""Sevdiyin hər şey itirəcəksən, amma sonda sevgi başqa cür sənə qayıdacaq." - Kafkanın kiçik qıza məktubu...

22-01-2022, 19:03           
""Sevdiyin hər şey itirəcəksən, amma sonda sevgi başqa cür sənə qayıdacaq." - Kafkanın kiçik qıza məktubu...
40 yaşında heç vaxt evlənməmiş və uşaq sahibi olmayan Frans Kafka Berlində parkda gəzərkən sevimli kuklasını itirdiyi üçün ağlayan bir qızla rastlaşır. Kafka qıza qoşulub kuklanı axtarır. Lakin tapmırlar.
Kafka qıza ertəsi gün onu orada gözləməsini və gəlincik axtarmağa qayıdacaqlarını söyləyir.
Ertəsi gün axtarırlar və tapmırlar. Onda Kafka qıza kuklanın ona “yazdığı” kiçik məkrubunu verdi. Məktubda yazılmışdı: “Zəhmət olmasa, ağlama. Dünyanı görmək üçün səyahətə çıxdım. Öz macəralarımdan və gördüklərimdən sənə yazacam."

Beləliklə, Kafkanın həyatının sonuna qədər davam edən bir hekayə başladı.
Görüşlər zamanı Kafka kuklanın sərgüzəştlərini təsvir edən qeydlərini və qızın cazibədar hesab etdiyi “kukla söhbəti”ni oxuyurdu.
Nəhayət, Berlinə qayıdanda kuklanı geri (sadəcə əvvəllər aldığı) qaytardı.
Qız "Bu mənim kuklama heç bənzəmir" dedi.
Kafka ona kuklanın yazdığı başqa bir məktubu verdi: "Səyahətlərim məni dəyişdi". Balaca qız yeni kuklanı qucaqladı və sevinclə evə gətirdi.
Yazıçı bir il sonra vəfat etdi.
Uzun illər keçdi və qız yetkinləşdi. Və bir gün qız kuklanın içərisində bir məktub tapdı. Kafkanın imzası ilə olan kiçik məktubda deyilir:
"Sevdiyin hər şey itirəcəksən, amma sonda sevgi başqa cür sənə qayıdacaq."
Tərcümə Teref.az-ın












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru