KƏRBƏLA GERÇƏKLƏRİ: Kərbəla savaşı Bədrin intiqamı idi?
22-07-2024, 10:33
Әslində Kərbəladə nə baş vermişdi, Hüseyn və Yezid kim idi ?
Hüseyn və Yezid Qüreyş qəbiləsindən eyni cəddə sahib əmiuşağı idilər ki hakimiyyət uğrunda savaşıblar. Mollaların yalanlarından biridə budur ki güya Hüseyn İslamı qorumaq üçün Yezidə qiyam edib. Hüseyn qiyam falan etməyib. Hüseyn Küfə əhlindən bir məktub aldı ki, dur gəl bura və Küfə mərkəzliyilə İraqda hakimiyyətini qur və biz sənin arxandayıq. Hüseyn də hakimiyyət həvəsi ilə ailəsini götürüb yola düşdü, yəni qiyam üçün yox, savaş üçün yox, gedib Kufədə hakimiyyət qurmaq üçün ailəsinini apardi.
Hüseyn şəxsən özü Əməvilərin və xəlifələrin ordusunda qılınc gücü ilə İslamı yayamaqda iştirak etmişdir. Hətta, Kərbəla hadisəsi zamanı yanında əvvəlki döyüşlərdə əsir götürüb arvad etdiyi qadınlar və qulları da var idi. Sual verilə bilər ki , Hüseyn nə üçün 72 nəfərlə , arvadları, uşaqları, kənizləri, kölələri ilə birlikdə Kərbəlada Küfə yolunda niyə öldü ? Әdalət üçün ? Azadlıq üçün ?
Döyüş 2 səbəbə görə oldu.
1. Bədr savaşının intiqamı
2. Hakimiyyət davası üçün
Hüseyn Әlinin oğlu və Muhəmmədin
Fatimədən olan nəvəsidir. Muhəmməd özünü peyğəmbər elan edəndən sonra Qüreyş qəbiləsinin Bəni-Uməyyə (Uməvilər) ailəsindən olan ağsaqqallar o cümlədən Әbu-Ləhəb və Әbu-Sufyan Muhəmmədi qəbul etmirlər. Qüreyşin Haşimi ailəsindən olan Məhəmməd Məkkədən Mədinəyə qaçandan sonra yol kəsənliyə başlayır və yoldan keçən karvanları, o cümlədən Uməvilərin karvanlarını qarət edib soyur. Bədr savaşı da bu soyqunçuluqların biridir. Muhəmməd Şamdan Məkkəyə aparılan Əməvilərin böyük bir karvanını soymağa qərar verir. Әbu-Sufyan həmin karvanın başçısıdır və Muhəmmədin bu planından xəbərdar olur. Əbu-Sufyan təcili olaraq Məkkəyə məktub yazır ki, Muhəmməd karvanı soymaq üçün Mədinədən yola düşüb və bizə tez yardım göndərin. Məkkədən təcili olaraq yardım yola düşür. Bu arada Əbu-Sufyan da zirəklik edir və karvanın yolunu dəyişir. Karvanı sağ salamat Məkkəyə çatdırır. Məhəmmədin karvan sarıdan əli boşa çıxır, amma Məhəmmədin soyğunçu qoşunu ilə Məkkədən yardıma gələn Əməvilərin qoşunu Bədr quyularının yanında bir biri ilə qarşılaşırlar. Bu qarşıdurmada Məkkə şəhərindən gələn susuz ordu Bədr quyulardan su içməyə çalışır, amma Muhəmməd buna izin vermir və Bədr quyuların doldurulmasını əmr edir. Susuz qalan Məkkə ordusu məğlub olur və bu döyüşdə çox sayda adam öldürülür. Bu ölənlər Yezidinin dədəsi Ebu-Sufyanın tayfasının adamlari idilər. Məhəmmədin bu əməli Əməvi ailəni hər zaman intiqam fikrində saxlayır.
Muhəmməd ilə Əbu-Sufyan və Haşimilər ilə Əməvilər arasında bu düşmənçilik sonralar da davam etdi. Muhəmməd öləndən sonra onun yerinə gəlmək üçün xilafət davasi başladı. Әli deyirdi ki, Muhəmməd onu seçib, amma Ömər, Әbubəkr və Osman bunu qəbul etmədilər və sonunda Әli və onun uşaqları da hakimiyyət həsrətində qaldılar. 3-cü xəlifə olan Osman Əməvilərdən idi və o öz hakimiyyəti zamanı Əbu-Sufyanın oğlu Müaviyəni Şam (indiki Suriya) hökümətinə başçı seçdi. Beləliklə, Şamda Əməvilər hakimiyyətini qurdular və Әlinin oğlu İmam Həsən də atası Әli kimi hakimiyyət həsrətində qalır və hakimiyyətə gəlməyə fürsət gözləyir. Amma o da hakimiyyət həsrətilə ölür (öldürülür).
Müaviyənin ölümündən sonra təkrar olaraq xilafət və hakimiyyət müzakirələri başlayır. Hüseyn Mədinədə bir sıra qəbilələrin başçıları ilə danışır. Küfə (İraqda bir şəhər) cəmaəti Hüseyni İraqa dəvət edirlər ki , orda onun hakimiyyəti üçün beyət etsinlər.
Hüseyn kufəlilərin bu çağrışı ilə İraqa doğru yola düşür. Hüseyn savaş üçün deyil Küfənin istəyilə onların dəvəti üçün Küfəyə gedir və məqsədi hakmiyyətdir. Yezid bunu bilir və Abdullah ibn Ziyad adlı bir təmsilçisini Küfəyə göndərir ki onları Yezidə tərəf razı salsın. İbni Ziyad Küfə əhlini pul ilə razı salır və Kufə camaatı Hüseynə beyət etmir. Hüseyn arada qalır. Hüseyn hakimiyyət üçün Küfə şəhərinin istəyilə gəlmişdir amma indi Küfə şəhəri Yezidi seçdi və Hüseyn Küfə yolunda yanlız qalır. Bu arada Yezid ordusuna əmr edir ki Hüseyni məcbur etsinlər ki, onun xəlifə olduğunu qəbul etsin, yəni ona beyət etsin. Amma hakimiyyət üçün Məkkəni buraxıb Küfəyə gedən Hüseyn köhnə ədavətləri xatırladaraq bu təklifi qəbul etmir. Yezid Kərbəlada Bədr döyüşündə həlak olan babalarının intiqamını alır və Əməvilərin hakimiyyətini davam etdirir.
Bu yazıda az da olsa çalışdım ki, bir biri ilə yaxın qan qohumu olan, eyni qəbilənin Əməvilər və Haşimilər ailəsinin arasında gedən güc yarışmasını və bu yaranmış düşmənçiliyinə işıq tutam. Qüreyş qəbiləsinin ailələri içindəki kiçik çatışmalar sonunda Kərbəlada savaşla bitdi. Hüseyn Kərbəlaya əsla savaş üçün gəlməmişdi. Mollalar və mərsiyəxanlar çalışırlar ki, bu hakimiyyət davasını haqq və batil savaşı kimi göstərsinlər. Bu hadisəni Hüseyn Məktəbi olaraq savadsız xalqa nümayiş etdirirlər. Halbuki bu hadisənin tarixi intiqam (Bədr), siyasi (hakimiyyət və xəlifəlik davası) səbələri vardır. Hüseyn məktəbi dediyniz hadisədə insanlığa yaraşan dırnaq boyda haqq, ədalət, azadlıq və insanlıq izləri yoxdur.
Hüseyn bir sadə ərəb kimi hakimiyyət üçün plansız şəkildə savaşmağa məcbur oldu və bunun nəticəsində də öldürüldü. Necə ki Muhəmməd Əməvilərin dəstəsini Bədr savaşında susuz saxlayaraq öldürdü. Bu Әrəbistanın tarix boyu yaşadığı hakimiyyət savaşıdır ki Aşura birincisi də deyil, sonuncusu da olmadı.
Günümüzdə də Yaxın Şərqdə bu məzhəb davası hələ də davam etməkdədir. Hüseyn burda məzlum göstərilərək mollalara və mərsiyəxanlara çörək
ağacı çıxıbdır. Yüz illərdir insanları coşdurub onları başlarını, bellərini xəncərlə yarmağa vadar ediblər.
İndi bildinizmi min ildir azərbaycanlıların uğrunda başını yarıb ağladığı Hüseyn və adını eşidəndə əsəbləşdiyi Yezid kimdir? Min ildən çox olan bu yas və kin abu havası Azərbaycan xalqının beyninə yeridilmiş zəhər kimidir.
Din və İnsan