları insan alveri maddəsindən can qurtarmaq üçün ölkə içində fəaliyyətlərini genişləndirirlər. Məsələ insan alverindən, fahişəliyin şaxələnməsinə transfer edilir. Dəllalların bir üstün qazancı da bu olur ki, onlar rahat şəildə bütün yaş kateqoriyasından olan qadın və qızları, nə qədər iyrənc görünsə də yeniyetmələri belə öz iyrənc bizneslərinə cəlb edə bilirlər. Üstəlik bu prosesin içində özlərinə narkotacirlərlə iş birliyi qurub, ikinci qara biznes kanalı qura bilirlər. Beləcə, dha rahat, saha sərfəli işləyirlər. Ancaq bir məqam unudulur. O da bu məsələlərdə dövlətin mənafeyi və mövqeyidir.
İndi fahişəliyin yayılmasında daha çox gənc qızlardan, qadınlardan və yeniyetmələrdən inkişaf edirlər. Hətta ölkədə heç bir kəs bu bəladan özünü və ailəsini birmənalı sığortalamış sayıla bilməz. Bu yazı dövlətin aidiyyatı qurumları qarşısında eyni zamanda bir SOS siqnalı olmalı. Medianın da bu prosesə cəlb edilib, maarifləndirici yazılar, video materiallar hazırlamasında fayda var. Fahişəliyi gəncləşməyə qoymaq olmaz!
Məsələnin bir də sosial tərəfi var. O mənada ki, ölkədə qara biznes olub, konkret ciblərə böyük qazanclar gətirən fahişəliklə bağlı ciddi sosial araşdırmalar mövcud deyil. Varsa belə bu məhdud dairələr üçün hazırlanır, ictimai rəyə təqdim edilmir, müzakirəsi aparılmır. Odur ki, rəsmi şəkildə bəlli deyil, bu günə qədər,
-neçə qadın bu fəaliyyətə cəlb edilib?
-hansı çevrələr, istirahət və ya əyləncə yerləri bu işlər üçün seçilmiş məkandır?
-o yerlər, məkanlar kimlərə aiddir?
-ölkədə qadın alveri, fahişəlik kimi qara biznes kimlər tərəfindən idarə və himayə olunur?
-kimlər bu biznesdən böyük paralar qazanır?
Qadın Azərbaycanda milli kod, gen olaraq önəmlidir. Qız övladları ailələrin baş tacı sayılır. Bir evin kişisini, oğulunu, ərini məhv eləmək istəyirsənsə onun qadının alçalt, məsələn bitmiş sayılacaq.
Bundan başqa bəzi dairələr Azərbaycanda qadın hüquqlarına dair məsələni siyasi müstəviyə daşımaq üçün ciddi fəaliyyətdədir. Qadının cinsi istismarı, fahişəliyin inkişafı və qara biznesə çevrilməsi ilə bağlı fktların hər biri həmin dairələr üçün ciddi materialdır. Odur ki, ölkədə insan alveri və fahişəlik biznesinin üzərinə dövlət səviyyəsində gedilməsinin zamanıdır. Bu artıq sürətə günün vacib tələblərindən birinə çevrilməkdədir. Ayrıca fahişəliyin inkişafına səbəb olan problemlərin də ayrıca araşdırılmasına ehtiyac var. İstiqamət təxminən bu ola bilər:
-İşsizlik;
-Sosial problemlər;
-Əhalinin kişi təbəqəsinin qazancdalıyca başqa ölkələrə getməsi;
-Təhsildən yayınma;
-Erkən və uğursuz nigahlar;
-Qadın və kişilər arasında cinsi azlıqların sürətlə çoxalması;
-Problemli ailələr.
Qeyd edilən istiqamətlərin hər birinin ayrıca araşdırılması, prosesdə üçüncü sektorun, QHT-lərin fəaliyyətinə şərait yaradıması son dərəcə zəruridir. Əldə konkret hesabat olarsa, növbəti mərhələdə, aidiyyatı qurumlar, dövlət qarşısında məsələ qaldıra bilər. Çünki narkotiklərdən sonra, fahişəlik ikinci ciddi sosial bəladır ki, dövlət zamanında ciddi addımlar atmasa sonra öz başını ağrıdacaq. Bu iki bəlanı narkotiklər və fahişəliyi hədəqəsindən çıxmağa, hətta meydan oxumağa qoymaq olmaz. Azərbaycanda on beş-on altı yaşlıların satılmasına, narkotikə otuzdurulmasına heç bir halda yol vermək olmaz. Bu həm də milli dəyərlər sistemində uçurum, genefondun məhvi deməkdir gələcək üçün. Azərbaycan onun üçün dünüşülən bu naxoş gələcəkdən bu gün imtina etmək qüdrətini özündə mütləq tapmalıdr.
Jalə Mütəllimova