DİLCAN DƏRƏSİNİN İLDIRIMLARI

5-05-2024, 10:58           
DİLCAN DƏRƏSİNİN İLDIRIMLARI
Uşaq vaxtı yay tətilində ana babam bizi Bakıdan Qazağa, ordan da Dilcan dərəsinə tətilə aparardı. Qazaxda buna "dağa getmək" deyirlər. Bir zamanlar Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının torpaqları olan bu səfalı yerlərdə yay aylarında anidən basan yay yağışları səhərə qədər yağardı. Şəhərdən gəlmiş balaca uşaq idim, hər ildırım çaxanda səksənib qorxar, nənəmin şəfqətli qucağına sığınardım.
Yuxarı siniflərdə atam diqqətimi ildırımın parlaması ilə gurultusu arasındakı gecikməyə çəkdi. Çox qeyri-adi gəlmişdi mənə – göy gurultusunu müşahidə edəndə əvvəlcə ildırımın qaranlıq gecədə sayrışmalarını və cızdığı cızma-qara oynaşmalarını görür, bir neçə saniyə sonra isə onun gurultusunu eşidirik. Yəni, əvvəl görür, sonra isə eşidirik.
Məktəbdə işıq sürəti ilə səs sürəti arasındakı fərqi öyrətdilər:
İşığın sürəti – saniyədə 300 000 kilometr;
Səsin sürəti – saniyədə 343 metr.
O vaxtkı məktəbdə dərsləri minimum tədris vəsaiti, quru və yalın rəqəmlərlə öyrədirdilər. İndi isə o qədər çox audio-vizual və b. vəsaitlər var ki, xəyal qura bilir, fantaziyan öyrən ki öyrənəsən. Yetər ki, həvəsin olsun…
***
Bir dəfə gənc və erudisiyalı dostum Fuad Şərifov Twitter-də qısa bir video paylaşmışdı. O videoya baxanda yadıma atamın mənə və qardaşıma ildırımın səsinin gecikmə ilə gəlməsini izah etdiyi düşdü. Mən də yazdım ki, siz də çocuqlarınıza başa salın, göstərin. Qoy bizdən daha çox bilsinlər...
https://t.me/ibrahim_nebioglu
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.