"Kərbəla müsibəti" rəvayətlərinin yaşı 500-550 ildir... MÖVQE
17-07-2024, 00:03
Kərbəla hadisəsi deyilən rəvayətin millətimlə heç bir əlaqəsi yoxdur.Hadisənin gerçəkliyinin özü şübhə altındadır.Çünki, rəvayətin baş verdiyi ehtimal edilən zamanda şahid və müasiri olan heç bir tarixçisi, səlnaməçisi,şairi və ya filosofu bu hadisə barədə bir kəlmə də yazmamışlar."Kərbəla müsibəti" rəvayətlərinin yaşı 500-550 ildir.İstənilən xalq dastanlarını, rəvayətləri , o cümlədən Dədəd Qorqud və ya Koroğlu dastanlarını dinlə suvaq edib istənilən faciəni dini konteksdən təqdim etmək olardı.Kərbəla çölündə (ehtimal edək ki, baş verib) baş vermiş bu hadisə 30 minlik qoşunla 70-75 nəfərlik uşaq, qadın, qoca və az sayda Hüseynin nökər - naiblərinin döyüşü iddia olunur.Uşaq, qadın və qocaları çıxsaq 5-10 nəfərlə 30 minlik qoşunun "müahribəsi" 3-4 saniyə çəkə bilər.Şiə "alimləri" hadisəni təsvir edən yüzlərlə cild kitab yazıblar.Hadisələri saatlarla danışırlar.Bütün iştirakçıların adları çəkiləmklə döyüş gedən ərəfədə dialoqları rəvayət edilir. Sanki hadisəni kimsə filmə çəkib və bütün epizodlar lentə alınıb.İddiaya görə isə hadisədən sonra heç kim sağ qalmayıb.O zaman bu dialoqları kim tərtib edib ? Məni narahat edən yaşlı başlı kişilərin nifrət və düşmənçilk təbliğ edən bu yalanlara inanmasıdır.Mollaların rəvayətlərində bu 3-4 saniyədə günlərlə iki ordu arasında gedən davadan danışılır.İndi isə gəlin hadisənin mahiyyətinə baxaq və 1400 il öncə nə baş verdiyini araşdıraq.
Olan odur ki, hakimiyyət iddiasında olan Hüseyn Xəlifə seçkilərində tərəfdar toplaya bilmədiyi üçün məğlub olur.Məğlubiyyəti ilə razılşamadığı üçün isə çoxlu tərəfdarı və ordusu olan Yezidin hakimiyyətini qəbul etmək istəmir.O güman edirdi ki, peyğəmbər nəvəsi olması ona Xəlifə olmaq haqqını verir.Sonra isə qisas hissi güclənən Hüseyn Yezidə qarşı ordu düzəltmək üçün gecə ikən arvadlarını və uşaqlarını götürüb qaçmağa qərar veirir.Həm də atasının Kufədə olan tərəfdarları onu bu üsyana təhrik edirdilər. Hüseynin qaçmasından yararlanan Əli şiələri oğlundan qisas almaqla həm Yezidə yarınırlar həm də ərəb xilafətini ikitirəlikdən qurtarırlar.Hüseynin Şiələr tərəfindən öldürülməsi isə Seyid Əzim Şirvani bir şeirində yazır.(
Seyid Əzim Şirvani...
Ata-babanız şiələr öldürdü imamı,
Qıldız onu siz sünnüyə nisbət, köpək oğlu!
Baş çapmaq ilə, şaxi* olubdur sizə adət,
Ey məzhəbi-dini olan adət, köpək oğlu!
Bir sözlə qaçan adamı təqib edib öldürüblər.Bu hadisədə heç bir qəhrəmanlıq nümunəsi də yoxdur.Bu hadisə millətimizin mənəvi boşluğunu doldurmaq əvəzinə xalqı daha da cahilləşdirir və radikallaşdırır.
Bizi doğma olan və eyni tarixdə baş vermiş Ötükən hadisəsidir. Çin işğalçılarına qarşı özünün 40 igidi ilə döyüşüb türk dövlətçiliyini bərpa edən və azadlıq alan Kürşadır.629-cu ildə Doğu Göytürk Dövləti Çin tərəfindən yıxılmışdı.Başda Qara Kağan və şahzadə Kürşad olmaq üzrə əsir alınaraq Çinin başkəndi Siqnatuya götürülmüşdülər.Əsarətin 5-ci ilində Qara Kağanın ürəyi patrlayıb ölür.639-cu ilin avqust ayında Kürşad qırx igid türk əsgəri ilə Çin sarayına basqın etdi.Məqsədi Çin imperatorunu əsir alaraq əmisi oğlu Urku Tiğini əsirlikdən xilas etmək və onu Göytük dövlətinin yeni imperatoru elan etmək idi.Sarayda qeyri bərabər döyüş oldu.Sayca qat- qat çox olan çin əsgərləri türk igidlərini saraydan sıxışdırdılar.Döyüşü davam etdirən igidlər bir -bir vətən üçün qurban getdilər.Kürşad ən sonda oxla vurulub öldürülsə də atın üzərindən yıxılmadı, dik qaldı.
Bu olayın təsirindən sonra Çin İmperatoru türk soylu bəylər ilə görüşmələr təşkil etdi və barışıq üçün hərəkətə keçdi.Göytürk şahzadəsi Kilibi Xaqanın rəhbərliyi ilə Doğu Türküstanda türk dövlətinin müstəqilliyi tanındı.
Vasif Efendi
TEREF