BİR KİLOBAYTLIQ ZARAFATLAR

25-07-2024, 08:04           
BİR KİLOBAYTLIQ ZARAFATLAR
Amerikanın New Jersey ştatında dondurma mağazasında işləyirdim. Bir ay keçmişdi, iyulun əvvəli idi. Hər şey yaxşı gedirdi. Amma yaxşı gedən hər şey ayın sonunda məhv oldu. Yanıma Müşviq adında bir azərbaycanlını gətirdilər və dedilər, bu səninlə işləyəcək.
Bir həftə bir yerdə işləmək bəs elədi ki Müşviqin diaqnozunu qoyum. Müşviq 5 dəqiqə ciddi söhbət eləmək mümkün olmayan insan kateqoriyasına aid idi. 7/24 mırt vuran insan idi Müşviq. Hər gələn müştəriyə 1 kilobaytlıq zarafatlarını yağdırırdı bu insan. Müşviqin zarafatlarından Amerikanın bütün şərq sahili bezmişdi artıq.
Beləcə 1 ay keçdi. Avqustun beşi idi. Həmişəki kimi Müşviqlə yan-yana durub işləyirdik. Və həmişəki kimi Müşviq yüngül zarafatlarını müştərilərə buraxırdı. Axşam düşdü. Həmən axşamı çox yaxşı xatırlayıram, nədənsə həmən axşam dükanı biraz tez bağlamaq fikri düşmüşdü ağlıma. Bunu Müşviqə dedim amma Müşviq razı olmadı, dedi,
- Ala, yox ala, zordur, mırtdaşırıq daa, tez gedib neyləyəcəksən e?
Buna cavab olaraq gətirəsi tutarlı arqumentim olmadığından işləməyə davam eləməli oldum.
Bu söhbətdən təxminən 10 dəqiqə sonra, 2 metrəli, a lya Ronnie Coleman, zənci bir müştəri yaxınlaşdı... Yaxınlaşdı və çiyələkli bir dondurma istədi.
Müşviq özünə xas şit gülüşlə qayıtdı ki,
- Qurban sənə, çiyələklini neyləyirsən, gəl sənə şokoladlı verim, özün də şokolad kimi oğlansan.
...Toyuğu kəsməyə aparanda, ayaqlarından tutub başıaşağı qaldırırlar haa, bax elə...
Heç nə... Qabırğa 4 yerdən... İki diş bir də beyin silkələnməsi... Heç nə...
Başqa neylədi? Ala heç nə, neyləyə bilərdi e Müşviqə? Nə olsun, diz üstə çökdürüb üzr istətdi.
Müşviq də özünə görə oğlan idi də. Nə olsun başına işədilər.
Qaqaş, Müşviq Yasamal uşağı idi e, elə belə oğlan deyildi. Nə olsun qulağının dibinə iki dənə qapaz qoydular.
Müşviq çmo zad deyildiki. Nə olsun zənci qaqaş cibindən üstündə “NJ” yazılmış təsbeh çıxarıb Müşviqin alnına vurub, “You are wrong”, dedi.
Nə olsun... Müşviq sakit durmadıkı, ağzına gələni dedi də ona... Nə olsun qaqaş artıq getmişdi.
PS. Siz elə bilirsiz mənim iş yoldaşımı gözümün qabağında döyürdülər, mən də sadəcə durub baxırdım? Dəlisiz nəsiz?... Mən də videoya çəkirdim.
Məmməd Şiriyev | Bakı
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.