Rafael Dadaşovu tərk etdi, ailəli adamla 7 il eşq yaşadı, qızını həbs etdirmək istədi...

28-08-2022, 00:03           
Rafael Dadaşovu tərk etdi, ailəli adamla 7 il eşq yaşadı, qızını həbs etdirmək istədi...
Sədaqətin on beş yaşı olanda anası avtomobil qəzasına düşərək həlak olur. Aktyorluq sənətinə uşaqlıqdan maraq duyan Sədaqət səhnəyə müğənni kimi çıxıb. O, “Sevil” instrumental ansamblının solisti olub. Sədaqətin ifasında “Ay Dostlarım, gəlin” mahnısı daha çox populyarlıq qazanıb.

Teref.az kulis.az-a istinadən aktrisa, müğənni, aktrisa Sədaqət Dadaşova haqqında maraqlı faktları təqdim edir.Dadaşova Sədaqət Süleyman qızı 1952-ci ildə Bakıda sənətçilər ailəsində anadan olub. Onlar ailədə dörd bacı olublar. Anası məşhur qarmon ifaçısı Qızxanım Dadaşova olub. Atası Süleyman Dadaşov tanınmış piano ifaçısı, əmisi Xalq artisti Məlik Dadaşov isə aktyor olub.
Sənədlərini İncəsənət İnstitutuna verən Sədaqət ora qəbul olunur. İnstitut illərində əmisi oğlu Rafaellə bir-birlərini sevirlər. Ancaq onların ailə qurmasına nə Sədaqətin atası Süleyman kişi, nə də əmisi Məlik Dadaşov razı olur. Səbəb isə həm Rafael Dadaşovun, həm də Sədaqətin həddindən artıq ərköyün və inadkar olması olur. Ancaq onlar heç kimi dinləməyib ailə qururlar. Bu evlilikdən onların Emil, Leyla və Səidə adlı övladları doğulur.***Həmin ərəfədə aktrisa Rafael Dadaşovla birgə “Polkovnik Şaber”, “Səni axtarıram” tamaşasına çəkilir. 1987-ci ildə ekranlaşdırılan “Yaşıl eynəkli adam” televiziya tamaşasında isə aktrisa Yaşar Nuri ilə tərəf müqabili olur. Ona ən böyük uğuru da həmin tamaşadakı Kazımın arvadı rolu və “Kazım, bay-bay istəmirsən?” replikası gətirir. Bu tamaşadan sonra aktrisa ekranlardan və səhnədən uzaqlaşır.

Bir müddət keçəndən sonra Sədaqət xanımla Rafael bəy arasında söz-söhbət yaranır. Bir-biri ilə yola getməyən cütlüyün ailə münasibəti hamını narahat edir. Daha sonra isə Sədaqət Dadaşova həyat yoldaşından ayrılır.***Sədaqət xanım başqa bəylə ailə həyatı qurur. Onların bu evlilikdən bir övladı doğulur. Aktrisa özü bu haqda müsahibələrinin birində deyir:
"Onunla 7 il eşq yaşadıq. Ailəli idi, övladları da varıydı. Mənə dedi ki, uşaq dünyaya gətir, sənlə evlənim. Mən də uşaq dünyaya gətirdim, amma sözündə durmadı. Dörd övladım var. Onlardan biri həmin kişidəndir. Digər üç övladımın atası isə əmim oğludur Bizim aramızda hər şey bitib”.

Cütlük boşandıqdan sonra Rafael Dadaşov övladlarının tərbiyəsi və baxımı ilə özü məşğul olur, ikinci dəfə isə heç vaxt ailə qurmur. Həqiqi sevgi insanın həyatında bir dəfə olur. Mənim də bir sevgim olub, sonuna qədər də bu sevgiyə sadiq qalmışam” sözlərini deyir. Aktyorun yaxın dostu müğənni Nazim Pişiyari Xalq artisti Rafael Dadaşov müsahibələrinin birində xatırlayır:
“Bir dəfə ona sual verdim ki, bu qədər iztirablı məhəbbət şeirləri yazırsız. Yəqin ki, ünvansız olmaz. Kimə ünvanlanır? Cavab verdi ki, Sədaqət xanıma. Dünyasını dəyişənə kimi o xanımı sevdi”.***Sədaqət Dadaşova nə qədər də sənətdən və şou aləmdən uzaq olsa da, bir neçə il əvvəl Türkiyədəki evlilik proqramlarının birinə qatılaraq verilişdəki iştirakçılardan biri ilə evlənmək istəməsi uzun müddət müzakirə mövzusu olmuşdu. Bu barədə onun bacısı Brilliant Dadaşovaya sual verəndə, o, belə münasibət bildirir:“Sədaqət xanım əmimiz oğlu Rafael Dadaşovla artıq 15 ildir ki, ayrılıb. Ailə qurmaq, özünə həmdəm aramaq onun da haqqıdır. Burada qəbahətli nəsə axtarmağa lüzum görmürəm. Onlar həyat yoldaşı kimi ayrılıblar, amma dost kimi qalıblar, həmişə yan-yanadırlar. Yəni ər-arvad kimi ayrılsalar da, əmioğlu-əmiqızıdırlar”.

Aktrisanın digər övladları ilə münasibəti yaxşı olsa da, qızı müğənni Səidə Dadaşova ilə hazırda küsülüdürlər. Səidə özü də atasının ölümündən sonra anası ilə ciddi problemlərinin olduğunu dilə gətirərək deyir:"Çoxdan anasızlar sırasındayam. Mən anam ola-ola o, sıradayam. Mənim atam da, anam da atam olub. Adamı dünyaya gətirməklə deyil ki... Eləsi var ki, uşağı dünyaya gətirib, amma balasından xəbəri yoxdur. Onu böyüdən valideyn sayılıb. Məni boya-başa çatdıran, ayaqda saxlayan atamdır. Dünyaya gətirəni danmıram, amma... Anam var, danmıram, Allah canını sağ eləsin. Heç kimi danmıram. Hamının canı sağ olsun, özü üçün. Milyonların, qadınların sevimlisi olan atam xoşbəxt olmadı. Bir qadını o cür sevdi, amma tək qaldı. Onu sevmədilər, istəmədilər. Onun qədrini bilmədilər. Atam ömrü boyu özünü ailəsinə həsr etdi. Ailəmiz dağılmadı, pərdə arxasındakıları bilmirsiz. Bu ailə dağılmamalıydı. Biri var dağıldı, biri də var dağıtdılar.

Bundan başqa Səidə Dadaşova həbs olunması və insan alveri ilə məşğul olduğu üçün barəsində cinayət işi açılması haqqında yayılan fikirlərin şaiyə olduğunu dilə gətirərək bu məsələdə anasını günahkar hesab edib:
"Ana da öz övladına şər atarmı? İndi anladınızmı ki, atam dünyasını dəyişdikdən sonra nələr baş verdi, kimlər üstümə qalxdı? Əslində bilirsiniz ki, bu yazılar kim tərəfindən həyata keçirilir. Adam da dünyaya gətirdiyi, öz doğma balasına şər-böhtan atarmı? Ana var ki, pisi ört-basdır edir, ana da var ki, olmayan şeyləri qızının adına çıxardır, şər-böhtan atır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.