Azərbaycan fədaisi şair, inqilabçı İsfəndiyar Coşqunun anım günüdür...
24-08-2022, 10:38
Düşünürəm ki, onu hərəkatımızın köhnə qvardiyaçıları tanıdılar.
...Dünən 1988-ci il milli azadlıq hərəkatının görkəmli nümayəndəsi ,"Çənlibel "təşkilatının fəal üzvü ,"Birlik "cəmiyyətinin yaradıcılarından biri, dissident alovlu inqilabçı şair İsfəndiyar Coşğunun vəfat günü idi.
O, 1925 -ci il sentybrın 25-də Gəncə şəhərində anadan olub.
Onun Milli Azadlıq Hərəkatımızda böyük xidmətləri danılmazdır Güney Azərbaycan təmsilçilərindən biri olan İsfəndiyar Bərxu (Coşğun) bir Azərbaycan fədaisi idi desəm yanılmaram. Özünün yolu var idi ki, onunla da gedirdi...
Xatirəmdədir ki, 1989-cu ilin mayın 21-də onun evində "Birlik "cəmiyyətinin təsis yığıncağı keçiriləndə o, İdarə Heyətinin üzvü seçilmişdi. Bundan başqa o, 1988-ci ilin oktyabrın 30-da Məhəmməd Hatəmi Tantəkinin başçılığı ilə yaradılan Xalq Hərakatı Cəbhəsinin Müvəqqəti Məsləhət Şuarsının üzvü seçilmişdi.
Qarşına SSRİ-dən ayrılmaq məqsədi qoyan cəmiyyətin ilk nümayişi uğursuz alındı. Belə ki, İyulun 8-də cəmiyyətin keçiriyi nümayiş amansızcasına dağıdıldı Və o vaxt başda İsfəndiyar Coşqun olmaqla digər dostları ilə həbsə atıldı..Bu həbs və orada verilən işgəncələr .kameraya verilən qaz onun sağlamlığına ciddi təsir göstərməyə başladı...
O zaman inqilabi şerlərə böyük ehtiyac var idi..İsfəndiyar bəyin də çox möhtəşəm şerləri var idi... Hərakatçılar onun şerlərini əzbər deyirdilər. Hər şeri də bir ordu, hər misrası da bir vulkan idi..
Sonra İsfəndiyar qısa nitq edir
Nemət çıxış edir ,izdiham susur
Danışır Hatəmi, Əbülfəz, Mənsur
Diqqətlə dinləyir, hamı onları
Danışır bu günün qəhrəmanları..!
Ümumiyyətlə onun "Yamamışam, yazammaram .","Qorxulu heykəl "."Bəsdir daha yatdığımız ",."Yest takaya partiya ","Vəzirov ",,"Hökmdar "və b. kəskin tipli siyasi şerləri kommunist partiyasını və sovet rejimini ifşa edirdi...
...Və avqustun 23-ü , 62 illik ömrünün 50 ilə yaxın bir hissəsini o taylı bu taylı Azərbaycanın Azadlığı, İstiqlaliyyəti və Birliyi uğrunda dönmədən mübarizə aparan ,Azərbaycanın el şairi İsfəndiyar Coşqun Əli oğlu Bəxru ömrünü övladlarına və silahdaşlarına tapşıraraq əbədiyyət dünyasına qovuşdu ...
İnqilabçı şair İsfəndiyar Coşğunun Quzey Azərbaycanı müstəqil görmək arzusu həyata keçib... Bütöv Azərbaycan isə bizim və gələcək nəsillərin boynundadır. Mən inanıram ki, bu da baş verəcək və Azadlıq Şəhidi İsfəndiyar Coşqun üçün o tayda da bu tayda da böyük abidə ucaldılacaq ...və gələcək nəsillər də onun həmişə bəxtiyarlıqla anacaq
Mən isə çox şadam ki, onunla birlikdə "Birlik "cəmiyyətində çiyin -çiyinə mübarizə aparmışam ...Xatirələrim böyükdür və gələcəkdə zaman -zaman yazacağam
Ruhu şad olsun!
Baba Allahnəzərov
Teref.az