Bəzən pis davrandığın insanlar sənə pərəstiş edir, bəzən də yaxşı davrandığın insanlar sənə nifrət edir...

23-06-2024, 00:10           
Bəzən pis davrandığın insanlar sənə pərəstiş edir, bəzən də yaxşı davrandığın insanlar sənə nifrət edir...
Dostoyevski izdihamlı yığıncaqda söylədiyi nitq və oxuduğu şeirə görə rus çarı tərəfindən həbsə məhkum edilir və Sibirə sürgün edilir.
O, həbsxana illərini “Ölülər evindən xatirələr” adlı kitabında toplayıb.
Müəllif bildirir ki, burada yaşamazdan əvvəl xalqı tanıdığını düşünsə də, həbsxana illərində səhv etdiyini anlayıb.
Dostoyevski “qara insanlar” olaraq təyin etdiyi bu kütlə ilə qarşılaşdıqdan sonra insanları təhlil etməyə, onların daxili aləmlərini daha dərindən araşdırmağa başlayır.
Sürgündə Dostoyevski həbsxana iti ilə insan münasibətləri üzərində müşahidə əsasında təcrübə aparır.
O, itin arxasınca gedir və oradan keçən hər bir məhbusun onu təpiklədiyini müşahidə edir.
Maraqlısı odur ki, it məhbuslardan qaçmır və məhbus ona yaxınlaşanda əyilib təpiklə mövqe tutur.
İtin yanından keçən hər məhbus iti təpikləyir, it heç bir reaksiya vermir.
Bir gün Dostoyevski itə yaxınlaşır və onun başını sığallamağa başlayır.
İt bir müddət heyrətlə ona baxandan sonra tez oradan uzaqlaşır və acı hürər.
Qarşısındakı məhbusun təpiklədiyi it o gündən Dostoyevskini harda görsə, ondan qaçır və bir daha ona yaxınlaşmır.
Başını sığallayan Dostoyevskidən itin təpik atanlardan qaçmaq əvəzinə ondan qaçmasının təbii ki, psixoloji izahı var!
Şəri həyatın şərti kimi qəbul edən canlıların sevgini, qardaşlığı, paylaşmağı gördükdə böyük təəccüb və heyrətə düşməsi budur...
Ruhu əsarətə düşmüş bu it sevgiyə acdır və bu, insanlara da aiddir...
Bəzən pis davrandığın insanlar sənə pərəstiş edir, bəzən də yaxşı davrandığın insanlar sənə nifrət edir...
Dostoyevski
"Ölülər evindən xatirələr" kitabından
İlham Behrud Almemmedov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.