Atatürkün Benito Mussoliniyə ağır cavabı...

20-05-2024, 08:04           
Atatürkün Benito Mussoliniyə ağır cavabı...
Benito Mussolini Türkiyədən İzmiri tələb edirdi. Rodos adasına 40 min italyan əsgəri yığmışdı…
İtaliyanın Ankaradakı səfiri Povli Atatürklə görüşmək üçün Çankayaya – prezidentin iqamətgahına gəlir. Özündən razı, təkəbbürlü səfir yekəxana bir tərzdə eyham vurmağa çalışır. Mövzu İzmirə gələndə Atatürk sakitcə ayağa qalxır, "Mənə 10 dəqiqə vaxt verməyinizi xahiş edirəm” deyərək qonşu otağa keçir.
On dəqiqə sonra Mustafa Kemal Paşa marşal formasında, təpədən dırnağadək qurşanmış şəkildə səfirin yanına qayıdır və "Buyurun, indi sizi dinləyirəm" deyir.
İtalyan səfir çaşqın baxışlarla ona baxır. Atatürk səfirin gözlərinin içinə baxaraq bunları söyləyir:
“Get o kaftara de ki, 40 min əsgərlə İzmiri ala bilməz, amma mən 4 min əsgərlə alaram”…
Mənbə:
Ergun Candan, Gizli Yönleriyle Atatürk, s.222
Münir Hayri Egeli, Atatürk’ten Bilinmeyen Hatıralar, Ankara, 1959, s.74–75
Hasan Rıza Soyak, Atatürk’ten Hatıralar II, İstanbul, 1973, s.526.
https://t.me/ibrahim_nebioglu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.