Batin alimi yazır: Batinilərdə "Dünyanın sonu" nə deməkdir?
22-10-2021, 07:35
Axirət, yəni "dünyanın sonu" ifadəsi rus dilində "konets sveta" kimi qeyd olunur ki, bu da birbaşa mənada "işığın sonu" deməkdir. Bu işığın nə məna kəsb etməsini anlamaq üçün Tövrata müraciət etmək lazımdır. Tövrata görə, dünyanın yaradılışının dördüncü günü Allah iki işıqsaçan (nursaçan) yaradır ki, bunlar da gündüz və gecə işıq saçması üçündür. Batini mənada bu işıqsaçanlar - axirətə qədər Böyük Ra Günəş Allahı, axirətdən sonra isə Kiçik Sin Ay Allahı mənasındadır.
Başqa sözlə, Ra-Amon Günəş Allahı axirətə qədər işıq saçır ki, axirətdə bu işıq sönür və onun yerinə Sin Allahının (Mehdinin) İşığı yanmağa başlayır. Bu işıq İran mənbələrində od kimi rəmzləndirilir. İranşünas R. Fray bildirir ki, Sebeosa, Ammian Marsellinə və başqa mənbələrin verdiyi məlumata görə, hər şahın öz odu var idi ki, onun şahlığının əvvəlində yandırılırdı və daşınan mehrabda saxlanılırdı. Burada "hər şah" deyəndə əvvəldə gəlmiş Ra-Amon və axirətdə onun yerinə gələcək Sin, yəni Mehdinin odu, işığı nəzərdə tutulur. Digər iranşünas alim M. Boys bu İlahi odu Farbağın odu hesab edir və Farbaq rəmzini “Farnanın sahibi” və ya “Farnanın hesabına uğur qazanan” kimi mənalandırır. Far rəmzi isə efir, yəni ilkin materiya deməkdir. İran mifologiyasında Farn – var-dövlət, hakimiyyət və qüdrət gətirən İlahi oddur. Lakin Farn [FRN] rəmzi həm də firon [FRN] rəmzidir. Baq (Baqa) rəmzi isə “bəg” mənasındadır və qədim Misir yazılarında bəglər – “Haq” adlanan Asar/Osiris/Azər Allahının yerdəki qulları, iradələrinin icraçıları hesab edilirdi. Bizlərə bu İlahi od, işıq - Azər (Asar/Osiris) odu kimi tanışdır. Azər və eyni mənalı Asar (Aşur) rəmzi - batini mənada "Ra günəşinin ruhu" (İssi/Uzzi-Ra) deməkdir. Qədim Misir yazılarına görə, Allah əvvəl dünyaya hökmran kimi Asar/Osirisi yaradır. O axirətə qədər dünyanı idarə edir. Axirətdə o öldürülür və sonda oğlu Qor (Qoris/Xristos) onu dirildir.
Bütün bunlar o deməkdir ki, ruslar "işığın sonu" dedikdə, göydəki ruhlar dünyasının yaradıldığı zaman işıq saçmağa başlamış Günəş Allahının və bu işıqda yaradılmış ruhlar dünyasının sonu başa düşülməlidir. Başqa cür desək, "dünyanın sonu" dedikdə yaşadığımız fiziki dünyanın yox, əcdadlarımız bəg ərənlərin göydə yaratdığı ruhlar dünyasının, cənnətin sonu nəzərdə tutulmalıdır.
Firudin Gilar Bəg
--