Babalarımızın bizə buraxdığı miras...

22-07-2024, 10:14           
Babalarımızın bizə buraxdığı miras...
"İclasa gedəcəkdim. Baxdım ki, gecikmə ehtimalım var, bir taksiyə mindim. Taksi şoferi söhbətcil biri idi. O danışır, mən dinləyirəm. Düz iş yerinin qarşısına gəldik. Taksi pulu 9.75 TL tutdu, mən 10 TL uzatdım. Bəzən olur, hamımızın yaşadığı səhnə vardır, taksiçi xırdanı axtarırmış kimi edir, siz də pulun xırdasını ala bilmək üçün bir ayaq çöldə, enməmək üçün vurnuxursunuz. Tam o səhnə... Şofer, pul üstü varmı deyə axtarmağa başladı...
"Üstü qalsın qardaşım" dedim.
Döndü mənə doğru:
"Vaxtın varmı qardaş?" dedi.
"Bəli" dedim (tək ayağım hələ çöldə idi).
Maşını saxlayaraq, düşdü. Qabaqda bir bufet var idi. Getdi oraya, nə isə danışıb gəldi. Mənə 25 quruş uzatdı. Aydındır ki, pul xırdalatdırmışdı.
Mən dedim: "Qardaş, 9. 75 deyil, 10. 50 yazsa idi, məndən 50 quruş istəyəcəkdinmi?"
-Nə, 50 quruş alacağam, qardaş?!
-Bəs niyə 25 quruş üçün o qədər narahat oldun. Halbuki qalsın demişdim.
Döndü mənə sarı, atdı qolunu arxaya:
-Vaxtın varmı qardaş?
-Var.
-Çək qapını o zaman.
Söhbətcil bir taksiçi ilə qarşı-qarşıyayıq...
5 dəqiqə danışdıq. İngiltərədə professordan, nə bilim çoxlarından təhsil aldım. O taksiçinin 5 dəqiqədə öyrətdiklərini, ingilis müəllimlər həftələrlə verdikləri dərslərdə öyrədə bilmədilər:
"Qardaş biz Keçiörəndə 5 qardaşıq. Atam fəhlə idi, gündəlik muzda işləyirdi. İnşaat işi tapsa işləyib gəlirdi, hansı gün iş tapa bilməsə, biz evə gələndə, üzündən anlardıq".
"Vəziyyətimiz heç yaxşı olmadı. Axşam yer süfrəsində yemək yeyərdik. Yemək bitincə atam bizə "Dayanın, qalxmayın" deyərdi. Əvvəl dua edərdik, sonra atam bizə süfrədə söhbət edərdi".
"Aha" dedim, "Bizim peşədən", seminarçı...
- Nə danışardı atan?
- Həyatda necə müvəffəqiyyətli olurlar?
"O gün inşaata çağırmazlarsa evə pul gətirə bilmir, sonra uşaqlara həyatda müvəffəqiyyət metodlarını izah edir".
- "Atam işə gedincə böyük qardaşımız onu təqlid edərdi, dəlik bir corabla şalvarın ciblərini çıxarar, dörd qardaşı qarşısına alıb, "Dürüst olun, evinizə haram loğma gətirməyin" deyərdi, biz də gülərdik. Anam hirslənərdi, "Atanıza lağ etməyin. O, həm dürüst, həm də çalışqandır" deyərdi. Yan evdə iki qardaş vardı, onların atası zəngin idi. Ataları pivəxana işlədir, amma adamda hər fırıldaq vardı, qumar filan oynayardı. Bizim yeni heç bir şeyimiz olmadı, həmişə o ikisinin köhnələrini istifadə etdik. O əmi məhəllədən keçərkən biz 5 qardaş ayağa qalxardıq, çünki bizə bəxşiş verərdi. Atam evə gəlincə ayağa qalxmazdıq. Çünki hədiyyə, pul filan olmurdu. Qardaş daha sonra biz atamı itirdik. Altı ay içində yandakı ata da öldü. Yandakı ata iki uşağa 5 mərtəbəli bir ev, işləyən pivəxana, kurslar və ərazilər qoydu. Bizim atamız nə qoydu bilirsinizmi?"
- Nə qoydu?
- Dükan borcları və məsləhətlərini qoydu: Övladım, işinizi dürüst edin, haqqınız olmayan pulu almayın...
Qardaş, aradan 15 il keçdi…
Digər atanın 2 oğlu indi həbsxanadadırlar, nə ev qaldı, nə pivəxana. Ailəsi dağıldı.
Biz 5 qardaş, beşimizin Keçiörendə taksi dayanacağında bir taksisi var. Hamımızın bir ailəsi, uşağı, bir evimiz var.
Bu yaxınlarda böyük qardaşımız bizi bir yerə toplayıb, dedi ki :
- Əsl mirası bizim atamız qoyubmuş.
Hamımız ağladıq. 5 qardaş taksiçiliyə başladığımızdan bəri, taksimetrənin yazmadığı 10 qəpiyi evimizə gətirmədik. Hər şeyimiz var, Allaha şükür".
Çox duyğulandım, vidalaşdım. Tam enəcəkdim:
-Dayan qardaş, əsl bomba indi olacaq!
-Nədir bomba?
-Harada yaşayırıq bilirsənmi? O iki qardaşın yaşadığı 5 mərtəbəli binanı biz aldıq. 5 qardaş orada yaşayırıq.
Övladınıza nə avtomobil, nə ev, nə də başqa bir miras qoymaqla bitmir. Övlada yalnız mənəvi dəyərlər qoyun. Baxın, hər iki ata da övladlarına dəyərlərini qoymuşlar.
https://t.me/afrozimle
Ahmed Şerif İzgören __ Türkiyə yazıçısı, "bədən dili" müəllimi
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.