Kütlə mövqeyi ideoloji xətt olarsa...
17-08-2022, 19:42
Haqqında kütləvi danışılan nəyinsə ardınca gedilməsi, bəzən xalqın adına vurulur. Məsələn deyilər ki, bunu xalq istəyir. Əslində xalqın istəyi heç zaman böyük olmur. Xalq firavan, facilərsiz həyat, iş yeri, sağlam hökümək, sağ can, bir də dövlətli yaşamaq istəyir. Sözün hər iki mənasında.
Kütlə isə iddialıdır. O hər şeyi istəyir və edilməszə, etdirmək üçün nəyə desən gedir. Bu gün FHN-i, sabah hansısa başçını, sonra generalı, naziri, lazımi məqamda dövlətin özünü belə əvvəlcə kütlə arasına buraxıb sındırır, linç edirlər. Sonra "yeyirlər", sözün mənəvi mənasında. Kütləni də hər zaman ac saxlayırlar ki, qudurmuş, dəlirmiş və yırtıcı olsun. Beləcə ölkədə milli mənəvi dəyərlər aşınır, insanların üzü hər cür həyat tərzinə və hadisəyə alışır, inamı itir, bir sözlə zombiləşir.
Demirəm FHN-i müdafiə edək. Demirəm əyyaşlar doğru hərəkət edib. Deyirəm ki, əgər hədəf Kəmaləddin Heydərovdursa, onunla kişi kimi savaşıb, kişı kimi göndərmək olar. FHN onun fərdi obyekti deyil. Bu zərbə onu vəzifədən sala bulər, amma şəxsinə zərər gətirməz. Bilirsibiz neyniyər? Azərbaycanın hərbiləşdirilmiş dövlət qurumları, orada çalışanlaırın hər biri, bütövlükdə hərbi sistemi haqda eybəcər təəsürat yaradar. Ayrəca Heydərovlar xidməti olan ailədir dövlətə, bir qədər də insanlara. Xisməti olanları belə aşağılamaq çox pis nümunədir, həm də xidmət göstərmək istəyəblərə yaxşı həyat dərsidir. Təbii ki, öz maraqları baxımından.
Məlum video və şəkillərə rast gələndən bəri düşünürəm, hələ "böyük ideoloqlar" yerlərindədir və keçmiş DTX şefinin məlum kartatekasından yararlanmaqdadırlar. Bir vacib məqam var. Bütün bunlar niyə baş verir? Ölkədə mənfi, əxlaqsız, ədəbsiz hadisələr, onlara hırıldamaqla və guya ritorika ilə nə qədər reaksiya varsa hamısı həm də ideoloji boşluq göstəricisinin nəticəsidir. Amma kimsə də etiraf etmək istəmir ki, ölkədə bu problem ciddi şəkildə mövcuddur. Vəziyyət ağır, işin məsuliyyəti də çox olduğundan, kimsə yükü üstlənmir, məsələ qaldırmır, təşəbbüs göstərmir. Hər şey kütlənin və bir qrupun maraqlarına görə qorulub, oynanılır. Bunun heç yerində dövlət marağı yoxdur. Kütlə marağı var.
Hə, iradınız olar ki, xalqa kütlə deyirsən?!
Və ya kütlə nədir?!
Xalq kütlə deyil. Kütlə, əks və ya alternativ fikir dinləməz. Müxtəlif dövlətlər və ya cinahların mövqeyindən çıxış edər, üstəlik özünü hər kəsdən ağıllı bilər. Kütləni obrazlı ifadə etsək o, ictimai "xuliqandır". Onu özbaşına buraxdıqda, dediklərinin icraçısına çevrildikdə, böyük siyasi təhlükəyə çevrilir. Dövləti və xalqı xaosa aparır. Ideolojisində boşluq olan ölkələrdə kütlə sözü əsasən keçərli olur.
Azərbaycanda bir məsələdə ideoloji xətt əvvəldən axıra doğru quruldu, Qarabağ məsələsi! Nəticə otuz illik mübarizədən sonra qələbə oldu! Unudulmadı, kütləyə əhəmiyyət verilmədi, xalq dövləti, dövlət xalqı ruhdan düşməyə qoymadı.
Bir sıra məsələlərdə isə ölkədə vəziyyət gərgin olduğu üçün kütlə nəzərə alınır. Nəticədə Azərbaycanı bütün ideoloji boşluqlarından "vururlar".
Mədəniyyət, incəsənət, uşaq və gənclər xətti, qadın azadlıqları, media, sosial problemlər, məhkəmə-hüquq sistemi və sair.
Ideoloji boşluqlar cəmiyyətə də zərərli keyfiyyətlər aşılayır:
Emosionallq, aqresiya, mən hamıdan ağıllıyam iddiası, hirs, hikkə, eqoistlik, hərşeyşünaslıq, pis vərdişlərə meyillənmək, cahillik, mənəvi zəiflik, çılğınlıq və sair. Bütün bunlar çox pisdir.
Odur ki, ideoloji xətt müxtəlif sahələrdə təcili bəlirlənməli. Ona görə hərəkət planının tətbiqinə başlanmalıdır ölkədə. Mədəniyyət, incəsənət, idman, gənclər, uşaq, milli dəyərlər, ailə dəyərləri, din, informasiya və sair istiqamətlər üzrə. Bütün bu sadalanan cinahlar boşdur. Və bu gün ardıyca gedilən "xalq mediasında", sosial şəbəkələrdə, kimin kim olması, o qədər də bəlli deyil!
Və ən qorxulusu, kütlənin dediklərini əsas götürməklə ideoloji xətt müəyyənləşməz. Bu ölkəni çıxılmaz xaosa aparar. Bir çox qələbələrdən imtinaya məcbur buraxar.
Bir sözlə bütün boşluqları ciddi nəzarət altında təcili və bir-bir tapıb qapatmaq gərəkdir. Əks halda o boşluqlarda,
...Din pərdəsi adı altında təriqətçilər.
... Xeyriyyəçilik adı altında misionerlər.
...Təhsil adı altında, siyasi çevrələr.
...Hərb sahəsində şimallılar.
...Ictimai məsələlərdə avropalılar.
...Siyasi və biznes məsələlərində qərblilər.
...Ərazi iddiası ilə bağlı cənublular dolduracaq.
Azərbaycanlılara, türklərə simvolik yer qalacaq. Biz zatən iki yüz il boyunca bu cür işğala məruz qalmışıq. Öz torpaqlarımızda öz məsuliyyətimizin yükünü başqasına yükləyə-yükləyə. Indi bir və ən vacib şeyi anlamaq lazım, Azərbaycana daha böyük qardaş yox , özünün milli ideolojisini qurmaq və arkadaş olanlarla yol yürümək lazım. Bölgədə maraqlı hər kəsə, özünü vacib dövlət kimi qəbul etdirməyin başqa yolu qalmayıb.
Jalə Mütəllimova
Teref.az