Batin alimi yazır: Qeyb aləmini götürmüş əcdadımız Rəhman Allah
17-10-2021, 16:32
Kitabi Dədə Qorqudda - «Qaba aləm götürən xanımız Bayandır xan» cümləsi keçir ki, burada «Qaba aləm» dedikdə göydəki aləm, yəni cənnət mənasında olan Qeyb aləmi nəzərdə tutulur. Yəhudi mənbələrində Qaba aləm rəmzi - "Olam Qaba" kimi keçir. Nağıl və rəvayətlərdə şahın «Qibleyi-aləm» adlanmasıda onların göydəki dünyanı "götürmüş" Allahın obrazı və bənzəri olması anlamındadır.
Bayandır rəmzi Bəy-Nadir [B-NDR], yəni Ba-Neter [B-NTR] mənasında Ba Allahı deməkdir. Nadir adı ilə eyni mənalı Nefer rəmzi qədim Misirdə Allah mənasını verirdi. Mənbələrdə Neter rəmzi Ruten kimi də keçir və bu rəmzlər bizim Tanrı rəmzimizdir.
Ba rəmzi isə Bəsmələ mənasında əvvəldə gəlmiş və axırda gələcək Allaha aid rəmzdir və Ruh deməkdir. Əvvəldə gələn Ra-Amon, yəni Rəhman Allahdır. Başqa sözlə, Ba ruhu elə Rəhman Allahın Ruhudur və göydəki cənnəti O Öz ruhunda saxlayır.
Kitabi Dədə Qorqudda Ra-Amon, yəni Amon Allahı - Bəkdüz (Bügdüz) Əman kimi keçir və ona «varıban peyğəmbərin üzünü görən, gəlübən Oğuzda səhabəsi olan, acığı tutanda bığlarından qan çıxan, bığı qanlı Bügdüz Əmən» deyirlər. Əmanın bığının qanlı olması rəmzi mənada, onun Qeyb aləmini yaratdığı zaman kəsdiyi yüz minlərlə qurbanlara işarədir.
Qədim Misir yazılarında Amon Allahın adı Təktüz (Taktiz) Amon kimi də keçir. Mətndə yazılır: «Osiris və İsida, Əmən Tərüsdən olan, Zəkərərdən yaranan Təktüz Əmanı qoruyun». Nizami Gəncəvi «İskəndərnamə» əsərində Təkdis taxtının sahibini «Sahibkəran», yəni yerin göyün sahibi, ağası adlandırır. Bu isə o deməkdir ki, Təktüz və ya Bəkdüz Əman - Tək Allahın adıdır və O Oğuz bəglərinin cəddi-əcdadıdır. Seyid-bəglər bu gün də "Ya Cəddim" deyib köməyə çağırdıqları əcdadları - dünyanın ağası olan Ra-Amon, yəni Rəhman Allahdır.
Firudin Gilar Bəg