"Fəqət Türk sözünün danılmasının əsil kökü gedib çıxır 8-9-cu əsrlərə."
29-08-2022, 08:46
TÜRKİYƏDƏ YAŞAYAN ÜMUXANIM HÜSEYNOVA, ANA "TÜRK" YOX, "AZƏRBAYCANLI" DEDİKLƏRİNDƏN GİLEYLƏNİR. VƏ GİLEYİNDƏN BELƏ BAŞA DÜŞÜLÜR Kİ, BU CÜR QEYRİ-ADİ STATUSDAN ƏZİYYƏT ÇƏKƏN TƏKCƏ ODUR.
***
ANA YAZIRAM:
Məsələ sizinlə bitmir. Məsələ, çoox mürəkkəbdir xanım. Siz özünüzü Türk adlandıra bilərsiniz. Amma kim sizi, məni Türk adlandırır? Heç kim.
Deyirlər guya bu etnotermini Stalin qadağa etdi. Müstəqillik dövründə isə yenidən bərpa edilmiş adı Heydər Əliyev konstitusiyadan çıxardı. Bəli, bunlar üstqurum faktlardır: son 100 ildə Türk termininə yenidən iki dəfə qadağa qoyuldu.
Fəqət Türk sözünün danılmasının əsil kökü gedib çıxır 8-9-cu əsrlərə. Müsəlman ərəblərin Azərbaycanı işğal dövrünə. Bax ULU TÜRK sözü o zamannan din tərəfindən yasaq edildi. Bizim, məhz və yalnız bizim - Azərbaycan türklərinin adı götürüldü üstümüzdən. Bizə, məhz və yalnız bizə “Hümməti Mühəmməd” (Məhəmməd milləti) dedilər və etnik TÜRK milləti sözlərini “müsəlman milləti” ilə əvəz etdilər. 1200 ildir ki, biz artıq Türk deyilik. Ancaq talış, ləzgi, tabasaran, avar, kürd, tat müsəlman olsaydılar da, onlara dəyib dolaşan olmadı. Yəqin ona görə ki, sayca az idilər, Xəlifətə qarşı Babəkin yüz minlik və 20 illik müqavimətini göstərə bilməzdilər. Xəzər türkləri kimi ərəb ordusuna təkcə elə Azərbaycan torpaqlarında dəfələrlə əbədilik dağ basa bilməzdilər. Bilmirdilər də.
Bu barədə rəhmətlik Üzeyir Bəy Hacıbəyli də sizin kimi yana-yana yazır: Nə təhər oldu deyir, BÖYÜK İNSAN, VƏTƏNPƏRVƏR DAHİ, bu torpaqda yaşayan hamı müsəlman öz etnik adıyla çağrıla bilir, təkcə mən Türk “Müsəlman” milləti oluram?
Haya “erməni” deyirdilər, bizi , üzürlər, “sünnət olunmuş müsəlman” kimi qələmə verirdilər. Hər yerdə “erməni-müsəlman davası” deyə yazırdılar. Biz Türk adını daşıyırdıqsa, niyə demirdilər”erməni-türk davası, qırğını”? və s.
Ərəblər də dəvələri kimi kinlidirlər. Hələ 3 min il bundan qabaq Səudiyyədən çörək dalınca gəlmiş ərəb Babilin şimalında gil yazı sahibi Türklə - bizim birbaşa əcdadlarla görüşəndə, türkün yaratdığı ilkin Bəşəri Sivilizasiyaya görə ona nifrət edirdi və əlinə fürsət düşən kimi onu soyqırımına məruz qoyurdu. Bu barədə məlumatı gil yazılı yazarımız Şəmsi Ədəd Abi verir. Onu ilk dəfə da oxuyub tərcümə edən kimi deyirəm və bu nifrətə qarşı nifrət 14-cü əsrin Şairi Nəsimidə öz əksin tapır. "Məndə sığar iki cahan… " ərəbə tərs şillədir, gil dilimizlə desəm, ŞAMƏRDİR! Elə ŞAMƏR ki, Şairi birbaşa ərəbin təsvirolunmaz "diri-diri dərisoyulma" (sallaqxana) taxtına aparırdı.
Odur ki, Türk adın biz hərdənbir - bəlkə əsrdən əsrə qısa bir zaman ərzində daşımışıq - zaman dönərgələrində. İslam gələn vaxtdan biz “müsəlman” millətiyik. Özü də təkcə biz. Damğadır - əbədilik vurublar qulağımıza. Ona görə də gələn hakim u adın üstündən asanlıqla qələm çəkə bilir. Sovet sistemin yıxan inqilab başa çatan, Azərbaycan yenidən rus imperiyasının əsarətinə düşən kimi, yeni ağalar bizə yenə də TÜRK demədilər. Tatar dedilər. Yerlərdə heç kim rusun bu vakxanaliyasına etiraz etmədi. Çünki Türklüyün 1000 il qabaqdan unutdurmuşdular ona.
Ona görə təzə gələn hökmdarlar adımızı istədikləri səmtə dəyişə bildilər, bilirlər. Allahın özünün verdiyi TÜRK adını müsəlman dini min ildən çoxdur ki, yadlaşdırıb bizə.
Hakimlər bilirlər ki, u adı üstümüzdən on dəfə götürsələr də, "müsəlman milləti" müqavimət göstərməyəcək. Ərəbə xidmət edən siğə və talağ-talağ oyununun mahir kəndirbaz mollaları öz işlərin çoxdan görüblər.
Hamı Azərbaycanda elə bilir ki, Türk adını üstümüzdən götürən Türkə düşmən sayılan İosif Stalin olub. Bu, tariximizə biganəliyimizin nəticəsidir. Bəs Stalinə qədər hansı sənədlə siz türklyünüzü sübut edə bilərsiniz? Elə bir tarixi sənəd varmı? Bəlkə astronom babanız Nəsirəddin Tusi kosmik risalələrində yazıb bu barədə. Xalqın alim oğlundan soruşanda - Sör, hansı millətdənsən? Deyirdi: "Müsəlmanam". Bu gün onu da fars əlimizdən alsa da...
Amma 3000 minillik yazarımız ŞƏMSİ ƏDƏD ABİ özünün TÜRK olduğunu gil yazılrla gil lövhəyə qaızıyırdı:
"YENƏ ANNA, AV İLMEZ TÜRÜKÜ Kİ,
MƏLƏ TATR (DÜŞMƏN) ADAM!
YENƏ MÜZİYİM, YENƏ NAP ZARAM!
LAİLLAH! GÜNİM ULU CÖHƏR KAPANI!"
Bəli, Sovet hökuməti pasport paylayanda bizi "Türk" kimi yazdı. Dini ləğv edən sistem milliyyətimizi “Hümməti Mühəmməd” yazmayacaqdı ki? Türk yazmalıydı və QARAGÜRUHÇU Stalin də təbii yenicə xortdamış adı məhv etməliydi.
Müstəqillik dövründə bərpa edilmiş Türk adına azlıqlar ağızları köpüklənə qədər qabardılar. Və parçalanmaqda olan ölkədə ümumi konsensus yaratmaq üçün, onu yenidən ləğv etmək reallığı yarandı.
Ehtiramla.
***
"Bir daha Tariyel Azerturk
Umuxanım Hüseynova Bəs nədir?
Çoxu Peyğəmbəri Türk gözündə ucaltmaq üçün onun dilindən uydurma ifadə yazır. Guya deyib ki, siz türkə toxunmayın, onun döyüşgən gücündən istifadə edin.
Amma gerçəklik hər şeyi tərsinə deyir. Onun göstərişi olub: Harda türk gördünüzsə onu müsəlmanlaşdırın! Müslüm baydağı altına gəlməyənini yerindəcə məhv edin!
Əks təqdirdə, nətəər olurdu ki, İndiki Kumikiyadan, Krımdan tutmuş Volqanın dirsək verdiyi azman ərazidə mövcud olmuş Xəzər imperiyası türklərinin üstünə dəfələrlə qoşunlarını təkfırlı dəvələrdə göndərirdi, amma onların yanındakı slavyanlara, ruslara dəymirdi? Xəzər imperiyası onu dəf etməsəydi…
Çin sırhədlərində, başkort, çuvaş, uyğur, tatar türklərini sünnətə məruz qoyurdu, amma digərlərinə toxunmurdu?
Türküstandakı bütün türkləri müslümləşdirirdi, ordakı deyək, Səmərqənd yəhudilərini və digər tanımadığım azlıqları- zəifləri sərbəst buraxırdı?
Azərbaycanın beynin dəyişdirirdi, çox da uzaq olmayan qaraçı hayları öz dinlərində saxlamasını ağır vergilərlə əvəzləyirdi?
Türkün adını yox edən ərəb olub".
***
Budur, şəkildə Dahi Mikalenjelonun "Allah Yeri-Göyü, Adamı yaradır" əsərindən fraqment. O, Yeri, göyü. suyu, heyvanat aləmini yaradıb, ona "TİRRİK" (DİRRİK - HƏYAT) dedi. Türk adımız burdan gəlir. Amma nə olsun? Daşıya bilmirik...
Tariyel Azerturk
Teref.az