Batin alimindən Sərdar Cəlaloğluna xəbərdarlıq: "Sərdar Cəlaloğlu - çaşma!"

27-10-2021, 21:00           
Batin alimindən Sərdar Cəlaloğluna xəbərdarlıq:
Bu yaxınlarda Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu internet qəzetlərin birinə müsahibə verərkən bu dəfə Koroğludan onun zövcəsinə keçərək Nigarı alçaltmağa çalışdı (http://www.nuh.az/30288-hcr-10-15-kiiyl-bir-yerd-qalb-nigar-qabiliyytsizin-biri-olub.html). İnsanda elə fikir yaranır ki, sanki kimsə keçmiş qəhrəmanlarımızı gözdən salmağı, əskiltməyi bu insanın qarşısına məqsəd kimi qoyub. Bu insan Reaksiya TV-də onunla razılaşmayanları debata çağırdı və mən bu TV-nin elektron ünvanına debata hazır olduğumu bildirdim. Lakin TV-nin redaksiya heyəti mənə heç cavab verməyi lazım bilmədi ki, mən bunu təbii qarşıladım. Çünki onlar bu siyasi icmalçının pis vəziyyətə düşməsindən qorxdular. Lakin zaman göstərdi ki, Sərdar bəy keçmişimizi ləkələmək məqsədindən əl çəkməyəcək. Mən də qərara gəldim ki, bu halda onu kəskin tənqid edəcəyim haqqında xəbərdar edim.
Sərdar Cəlaloğlu. Siz hər söz düşəndə Koroğlunu, Babəki və s. milli qəhrəmanlarımızı alçaltmağa çalışırsınız. Siz Koroğlu, Babək obrazlarını tam anlayırsınızmı? Koroğlu dəniz atını minmiş, dirilik suyuna baş vurmuş və əlində göydən gəlmə Misir qılıncı tutmuş qəhrəmandır. Riyazi təfəkkürə malik insan görür ki burada üç məchul var və deməli Koroğlu obrazını anlamaq üçün ilk növbədə bu üç məchullu tənliyi həll etmək lazımdır. Siz bu məchullara izah verə bilərsinizmi? Götürək dənizdən çıxmış atla çütləşməsindən yaranan Qırat rəmzini. Siz dəniz atı görmüsünüzmü? Onun nə məna kəsb etməsini anlayırsınızmı? Dəniz atı Kitabi Dədə Qorqudda da keçir və qədim mənbələrdə o kainat atı, göy atı və s. adlandırılır. Sufilər dahisi Mühiddin ibn Ərəbi bu atı odlu at adlandırır və onun Alban dağlarından qopduğunu bildirərək, onu bilavasitə Allahla əlaqələndirir. Upanişadalarda da bu atın yaradılmasına həsr olunmuş Aşvamedxa ritualından danışılır. Bu kainat atı - minlərlə atın qurban kəsilməsi nəticəsində, göylərin at rəmzində insan ruhuna tabe olması üçün yaradılmışdır. Sərdar Cəlaloğlu, siz Aşvamedxa ritualına və ya Ərəbi fəlsəfəsinə izah verə bilərsinizmi? Təbii ki, heç vaxt. Bu halda hansı ağılla Koroğlu kimi idealımıza dil uzadırsınız? Babək obrazı da bir neçə məchulu olan tənlikdir. Siz "tənasüh" rəmzinin sufi məntiqində nə demək olduğunu bilirsinizmi? Yenə də yox. Siz ümumiyyətlə keçmişlə bağlı heç nə bilmirsiniz. Bu halda hansı qüvvə sizi müqəddəslərimizi təhqir etməyə sövq edir? Mən sizi tanıdığım və sizin müəyyən siyasi baxışlarınızla razılaşdığım üçün sizi xəbərdar edirəm. Anlamadığınız sahədən danışmayın. Keçmiş qəhrəmanlarımıza qara yaxmaqdan əl çəkin. Onlara hörmət etmirsinizsə, xalqımıza və ya özünüzə hörmət edin. Pis vəziyyətdə qalmaqdan çəkinin. Əgər bunları digər kimsə və ya yad millətin nümayəndəsi desəydi, mən onun düşünmə qabiliyyəti olmayan heyvani insan olmasını qədim müdriklərin məntiqi ilə elmi sübut edərdim. Dünyanın heç bir alimi də sözümün qarşısında söz deməyə nə elmi, nə məntiqi və nə də cəsarəti çatmaz.
Sərdar Cəlaloğlu, xahiş edirəm müqəddəs əcdadlarımıza ləkə yaxmaq fikrindən daşının. Əks halda lazımi cavabınızı alacaqsınız.

Firudin Gilar Bəg












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.