Təcrübələri ilə 2 milyon insanın ölümündən məsul həkim: Cozef Mengele
16-07-2024, 10:24
Auschwitz-Birkenau həbs düşərgəsində insanlar üzərində etdiyi təcrübələrlə tarixə “ölüm mələyi” kimi düşən Cozef Mengelenin təxminən iki milyon insanın ölümünə səbəb olduğu düşünülür.
İndex.az xəbər verir ki, o, təkcə yəhudilər üzərində deyil, homoseksuallar, qaraçılar, əlillər və əqli qüsurlu insanlar üzərində də təcrübələr aparıb.
Mengelenin vəhşi təcrübələrinə məruz qalan uşaqlardan İzak Qanon illər sonra qan donduran bu sözləri söyləyib:
“Mengele içəri girdi. Mənə narkoz vermədən qarnımı açıb tək böyrəyimi kəsib əlinə aldı. Böyrək başı kəsilmiş toyuq kimi əllərində qıvrılırdı. Mən isə ağrıdan qışqırırdım”.
Daha sonra, İzak qaz kamerasına göndərilib və 200 nəfərlik qaz kamerasının qarşısında əlində 201 yazılmış kağız sayəsində həmin düşərgədə ölümdən xilas oldu. Amma bacıları və anası onun qədər şanslı deyildi.
Mengeleni digər nasist həkimlərindən fərqləndirən, şübhəsiz ki, onun əkizlər və cırtdanlar üzərində apardığı araşdırmalar idi. Bu təcrübələr nəticəsində çoxlu uşaq öldü, dözülməz ağrılar yaşadı və ya əlil oldu. Mengelenin 1948-ci ildə hərbi cinayətkar elan edilməsindən və Almaniyadan qaçdıqdan sonra Latın Amerikasında təcrübələrini davam etdirdiyi güman edilir.
Mengelenin bütün axtarışlara baxmayaraq sağ tutulmaması müxtəlif fərziyyələrə səbəb olub. Şübhəsiz ki, Mengele yüksək nöqtədən kimsə tərəfindən qorunan onlarla cinayətkardan yalnız biridir.
Mengelenin vəhşiliyinin qurbanlarını təmsil edən məhkəmədə bu hərbi cinayətkarın mühakimə olunması ABŞ və bir çox başqa ölkələrdə səs-küy yaratdıqda axtarış səyləri bir daha gündəmə gəldi. Bu təmsilçi məhkəmədə subyektlərin hekayələri bütün dünyanı şoka saldı.
Mengelenin nasizm ideoloqlarından olan Albert Speerin 1976-cı ildə etdiyi əməldən peşman olması ilə bağlı açıqlamasını “pafotetik vəziyyət” kimi dəyərləndirməsi ona qarşı qəzəbi artırır və ruhi xəstə olduğunu da ortaya qoyur.
1979-cu ilin fevralında dənizdə boğularaq ölümü qeydə alınan Mengele tutulmadı, mühakimə olunmadı və cəzalandırılmadı. İki milyon insanın, çoxu uşaqların ölümünə səbəb olan bu şəxs yaşlı və tövbə etməyən bir insan kimi dünyasını dəyişdi.