Sabiq xarici işlər naziri Vilayat Guliyev: "Ala, Vilayeet! Ala, Vilayeet! Ala, Mersedesden düşüb..."

31-08-2022, 15:59           
Sabiq xarici işlər naziri Vilayat Guliyev:
35 ildir ki, bağ sakini kimi yashadığım Buzovna kəndinin nəcib və mehriban əhli tale quşunun bir vaxtlar başıma qondurduğu yüksək vəzifəni qoruyub saxlaya bilmədiyim üçün deyəsən məndən xeyli-rəncidə olub. Son bir neçə ildə məzuniyyətə gəldiyim yay aylarında kəndin küçələrində velosiped turuna çıxmağım bu xəyal qırıqlığını daha da şiddətləndirib.Bu yaxınlarda səhər çağı məscidin yaxınlığından velosipedlə keçəndə arxadan az qala fəryada bənzəyən səs eşitdim:
-Ala, Vilayeet! Ala, Vilayeet! Ala, Mersedesden düşüb velsepede minmüsəən?
Arxaya çevriləndə 1970-1975-ci illərdə Bakı Universitetinin filologiya fakültəsində birlikdə oxuduğum keçmiş tələbə yoldaşım, əslən buzovnalı olan Nazim Hikmət Salamini gördüm (o dövr üçün postmodernist təsir bağışlayan adına baxmayaraq babat qəzəllər yazır və hərdən qutab qonaqlığının müşaiyəti ilə bizə də oxuyurdu).
Adamla 41 ildir ki, görüşməmişdik. Amma salam-kəlam, hal-əhval tutmazdan əvvəl yadına düşən Mersedes-velosiped antitezisi oldu...
Başqa bir gün isə mağazadan kiçik alış-veriş edib velosipedimə süvar olanda yaxınlıqda sallağı oturub əllərindəki çubuqla yerə mənasını yalnız üzlərinin anladıqları cızıqlar çəkən iki ağsaqqalın xalq müdrikliyi ilə yoğrulmuş dialoqunu eşitdim:
-Ala, bele yerde diyübler ee, kiminin əvvəllüü, kiminin axırı...
-Ala, həri, həri
Amma hər şeyə rəğmən Buzovnanı və buzovnalıları çox sevirəm...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru