"Azərbaycan" qəzeti... varlığı, yoxluğu bir...

14-06-2023, 00:07           
"Azərbaycan" qəzeti...
"Nyu-York Tayms" (Nyu-York vaxtı) qəzeti 1851-ci ildən çıxır. 21-ci yüzilin əvvəllərinə kimi tirajı bir milyondan çox idi.
Hələ 15 il əvvəl qəzetin redaktoru müsahibə vermişdi ki, təhlükə qarşısındayıq, tirajımız düşür, camaat qəzet almır.
Bəli, oxucu "Nyu-York Tayms"ı almadı, lakin oxumağa davam etdi. Zaman gözümüzün qarşısında dəyişdi, daha oxucu qəzet almağa getmədi, qəzet xidmətinə gəldi... bu da dövrün gözəlliyi!
Dövrün sınağı isbat etdi:
Gerçək qəzet internet vasitəsi ilə də oxunacaq. Pul da qazanacaq, özünü də keçindirəcək, dünya durduqca ömrünü də sürəcək. Gənə qəzetlər, yəni dövlətin qarnına yapışıb qan sormaqla gün keçinənlər bu mərhələni aşmayacaq... (bir müddət süründürülə bilər...)
"Azərbaycan" qəzeti Azərbaycanda oxunmur və oxunmayacaq. Varlığı yoxluğuna bərabərdir. Kimsə o kalitesiz ürünü almaz, evinə gətirməz. Bu, çox normal haldır... olmasın qəzet, olsun alma... axı kim pulunu çürük almaya verər?
İndi, kiminsə yadına düşüb ki, Cümhuriyyətimizin yadigarı imiş...
Ayıbdı, vallah... Cümhuriyyətin hansı dəyərinə dəyər verdiniz ki?
Cümhuriyyət sözünü kaş dilə gətirməyəydi... elə olduğunu deyəydi. Deyəydi:
-Ey dövlət, illərdir büdcədən bizə havayı don biçmisən, gen-bol "donnux" vermisən... vermisən yemişik, örtmüsən yatmışıq, gözləmisən canımız çıxmayıb...
Yenə ver yeyim, ört yatım, gözlə, canım çıxmasın...
Bax, bu, olardı... yüz ilin başında bir SÖZ...
Mehriban Vezir
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.