Osmanlı sultanının qızı onu niyə sevmədi? - Atatürk haqda bilmədiklərimiz

30-10-2021, 07:46           
Osmanlı sultanının qızı onu niyə sevmədi? -
Bu gün Türkiyə Cümhuriyyətinin ildönümüdür. Kulis.az bu münasibətlə müstəqilliyin qurucusu olan Mustafa Kamal Atatürkü haqda maraqlı faktları təqdim edir.

1. “Atatürk” xitabını ilk dəfə Türk Dil Qurumu rəhbəri işlədib. Mustafa Kamal da bunu bəyənib və soyadı kimi götürüb. Ancaq “ata” xitabını heç sevmirmiş.

2. Ən sevdiyi yemək lobya supu və plov olub.

3. Zəngin kitabxanaya sahib olan Atatürk yanında həmişə Rəşad Nuri Gültəkinin “Çalıquşu” kitabını gəzdirir və gündə ən azı iki səhifə oxuyurmuş.

4. Ən böyük arzusu dünya turuna çıxıb, türk dili və tarixi ilə bağlı fəaliyyətini genişləndirmək olub.

5. Köynəklərinin hamısı ağ olub. Bu köynəklər əvvəllər İsveçrədə xüsusi olaraq Atatürk üçün tikilsə də, sonradan yerli mallardan daha çox istifadə edilməsi kampaniyası çərçivəsində Türkiyədə tikilməyə başlayıb.

6. Kostyumlarının dizaynını özü verirmiş. Göy rəng ən sevmədiyi rəng imiş.

7. Boyu 1.74 sm olub. Son vaxtlarına qədər çəkisi 76 kq olsa da, xəstələnəndən sonra sürətlə arıqlayaraq 46 kq-a düşüb.

8. Həyatının çoxunu döyüşlərdə, cəbhələrdə keçirən Atatürk prezident olduğu illərdə çox sıxılır, xalqdan, sadə həyatdan uzaqlaşdığına görə təəssüflənirmiş.

9. Səhər yeməklərini sevmirmiş. Yerindən duran kimi divanın üstündə bardaş qurub, qəhvəsini içir, siqaret çəkirmiş. Siqaret onun ən zəif yeri olub, gündə 8 paket çəkirmiş.

10. Evində, ətrafında, hətta qonaq getdiyi evlərdə əyri duran əşyaları düzəltməmiş oturmurmuş.

11. Kəndlinin biri qəzet kağızına bükülmüş siqareti çəkəndə əli yanıb və “Aparın bunu, özü çəksin” deyərək Atatürkü söyüb. Məhkəməyə çıxarılan kəndli haqda Atatürkə məlumat verəndə: “Onu məhkəməyə aparmaqdansa, normal bir siqaret verərdiniz, çəkərdi”, - deyib.

12. Çanaqqala qələbəsi ilə məşhurlaşan gənc Atatürk həmin illərdə axırıncı Osmanlı hökmdarı Sultan Vahidəddinin kiçik qızı Səhibə Sultana evlilik təklifi edib. Səbihə Sultan isə başqasını sevdiyi üçün illər sonra Türkiyə Cümhuriyyətinin əsasını qoyacaq Atatürkün təklifinə “yox” deyib.

13. Getdiyi səfərlərdə kəsilən qurbanlara baxmamaq üçün ya arxasını çevirər, ya da qurban kəsilməsini istəməzmiş.

14. Hərbi liseydə öyrənməyə başladığı fransız dilini sonralar inkişaf etdirib. Danışanda bəzən fransız sözləri işlədirmiş.

15. Qumar sevməsə də, dostları ilə lobya supundan mərc gəlib oynayırmış.

16. Yəqin ki Atatürkün ən qəribə xasiyyəti müharibələrdə, döyüşlərdə iştirak etməsinə baxmayaraq, qan görəndə halının pisləşməsi olub.

17. Hər gün at çapır, üzür və bilyard oynayırmış.

18. Təhsil illərində ən yaxşı oxuduğu dərs riyaziyyat olub.

19. Yaltaqlığı heç sevmirmiş. Axşam yeməklərinin birində ona lazımsız təriflər yağdıran Əbdülhak Həmidin sözünü kəsərək etiraz edib.

20. Quşları çox sevən Atatürk Çankaya Köşkündə göyərçin saxlayırmış.

Atatürkün həyatındakı “9” mistikası

Türkiyə tarixinin mühüm siması Mustafa Kamalın həyatında “9” rəqəminə həddən çox rast gəlinir. Məsələn, elə doğulduğu ili götürək – 1881.

1+8=9; 8+1=9; 18=2x9; 81=9x9; 18+81=99

Hərbi məktəbə daxil olduğu il: 1899

Vətəni qorumaq üçün Samsuna getməyi: 19/05/1919

Samsuna yola düşdüyü “Bandırma gəmisi”ndəki sərnişinlərin sayı: 19 nəfər.

Sivas konqresində Anadolu və Rumeli Müdafiə Hüquq Cəmiyyəti Heyətini qurub: 04/09/1919

Deputatlığa namizədliyi 19.10.1919-cu il tarixdə qəbul edilib.

Atatürk 19-cu əsrdə 19 il yaşayıb.

Atatürkün ilk hərbi xidməti 19-cu Kolordu Komandirliyi olub.

Mustafa Kamal Atatürk – 19 hərfdən ibarətdir.

Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi - 993814-B olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.