Delfin və İnsan.....

10-09-2022, 09:49           
Delfin və İnsan.....
Məşhur italyan dalğıc Enzo Mallorka qayıqda ona kömək edən qızı Rossana ilə Sirakuza yaxınlığında dənizə baş vururdu.
Suya baş vurarkən belinə yüngül toxunuş hiss etdi. Bu delfin idi. Enzo başa düşdü ki, o, oynamaq istəmir, amma nəsə başa salmağa çalışır.
Enzo delfinin ardınca dərinliyə üzdü.
Təxminən 12 fut dərinlikdə o, tərk edilmiş tora düşən başqa bir delfin gördü.
Dalğıc cəld qızından bıçaq götürdü. Onlar bir neçə dəqiqədən sonra, son gücü ilə "demək olar ki, insan kimi fəryad edən" (Malyorkanın özünün dediyi kimi) delfini azad edə bildilər.
Delfin suyun altında 10 dəqiqəyə qədər yaşaya bilir, sonra isə ölür.
Azad edilmiş, hələ də özünə gəlməyən delfin Enzo, Rossan və başqa bir delfin köməyi ilə yuxarı çıxarıldı. Yuxarıda Enzoya aydın oldu ki, bu hamilə olan dişi delfindir və bir necə dəqiqədən sonra o doğdu.
Ata delfin bir dairə üzəndən sonra, Enzoya tərəf yaxınlaşdı və yanağına toxundu (öpüş kimi) bu minnətdarlıq jesti idi və üzərək uzaqlaşdı.
Bütün baş verənlərdən sonra Enzo dedi: "İnsan təbiətə hörmət etməyi və heyvanlar aləmi ilə danışmağı öyrənməyincə, o, Yerdəki əsl rolunu heç vaxt bilməyəcək".
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.