QAŞQALDAQ BÜRCÜ

27-07-2024, 00:01           
QAŞQALDAQ BÜRCÜ
İncəsənət universitetində bir müəllim var idi, hər dərsinə girirdim, sakit otururdum, heç kimlə işim yox idi amma bunun məndən nədənsə zəhləsi gedirdi. Semestr boyu ilişirdi mənə, bəzən hətta açıq aşkar məzələnirdi. Uşqaların yanında bunula polemikaya girmək istəmirdim, yenə hörmətini saxlayırdım. Amma axırda gördüm ki bu artıq qudurdu.
Bir gün dərs bitəndən sonra, mənə dedi ki, sən qal. Oturdum. Məni əzmək istəyirdi, dedi,
- Sən elə hər dərs gəlirsən, axırıncı partada oturursan, deməyə sözün də olmur, evdə də yüz faiz heçnə oxumursan, bütün günü kompüterin dalında oturursan. Neyləyəcəyik səni?
Vaxtı yetişmişdi... Dedim,
- Üzr istəyirəm, birincisi - susmağımın səbəbi sözümün olmaması deyil. Sözə qalsa, sizin əl ilə açdığınız butulkanın qapağını mən sözlə açıram.
İkincisi - mənim oxuduğum kitabların siz ümumiyyətlə varlığından xəbərsizsiz.
Üçüncüsü də ki - kompüterin dalında oturanda monitor görünmür, gərək qabağında oturasan.
Müəllim qaşqabağını tökdü dedi,
- Sən deyəsən özünü ağıllı sayırsan ha. İşləyib eləyirsən sən?
Dedim,
- Mən yazıçıyam.
İstehzalı gülüşlə qayıtdı ki,
- Vay, vay, vay, nə yazırsan belə? Şedevr filan yazarsan, xəbərimiz olmaz.
Dedim,
- Bəli, məsəl üçün romantizm janrında yazdığım “Qıllı çoban ilə bığlı gözəlçənin sevgi macərası” romanını qeyd edə bilərəm.
Digər romanımda, meşə uğrunda döyüşlərdə bir daşşağını itirmiş kirpinin həyat dramını oxuculara çatdırmağa çalışmışam.
Bundan başqa, “Qəbiz olanda, evlilik verilişlərinə bax, sıçmağın gəlsin” və sair ciddi bədii və publisistik nəsrlər müəllifiyəm.
Mən poeziyadan da uzaq deyiləm, məsəl üçün – gənclərimizin asudə vaxtlarında rahat sevişə bilməsi üçün inşa edilən gözəl parklarımıza dair maraqlı qəsidələrim var.
Mən elmə də yaxın adamam. Dissertasiyamı müdafiə etməyə hazırlaşıram, “Pinqvinlər siqaret çəkirlər, ona görə uçmağa nəfəsləri çatmır” mövzusunda.
Mən çalışıram sosial həyatdan da aralı qalmayım, məsəl üçün “Çornı Qorod” “Baku White City” olan kimi, mən dərhal Bakı Şəhər İcra Hakimiyyətinə məktub yazdım ki, Baku White City-yə Michael Jackson-un heykəlini qoysunlar... O da əvvəl çornı idi, sonra white oldu…
Amma mənim də zəif cəhətlərim var - hər dəfə əlimi cibimə salanda qorxuram ki birdən cibim cırıq olar, əlim oradan daşşağa dəyər... Birdənəlimdaşşağadəyərfobiya var məndə.
Müəllim dedi,
- Sən deyəsən artıq mənimlə məzələnirsən ha?
Dedim,
- Yo, əstəğfurullah, o nə sözdür? Gəlin sizə ciddi sual verim.
Adolf Hitler 1933-cü ildə hakimiyyətə gələndən dərhal sonra Almaniyada qəflətən yahudi qadınlar azalmağa başlayır. Onların hara yox olduqlarını heç kim bilmir.
Bunun səbəbi Adolf Hitlerin ağlasığmaz planı idi. O hakimiyyətə gələn kimi alimlərinə gizli tapşırıq verir ki, yahudi qadınlarla canavarları cütləşdirib dünyaya yarıinsan yarıcanavarlar gətirsinlər. Alimlər 6 ilə bunun öhdəsindən gəlirlər və artıq 1939-cu ildə Almaniya ordusunda inanılmaz gücə malik yarıinsan yarıcanavarlardan ibarət gizli diviziyalar yaradılır, bu da Hitlerə II-ci dünya müharibəsini başlamağa əminlik verir.
Hitler onların gücüylə müharibəni udmaq istəyirdi amma o bir məsələni gözdən qaçırtmışdı – canavarı nə qədər əhliləşdirsən də, yenə də vəhşi instiktləri qalır. Almaniya ordusunu elə o yarıcanavarlar məhv elədi. Müharibəni De Fakto onlar uddu, amma Stalin və başqaları bütün şöhrəti ozlərinə götürmək istədiyindən bu faktı düyadan gizlətdilər.
- Hə, müəllim, bilirdiz bunu?
Müəllim cavab vermədi, amma üz ifadəsindən gördüm ki bilmir. Əslində bilə də bilməzdi, çünki elə şey olmayıb, bunu elə ordaca uydurdum. Məzələnirdim.
Bir dənə də sual verdim,
- On üçüncü bürc bilirsiz nə bürcüdür? Bunu da bilmədi. Daha öz bürcünü də bilməyən adam ilə danışmağın mənası yox idi. Çıxdım.
Axırı nə oldu?
Heç nə... Dörd illik universiteti 5 il oxuyası oldum.
Məmməd Şiriyev | Bakı | 2013












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.