Var-dövlət ilk növbədə ruh halıdır
19-11-2021, 08:03
ABŞ-da keçirilən investisiya və maliyyə ilə bağlı konfransların birində iştirakçılardan biri Bill Qeytsə sual edir:
-Siz qızınızın kasıb bir adamla evlənməsinə razılıq verərdinizmi?
Bill belə cavab verir:
-Yüklü bir bank hesabınızın olması sərvət sahibi olmağınız demək deyil. Sərvət ilk növbədə onu qazanmaq bacarığıdır.
Misal: lotereya oyunlarında qalib gələn biri 100 milyon qazansa belə varlı deyil. O, çoxlu pulu olan kasıb bir adamdır, buna görə də loto milyonçularının 90%-i 5 ildən sonra yenidən yoxsulluq vəziyyətinə düşürlər.
Pulu olmayan varlılar var. Məsələn, əksər sahibkarlar. Onlar pulları olmasa belə sərvət qazanmaq yolundadırlar, çünki maliyyə intellektlərini inkişaf etdirirlər və bu özü bir sərvətdir.
Varlı ilə kasıb arasındakı fərq:
Əgər yeni şeylər öyrənməyə, daim təkmilləşməyə can atan bir adam görsəniz, bilin ki, o, varlı adamdır.
Əgər varlıların hamısının oğru olduğunu düşünən, daim deyinən, tənqid edən bir adam görsəniz, bilin ki, o, kaslb adamdır.
Varlılar əmindirlər ki, başlanğıc üçün onlara sadəcə informasiya və treninq lazımdır, kasıblar isə başlanğıc üçün başqalarının onlara pul verməli olduğunu düşünürlər.
Mən qızımın kasıb adamla evlənməsinin mümkünsüzlüyündən danışanda pul haqqında deyil, onun ərə gedəcəyi adamın sərvət qazanmaq bacarığı haqqında danışıram.
Bir gün bir bankın mühafizəçisi pulla dolu bir çanta tapır və onu götürüb bank müdirinə təhvil verməyə gedir. Görənlər bu adamı axmaq adlandırırlar, amma əslində bu centlmen sadəcə pulu olmayan varlı bir adam idi. Bir il sonra bank ona resepşndə bir iş verir, üç il sonra o, müştərilərli idarə etmə işinə cəlb olunur. On ildən sonra isə bu adam həmin bankın regional şöbəsinə rəhbər təyin olunur, yüzlərlə işçini idarə edir və aldığı illik mükafatlar o zaman oğurlaya biləcəyi məbləğdən daha artıq olur.
Var-dövlət ilk növbədə ruh halıdır dostum.
------
Mənbə: Internet. İngiliscədən tərcümə etdi: Ilgar Tahiroğlu .
Teref.az