Cənubun "052" hirsi...

14-12-2021, 07:06           
Cənubun "052" hirsi...
Azərbaycan ordusunun döyüş generalı niyə "vurulur"?
General Hikmət Mirzəyev 44 günlük savaşın ən vacib simalarındandır. Adam mənən milyonçudur yəni. İndi öz evini, ya da qohumunun evini qurdalayanlar, onu həm də oliqarx, korrupsioner, canı, başkəsən kimi tanıtmaq istəyir. Niyə?
Bir neçə il əvvələ dönək. 2016-cı ilin aprel döyüşlərinin əsas qəhrəmanlarından, korpus komandiri, Mayıs Bərxudarovun nəhəng “fermaları” üzə çıxmışdı Lələtəpə alınandan sonra. Yəni deyib və yazırdılar ki, Lələtəpə uğurunun öndərlərindən, general Bərxudarov Azərbaycan ordusunun oleqarxı, korrupsioneridir.
Peşəkarlar bilir, peşə-karlar(ı) da bilsin ki, savaş generalları elə-belə hədəf seçilmir. Ordunun əzmini, iradəsini, şəxsiyyətini qırmağa çalışırlar. Daha dəqiqi, ordunu nüfuzdan salmaq üçün oyun başlanıb. Bu dəfə dövriyyəyə cənub girib deyəsən. Xəbərin xaricdən yayınlanma metodologiyası, formatı və mənbələri belə düşünməyə əsas verir.
Onu da yada salmaqda fayda var ki, 2016-da M.Bərxudarovu dövlət zorla qorumağa müvəffəq oldu. Amma bir qədər sonra, Azərbaycanın da, ordunun da başına "Tərtər işi" rəzalətini gətirdilər.
Yani indi hədəf təkcə Hikmət Mirzəyev deyil, həm də, Yaşma, 052-dir. Yəni müharibənin düşmən üçün qorxu və qəhrəmanlıq simvolları, xüsusi təyinatlılardır.
Dayandırılmasında fayda var bu qara piar. Di gəl iş təkcə içəridə getmir. Və proses ikinci "Tərtər işi"nə aparır. Artıq bu işin qara piarını xaricdəki özünə KİV deyənləri də qatıblar. Azərbaycanda isə bu mövzunu az sayda media quruluşu müzakirəyə çıxaracaq.
Qalan hər kəs sadəcə "sıroy" oğurluq xəbər verəcək. Bir də var İP xəstələri. Bu medianı nə zaman toparlayacaqlar o da bəlli deyil. Bəlli olan bu ki, Azərbaycanda "generalın evi" adı altında ikinci "Tərtər işi" oyunu qurulur. Ordunu gözdən salmaq üçün. Buna artıq şimal yox, cənub qonşusunun "052" əməliyyatı da demək olar. Bu Azərbaycan ordusunun əzmini qırmaq. Delimitasiya, demarkasiya işini ləngitmək, həmçinin digər regional layihələrə mane olmaq cəhtidir. Baş tutması birmənalı mümkün olmamalı.
Bu arada, ölkədə,
1. Sosial problemlər, təqaüdlər, işsizlik;
2. Qazi problemi;
3. Şəhid statusları məsələsi;
4. Tərtər işi;
5.Gəncə işi;
6. Tovuz işi;
7.Uşaqpulu məsələsi;
8. Əlillik dərəcələri
...kimi məsələlər, ciddi nəzarət götürülməli. Həlli ictimai rəyə hesabat verilərək icra olunmalıdır. Burada xalqın dövləti müdafiə etməsi faktoru öz həllini tapacaq. Və sadalanan səkkiz problemin hər birinin qolu mütləq orduya bağlıdır. Və bu məlumatları yazan saytlar arasında xeyli xaricdən fəaliyyət göstərənlər də var.
Bir sözlə cənubun "052"-yə hücumuna, yol vermək olmaz!.. Dövlətə və xalqa ikinci " Tərtər işi" lazım deyil çünki.
Jalə Mütəllimova
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.