Tarix öz səhvlərindən nəticə çıxarmayanlara qarşı amansız olur.
25-12-2023, 15:19
Osmanlı imperiyasının süqutuna gətirən ən böyük tarixi hadisə.. Kiçik Kaynarca sülhü. 1774-ci il.
O zaman böyük Osmanli imperiyası coğrafiya elminə biganə qaldığından coğrafiyanı ondan yaxşı bilən Ruslara qurban verdi .
Fransız elçisi Osmanlı sultanın III Mustafaya məlumat verir ki, rus donanması Baltik dənizindən Aralıq dənizinə Osmanlı donanmasına hücum etməyə gəlir. Sultan bu xəbəri gülünc qarşılayıb bunu qeyri mümkün hesab edir. Çünkü cahil Sultan avropanın şimalından Aralıq dənizinə su yolunun olmasını ağlına gətirməzdi. Rus donanması Aralıq dənizinə daxil olur və Osmanlı donanmasını məhv edir. Sultan isə avropanı qınayaraq:
"Gavurlar avropanın ortasından su yolu qazaraq rus gəmilərini Aralıq dənizinə saldılar dedi..
Bundan sonra ruslar Krımın, Krım ətraflı, Kerç, Buq və Dnepr çayları arası, Kubana qədər ərazinin itirilməsi, 4.5 milyon ruslara təzminat verilməsi, rus donanmasının boğazlardan sərbəst keçməsini qazandılar.
Bu gün isə Ərdoğan bəy babalarının coğrafiya dərsini bilmədiyi üçün aldığı tarixi dərsi unudaraq Türkiyə təhsil proqramından coğrafiya dərsləri üçün ayrılmış saatları din dərsləri ilə əvəz edib.
Nəhəng Osmanlını batırmış dini cəhət bu gün qardaş Türkiyəni də yavaşca batırır...
Tarix təkrarlanır.
Cavid Dəmirli
Teref. Xocanın Blogu