Əlində kamera təpədən üzü aşağı al qan içində yüyürə-yüyürə bizimkilərə tərəf gəld
29-07-2024, 08:24
Əlində kamera təpədən üzü aşağı al qan içində yüyürə-yüyürə bizimkilərə tərəf gəldi.
Ay blin! Ədil noldu?
- Ay, Allah!
Harana dəydi?
- Boğazıma! Boğazıma dəydi!
Nəfəsin gəlir?
- hə!
Daha gəlmir. Ədil Arifoğlu bu səhər ürəktutmasından 56 yaşında öldü.
Qoluna dəyib?
Yox, boğazıma. Boğazıma dəyib!
- Bu dialoq isə uzun illərdir yaddaşımdadır. Peşə nostalgiyamın siyahısında Ədilin də adı var.
Yazın əvvəlində oturmuşduq. Elə bərkdən danışırdı, dedim bu dəqiqə o güllə sıyıran yerdən yenə qan fışqıracaq. Müharibədən danışırdı axı.
Maraqlı insan idi, Ədil müəllim. 1-ci Qarabağ müharibəsinə dair kameraarxası çox söhbətləri özü ilə apardı. Elə o döyüşlərdən bu yana ömür boyu hamıya qəhvəyi "mutnu" eynəyindən baxdı.
Tez! Tez maşın çağırın!
Ədil: uşağın biri qaldı orada e, qaldı orada! Azər qaldı orada!
İndi o dialoqa bir daha baxdım.
Ədil Arifoğlunun səsi də, nəfəsi də ancaq videoarxivlərində qaldı.
Bilmirəm necə öldü?!
Amma məncə Ədil şəhadət barmağını həmin güllə yarasının yerinə qoyub öldü. Ki, bozumtul həqiqətlər fışqırmasın! Dost var, düşmən var!
Eynəyini də bircə öləndə çıxarıb bəlkə...
Məktəb illərindən elə dəqiqliklə danışırdı. Sanardın ki, dünənki hadisəni danışır. Eyni ilə də müharibədən. Familiyalarına qədər ...
Çoxdan tanıyıram Ədil müəllimi. AzTv-də anamla eyni şöbədə işləyirdilər. Onda layk meymunluğu yox idi. Jurnalistlər, operatorlar, rejissorlar qaynar nöqtələrə gedib "hoqqa" verirdilər.
Görmədiyimiz kadrların yarısını Mirşahinə vermişdi. Realda yayımlanmışdı.
Dedi hələ başqa temalar da var. Amma hamısını yaymaq olmaz da!
Sevinirdi Ədil müəllim. Sevinirdi ki, torpaqlarımız geri qayıtdı, həmin yerlərə bir də qalib kimi gedəcək.
Ruhun şad olsun, Nəsirov Ədil Arifoğlu!
Hansı rayondan?
İmişlidənəm, Bakıda yaşayıram.
Ədil, döz bir az!
Ala bax! Güllövi gördün?
Yox. Baxammıram!
Ədil müəllim təzəlikcə təyinat da almışdı.
Allah rəhmət eləsin!
Güllə sıyırmamışdı.
Dəymişdi. Və o gəzirdi. Özündə idi.
7.62 özü idi.
Orxan Mammadli
TEREF