Oturub az qala 1 əsrlik tarixi olan filmi təhqir etmək peşəkarlıq deyil sadəcə düşuklükdür - REPLİKA

11-07-2024, 18:54           
Oturub az qala  1 əsrlik tarixi olan filmi təhqir etmək peşəkarlıq deyil sadəcə düşuklükdür - REPLİKA
Hamımız bilirik ki, Türk kinematoqrafiyası 90-cı illərə qədər çox zəif, bayağı olub. Hər nə qədər ilahiləşdirilsə də nə Türkan Şoray, nə Cüneyt Arkın, nə Kartal Tibet, Nə Hülya Koçyiğit və s aktyorlar, aktrisalar indiki türk kino aktyorları kinoaktrisaları ilə müqayisədə həqiqətən də zəif olublar.
Yeşilçam filmləri öz dövrü üçün yaxşı olsa da indiki dövrdə sadəcə ironiya mənbəyidir. Bunu Türkiyədə bütün sənət adamları bilir. Amma bir etika, keçmişə hörmət məsələsi var.
Bu günə kimi bir sənətçinin, bir kino adamının Yeşilçam filmlərini, aktyorlarını, rejissorlarını aşağılayan yazısını, ən xırda eyhamını belə görməmişəm. Çünki anlayırlar ki, yaxşı-pis Türk kinematoqrafiyası o filmlərin o aktyorların, o rejissorların çiynində gəlib bu yerlərə çıxıb.
Amma bizim statusu 200 like -i keçən hər yazarımız nədənsə bir balaca künc -köşə tapan kimi keçmişı təhqir etməyi özünə borc bilir.
Tənqid etmək olar. Hamı da hər şeyi bəyənməlidir deyə bir qayda yoxdur. Amma hamı kecmişə sayğı göstərməyə borcludur. "O olmasın, bu olsun" filmi bizim milli kino tariximizdir.
Oturub az qala 1 əsrlik tarixi olan filmi təhqir etmək peşəkarlıq deyil sadəcə düşuklükdür.
Gunel Musa
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.