OĞURLUQ GÜNÜ

8-05-2024, 09:04           
OĞURLUQ GÜNÜ
Utanmadan, qızarmadan, ar etmədən 7 May Sovetlərdə “Radio Günü” kimi qeyd olunurdu.
Bu gün Rusiyada da qeyd edilməyə davam edilir.
Əslində isə bu bir oğurluqdur.
Başqasının haqqını yemək,
dünya ilə alay etmək,
tarixi təhrif etməkdir…
Ruslara görə radionu Aleksandr Popov kəşf edib.
Dünya isə bu önəmli kəşfin müəllifinin Qulyelmo Markoni olduğunu bilir.
7 may 1895-ci ildə rus fiziki A. Popov Rusiya Fizika və Kimya Cəmiyyətinin iclasında "atmosfer elektrikində sürətli dalğalanmaları göstərmək üçün hazırlanmış bir alət" nümayiş etdirdi.
Halbuki görkəmli italyan fiziki və radiotexniki Qulyelmo Markoni radionu nəinki Popovdan əvvəl kəşf etmiş, hətta kəşfini patentləşdirmişdi. Bu kəşfinə görə Markoni Nobel mükafatına (1907) layiq görülmüşdü.
Rusların tarixi saxtalaşdırması sizi təəccübləndirməsin.
Butün sahələrdə belə deyillərmi?..
7 May mənim üçün Markoni deməkdir.
Radio deyəndə isə 3 kanal düşür yadıma:
1.Araz
2.Radio Monte Carlo
3.Qolos Ameriki
İbrahim Nebioğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru