Tarixi faktları saxtalaşdıran Cəlaloğluna tutarlı CAVAB: "Həcər haqqında biz yazaq, siz oxuyun Sərdar bəy"
28-10-2021, 07:21
Azərbaycanın xalq qəhrəmanları və xalqın yaddaşında müsbət izlər buraxan şəxsiyyətlər haqda ağzına gələni danışmaq yalnız Sərdar Cəlaloğlu kimi siyasi və tarixi savadı olmayan, populizmi özünün ən böyük strategiyası hesab edən birinə yaraşar. Bu həmin Sərdar Cəlaloğludur ki, öz doğma qardaşı Qurban Məmmədovla uzun müddətdir ki küsülüdür. Bu həmin Sərdar Cəlaloğludur ki, Azərbaycan Demokrat Partiyasının başında əyləşib özünün müxalif düşüncəli hesab etsə də, indiyə kimi yalnız boş-boş danışmaqla gündəmdə qalıb. İndi də özünə sponsor axtaran bəzi yeni çıxan müğənnilər kimi gündəmdə qalmaqdan ötrü ağzına nə gəlir onu da danışır. Həm də adi adamlar haqda yox, tarixə çevrilmiş tarixi şəxsiyyətlər haqda söz deyir. Özüdə boş söz yığını, heç bir tutarlı fakt və sübut olmadan...
"Həcər 10-15 nəfər kişiylə bir yerdə qalıb, Nəbi öləndə heç 40-ı çıxmamış iki dəfə erməniyə ərə gedib. Nəbi öləndən sonra 4-5 dəfə ərə gedib . Nigar hansı ideyaları özündə təmsil edir? Koroğlunun arvadıdır, acıq edib gedir dədəsigilə, nə bir qəhrəmanlığı var, nə qabiliyyəti, nə savadı, var, nə də xalq üçün nəsə edib."
Bu da Cəlaloğlunun antik təfəkkürünün məhsulu olan son çıxışı. Xalqın yaddaşında dastanlara çevrilən müsbət obrazları ermənilərlə əlaqələndirmək hansı maraqlara xidmət edir, bu böyük bir sual altındadır. Onsuz da Azərbaycan tarixini illərlə erməniləşdirməyə çalışan ünsürlərlə bu günə qədər mübarizə aparırıq, biri də yağışdan sonra bitən göbələk kimi böyürdən çıxıdı.
İndi isə Həcər haqqında biz yazaq Sərdar Cəlaloğlu isə oxusun, bəlkə Haqqa gələr, hidayət olar. Həm də biz Cəlaloğlu kimi boş söz yığını ilə yox, tarixi faktlarla danışacağıq.
Qaçaq Nəbi və Həcərin üç övladı olub: Əhməd, Xəlil və Zeynəb.
Xalq qəhrəmanı olan Nəbi ermənilərin hiyləsi ilə tutulub və və cəsuslar tərəfindən öldürülüb. Onun ölümündən sonra isə düşmənləri uşaqlarını axtarmağa başlayıb. Həcər irs daşıyıcıları olan oğlanlarını qohumlarının vasitəsilə Ağrı dağdan Qarsa göndərməyə məcbur qalıb. Onları Çar hökuməti izləyib həbs etməyə çalışsa da, bu mümkün olmur. O vaxt Nəbinin oğlanları artıq böyüyüb əllərinə silah alan yaşda olublar. Belə ki, oğlu Xəlil əlinə tüfəng alan yaşda imiş. Zeynəb isə azyaşlı olduğu üçün anasının yanında qalıb. Həcər də sonradan Zeynəbi qorumaq üçün qohumu Həmzə ilə ailə qurub. İlləri hesablasaq, Həcər Həmzə ilə evlənəndə artıq yaşlı idi və dünyaya uşaq gətirmək imkanı olmayıb. Həcər Nəbidən sonra cəmi bir dəfə ailə qurub.
Nəbinin oğlanları Əhməd və Xəlil bir yerdə Türkiyəyə getsələr də, sonradan ayrı düşüblər. Onlar Türkiyədə ailə qurub, bir-birindən qız alıb-verirlər. Yenidən qohum olurlar ki, nəsil itməsin. Ancaq sonradan Xəlil İranın Maku şəhərinə köçür, Əhməd Türkiyədə qalır. Zeynəbə gəlincə isə, o Əiabbas adlı bir oğlanla ailə qurub.
Nəbinin məzarı İranda - Lorni adlanan yerdədir. Həcərin məzarı isə Qubadlının Aşağı Mollu kəndindədir. O vaxtı Qubadlıda vəba xəstəliyi yayılıb. Həcər vəba xəstəliyinə yoluxaraq dünyasını dəyişib.
Onu da qeyd edim ki, “Atları yəhərləyin” filmində Qaçaq Nəbi və Həcər haqqındakı faktlar Moskvadan gələn göstəriş əsasında təhrif olunub. Filmin rejissoru Həsən Turabov dəfələrlə bu təhriflərdən danışıb. Filmin digər rejissoru Şeyx Əbdül Mahmudbəyov isə dünyaya gələn qızının adını Həcər qoyub.
Budur tarixi faktlar Sərdar bəy. Arada boş və mənasız müzakirələrdən vaxt tapıb tarixlə maraqlanmaq məsləhətdir. Məsləhətdir ona görə ki, yenə hansısa tarixi qəhrəmanları və şəxsiyyətləri ermənilərin adına bağlayıb tarixi saxtalaşdırmayasınız.
İlkin Əlyar
Gündəmtv.az