BUNLARIN HAMISI

14-06-2023, 00:08           
BUNLARIN HAMISI
BUNLARIN HAMISI
Deputat, elmlər doktoru adını daşıyan adam kəbdə oxuduğunuz əməlini, süni mayanmayla uşaq dünyaya gətirməzlər kimi absurd fikrini "Allah verməyibsə, deməli belə məsləhətdir" sözləriylə əsaslandırır. Yəni qanun layihəsini qəbul etməyə qoymamaqda İslam dininə istinad edir.
Amma yalan deyir.
Möhtərəm Siyavuş Novruzovun xəbəri yoxdur ki, İslam süni mayalanmanı qadağan etmir! Nəinki qadağan etmir, buna yaxşı baxır! Axı uşaqsız yaşayan ailə süni mayalanma sonucunda dünyaya uşaq gətirə biləcək, sonsuzluq dərdindən qurtaracaqlar, xoşbəxt olacaq...
Dövlətçilikdən danışmağı xoşlayanlardan biri olan möhtərəm Siyavuş məllim anlamır ki, Azərbaycanda daha bir uşağın dünyaya gəlməsi tək bir ailənin sevinci, xoşbəxtliyi deyil, bəzən bir, kəsilməkdə olan nəslin sevinci, xoşbəxtliyi, ümididir!
Dövlətçilikdən danışmağı xoşlayan möhtərəm anlamır ki, süni mayalanmadan doğulan uşaq həm də istənilən halda Azərbaycan dövlətinin qazancıdır.
"Bunların hamısı niyə belədi?" sualı ritorikdi, çoxdan ritorik olub. Niyə belədi, yəni bu ağıladadı, bu savaddadı, bu təfəkkürdədi, məntiqsiz-mənasız düşüncədədi? Pulla təhsil alıb, pulla doktorluq yazdırıb ağıllı-ağılı, ötkəm danışmaqla deyil ki?
Bu sözlər qabındakını göstərir. Belə danışan belə adamlar haqqında hələ 2 000 il öncə deyilib:
Testimonium paupertatis....
Hamısı belədi, çünki məhz belə olmaqları lazımdı, bu meyarlarla seçilib təyin olunublar.
"Seçilib" deyəndə MM seçkilərini nəzərdə tutmuram, təbii ...
Ölkənin problemi tək belə deputatlarda deyil, təbii. Onları ora təyin edəndədi...
SÖZARDI
Dəyərli dostlar! Postu oxuyub əsəbiləşsəz, qəzəblənsəniz də, hirs, qəzəb işarələri qoymayın, pls. Qəzəbiniz mənə deyil ki? Qəzəbiniz haqqında söhbət gedən olaya və adamlara, zülm edənlərə, zülmə dəstək olanlara, cinayət ya ziyanlı əməl törədənlərə, bizi susdurmaq istəyənlərədirsə, posta dəstək verin. Qəzəb işarələri yazılanın ziyanınadır.
Чингиз Султансой
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.