Açılın qapılar, şaha gidelim!

21-07-2024, 08:34           
Açılın qapılar, şaha gidelim!
Qızılbaşların əsasını köçəri türkmən tayfaları təşkil edirdi. Səlcuqlu imperiyasının oturaq mərkəzləşmə siyasətindən narazı qalan köçəri türkmən tayfalarının 1153-cü ildə Bəlx və Türkiyə Səlcuqlu dövlətində 1240-cı ildə Babailər üsyanı Qızılbaşlığın zehni düşüncədən dini-siyasi platformaya yansımasına güclü təkan verdi. Çox keçmədən I Bəyazid (1389 - 1402) tərəfindən Osmanlı dövlətinin apardığı oturaqlaşma siyasətindən narazı qalan Anadolu türkmənləri İranda meydana çıxan Qızılbaş hərəkatını özlərinin xilas yolu kimi gördülər. Eyni zamanda Ərdəbil dərgahından ayrılıb Anadoluya pənah gətirən şeyx Cüneydin (1429 - 1460) burada apardığı irşad fəaliyyətləri və qəza yürüşləri də köçəri türkmənlərin hərbi-siyasi cəhətdən təşkilatlanmasına səbəb oldu. Ona görə də 1499-cu ildə şah İsmayıl Lahicandan hüruc hərəkatına başlayan zaman hərbi dəstək almaq üçün ilk getdiyi yer Şərqi Anadolu oldu. "Açılın qapılar, şaha gidelim" deyərək ustaclı, şamlı, rumlu, zülqədər tayfaları və Qaramanlı əşirəti şah İsmayılın safında yer aldılar. Təsadüfi deyil ki, şah İsmayılı Lahicanda qoruyub yetişdirən və daim yanında olan yeddi qızılbaş şeyxindən beşi Anadolu əsilli idi. Bunlar Hüseyn bəy lələ Şamlı, Abdal Əli bəy Dədə Zülqədər, İlyas bəy Xınıslı, Rüstəm bəy Qaramanlı və Bayram bəy Qaramanlı idi.
Елбрус Вахидов
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru