Tərəkəmələr kimdir və onların yaşayış arealı

25-07-2024, 00:03           
Tərəkəmələr kimdir və onların yaşayış arealı
Alman alimi və Rusiya İmperatorluğu Elmlər Akademiyasının akademiki İohan Qotlib Qeorginin 1799-ci ildə, «Описание всех обитающих в Российском государстве народов», adlı kitabında qeyd edir:
“Türkmanlar və ya Tərəkəmə Tatarları (Qafqaz Türkləri – red.), heç bir qarışıq olmadan, uzun müddət Xəzər dənizinin şərq və qərb sahillərində yaşamış və türk dilinin tatar ləhcəsi ilə danışan, əsl Tatar xalqını təşkil edirlər.
Qafqaz tatarları və ya türkman kimi, xüsusilə Azərbaycan türklərini adlandırırdılar. Tərəkəmə türklərini Azərbaycan, Dağıstan və Gürcüstan boyunca olan ərazilərdə görmək olar. “
Bu cür məlumatları eyni zamanda İohan Qildenştedin «Путешествие по Кавказу в 1770-1773 гг.» adlı əsərindəd də rast gəlmək olar və burada İrəvan xanlığının əhalisi və toponimləri haqqında qeydlər maraq doğurur. O yazır:
“İrəvanın dairəsi Pəmbək bölgəsi ilə həmsərhəddir və hər cəhətdən ona bənzəyir. Onun sakinləri də Tərəkəmə tatarlarından ibarətdir. Bu bölgədə, adalarından birində Sevani adlı bir erməni monastırı olduğu Göyçə gölü var.
”Əsasən tərəkəmə və ya türkman tatarlar Somxiti vilayətində (Gürcüstanın cənubunda - red.) yaşayırlar və burada onlar əhalinin əksəriyyətini təşkil edirlər. Eyni zamanda Yuxarı Kartli, Quriya və digər vilayətlərdə də yaşayırlar. Məsələn, Kaxetiyada beş tamamilə tatar kəndi var. Türk dilinin Tatar ləhcəsində danışırlar və inanclarına görə müsəlmandılar.“
Milli Kimlik
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.