"Sülhməramlı" heykəllər...
13-11-2021, 14:37
Türk Dövlətləri Təşkilatının elan edildiyi, tarixi Turan yolunun yeniləndiyi ərəfədə dalbadal, Rusiyanın rəhbərliyi ilə iki hadisə baş verdi.
Bir də Şuşa ətrafında terror.
Rusiya Müdafiə Nazirliyinə aid "Zvezda" kanalı, Qarabağdakı “sülhməramlı” Rusiyanın, Xankəndidə "Rusiya Şöhrət Xiyabanı" yaratması haqda reportaj yaydı. Eyni zamanda, Xocalıda “sühməramlı” rus əsgərin abidəsi açıldı.
Bundan başqa, Şuşa şəhərində törədilmiş terror hadisəsini, Ümumerməni Sasna Tsrer partiyası üzərinə götürüb. Sasna Tsrer Partiyası gənclər təşkilatının üzvü, Avagyan soyadlı biri bəyan edib ki, noyabrın 13-ü 2021-ci ildə, Şuşa yaxınlığındac azərbaycanlı hərbçilərə və Rusiya sülhməramlılarına qumbara ataraq rusiyalılar tərəfindən saxlanılan terrorçu, Rusiya tərəfindən Azərbaycana təhvil verilə bilməz. Əgər verilərsə, o, Rusiyaya qarşı hücumlar təşkil edəcəklərini bəyan edib. “Rusiya terrorçu Norayr Mirzoyanı Azərbaycana versə, növbəti qumbaralar Ermənistandakı Rusiya bazaları və Rusiya səfirliyinə tərəf atılacaq”deyə o qeyd edib. Bu bir az da razılaşdırılmış mətnə bənzəyir.
Qısacası, türk dünyasına, Turan dövlətlərinə ismarıc göndərildi ki, mən buradayam və balaca Rusiya qururam. Sizə ya mane olacağam, ya da qeyri-rəsmi məni aranıza alın. Hələ ki, kimsədən səs çıxmır. Amma bu çıxmayacağı anlamına da gəlməz. O zamana qədər tarixə qısa bir ekskurs edək.
Hələ çar Rusiyası dömənimdə, Azərbaycanın şimal bölgəsində bölücülük və “Sadval” elementlərini yetişdirmək üçün zəmin lazım idi. Buna görə əvvəlcə Azərbaycanın şimal rayonuna, Xaçmazın balaca bir kəndinə, bir qrup əsgər yerləşdirilir. İllər sonra gəlib o kəndi Azərbaycan içində Rusiya ərazisi elan edirlər, tarixi sənədlərə görə guya hansısa azərbaycnalı bəy, həmin kəndi, rus çarına bağışlayıb, vəssalam. Həmin kənd indi də mövcuddur Xaçmazda. Adamları Rusiya vətəndaşı, uşaqları Rusiya ordusunda xidmət edirdi son illərəcən. İndi vəziyyət bir qədər dəyişib, vətəndaşlı qalsa da, hərbi xidmət məsələsində Azərbaycan irəlilədi. Sakinlər uzun müddət yaşayıb, böyüküdləri dövlətdə hərbi xidmət keçir. Beləcə Azərbaycanın şimal bölgəsində başqa əqidə, bəlkə xüsusi xidmət orqanlarına gizli kadrlar yetişdirmək işi yarıda qaldı Rusiyanın. Amma hər şeyə rəğmən, indi də, şimal bölgəsində, vəhabilər, nurçular, sadvalçılar, yəni anti-Azərbaycan mövqeli hər kəsin həssas yanaşdığı rayonlar olaraq qalmaqdadır. İndi eyni senari şimal bölgəsindən, Qarabağın işğaldan azadlığından sonra, Azərbaycanın Qərb bölgəsində başladılıb. Hələlik Xankəndidə, xiyaban salır, Qarabağdakı “sülhməramlı” qəsəbəsinin adı olmasa da, onu küçələrə bölür, adlandırır Rusiya.
***
Düşmən var mərddir, səninlə döyüşər ya ölər, ya öldürər!
Düşmən var sinsidir, namərddir, amma namərd də olsa namərdin mərdidir. Nədən ki, namərd olduğunu qəqibə biruzə verir!
Düşmən var susqundur, hərdən səni müdafiə edər, maraqlarındn dolayı!
Rusiya, Iran, Ermənistan da var, dostluqlarına da, düşmənliklərinə də güvənilməz. Qonşuluqdn da silmək olmaz. Vətən də elə bir şey ki, verib, satıb köçmək olmaz. Və bu qonşular, əsrlərdir əlbir olub, sənə qənim kəsilib, qanını töküb, soyqırımını reallaşdırıb. Sonra da o faciə yerlərinin birində, ən yeni Azərbaycan tarixi üçün məsələn, Xocalıda qanlı cinayətinin üstündə bir abidə qurub, balaca qız cocuğu ilə “rəhimdil” rus əsgərinin abidəsini.
İndi Rusiya Qərb bölgəsində, zamanında Şimal bölgəsində olduğu kimi bir qəsəbə qurub, adına sülhməramlı qəsəbə deyir. Qəsəbənin içində xiyaban da qurub. İki küçə salıb, onlara ad qoyub. İndi gördüyü işlərin piarını aparar. Azərbaycan ictimai rəyində həm qalib Prezident, həm qalib xaql obrazını yıxmaqdır məqsəd. Öz razimizdə oturub dövlətlə, vətəndaş arasında məğlubiyyət körpüsü qurur, özünün “sülhməramlı” qəsəbəsindən Rusiya. Asta-asta yerləşir.
Adam söz tapmır desin. Sadəcə 1949-cu ildə bir, körpə cocuğu qucağında tutan, “xilaskar” rus əsgərinə Berlində qoyulan abidəni yada salırsan. Bir də Almaniyanın ikiyəbölünmüş taleyini düşünürsən.
Ardıyca da 2021-ci ildə “xilaskar” Rusiya hərbçisi və balaca azərbaycanlı qızın Xocalıdakı abidəsinə diqqət edirsən.
Tarix təkrar olunur. Sadəcə fərqli dövlətlərdə, fərqli zamanda. Məqsəd, məram, icraçı, bölücü isə eynidir, Rusiya Federasiyası, Rus imperiyasının varisi, SSRİ-nin ən böyük ba(ə)lası.
İndi Azərbacan bu soyuq müharibədə işi nə olmalı?
Əvvəla, ictimai rəyə dürüst olmaq lazım. İnformasiyaları müstəqil, dövlət və təhlükəsizlik istiqamətləri üzrə sistemləşdirmək. Həmçinin bu informasiyaları tribunalardan səsləndirəcək adamları dəqiqliklə seçmək. Onların dövlət, xalq sevgisi, milli təəssüb duyğusu son dərəcə önəmli.
Bəs tələblər nədən ibarət olmalı? İndi sadalayacaqların sadəcə təklifdir. Dövlətə təklif vermək olar, hansı yolu seçəcəyi onun öz işidir çünki, burada müdaxilə və israr etik deyil.
Bəlli abidənin və xiyabanın yığışdırılmasına nail olmaq lazımdır!
Rusiyalı sülhməramlıların düşərgəsinin küçələrə bölünməsi və adlandırılması prosesi araşdırmaq lazımdır.
Bundan sonra həyata keçiriləcək tədbirlərin Azərbaycan tərəfi ilə razılaşdırılmasına nail olmaq gərək.
Daha sonra, Rusiyanın mərhələli şəkildə “sülhünü” də, məramını da, məqsədini də götürüb bölgədən getməsi üçün mühit yarat prosesi başlamalıdır.
Eyni zamanda, Azərbaycan ictimai rəyini, vətəndaşlarını formalaşdırmaqla məşğul olmaq gərəkdir. Əraziləri işğaldan yeni azad olan məmləkətin vətəndaşına, mütləq müharibədən sonrakı dönəm üçün ideoloji xətt qurulmalıdır. İnformasiya savaşında vətəndaş mövqeyinin görünməsi mühüm və vacib şərtdir.
Azərbaycan vətəndaşı, tarixən Zəngəzurdakı, Qubadakı, Şamaxıdakı, Bakıdakı, Gəncədəki, Lənkərandakı qırğınlar, ən yeni Azərbaycan tarixində, Xocalıdakı, İyrmi yanvardakı, Sumqayıtdakı, Bakıdakı qırğınları, soyqırımı azə ensklopedik məlumatlarla gözü yumul, bilməlidir. Hələ bu siyahıya, birinci və ikinci Qarabağ savaşlarında müharibə və müharibə cinayətləri barədə məlumatlar da daxil edilməlidir.
Uzun müddət Azərbaycan kimi var olmaq üçün, Rusiya daxil heç kim Azərbaycana nicat deyil. Azərbaycan özü özünə ən yaxşı dostları, qonşuları ilə nicatdır, dəstəkdir, köməkdir, sahibdir. Bundan sonra var olmağın tam şəxsiyyət olmağın, xalq olaraq psixoloji travmalardan sağalmağın yeganə yolu bu. Azərbaycana qardaş, dost gərəkdir, böyük qardaş və ya qardaşlar, dost yox!
Jalə Mütəllimova.
12.11.2021.