HƏRBİN QANILMAYAN QRAFASI...

3-08-2024, 08:54           
HƏRBİN QANILMAYAN QRAFASI...
Son günlər yerli ,,strateqlər" bomondunda Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoqanın səsləndirdiyi ,,Qarabağa girdik" sözləri vətənşüvənlik püsgürməsinə bəhanə yaradıb. Zəka yoxdur ki, bu sözləri türk qətiyyəti kimi anlasınlar. Dünya erməniçiliyinin, 44 günlük müharibədə ,,qəhrəman" erməni ordusuna qarşı dünyanın hər tərəfindən islam terrorçuların vuruşması iddiasına Ali Baş Komandan İlham Əliyevin cavabı - Azərbaycanın müharibəyə aid resurslara dair kənar güvvəyə ehtiyacı yoxdur bəyanatı, bəzilərinin yastı təhlil istedadını coşdurur: ,,Türkiyə bizə yalnız siyasi dəstək olub".
Müharibə şəraitində olan ölkəyə siyasi, diplomatik və digər təstəyin nə olduğunu, məlumatı olmayanlar üçün tarixdən başlayaq.
2-ci Dünya müharibəsində 1941-сi ilin martından 1945-ci ilədək, SSRİ-yə Qərb koalisiyasının Lend-liz xətti ilə hərbi və digər hərbyönümlü dəstəyi olmasaydı, güman ki, sovet qoşunlarının canlı qüvvə və ərazi itkiləri fantastik olardı. Hal bu ki, bir amerika, ya ingilis əsgəri sovet ordusunda görünməyib. Siyasi və maddi amerika dəstəyi isə müharibənin gedişində strateji dönüş yaradıb. Dəstək budur.
SSRİ məhdud hərbi kontinqent adıyla 1978-ci ildə, Sovet ordusunun strateji potensial gücündə olan qoşunu yeritdi Əfqanistana. Məhz, siyasi, hərbi dəstək olmadığı üçün saysız itki verib ölkəni tərk etdi. Dəstəyin olmamağı budur.
Daha sadalamıram. Qayıdaq Türkiyə məsələsinə.
44 günlük müharibədə Türkiyə Dövlətinin hərbi-siyasi - diplomatik kombinasiyaları düşmənlərimizi fəal müdaxilədən çəkindirmədi mi? Azərbaycanın arxasında ciddi və qətiyyətli qüvvənin olmasını dünyaya bəyan etmədimi?
44 günlük müharibədə, tək Türkiyə ordusunun F-16 eskadriliyalarının tam döyüş hazirlığında olması ordumuza dəstək deyildi mi? Bilməyənlər üçün, Qala aerodromundan Qarabağ döyüş ərazisinə tam sursat komplekti ilə F-16-n yetişmə vaxtı - 10 dəqiqədir.
Düşməni sarsıdıb məğlubiyyətə uğratmaq üçün DƏSTƏK deyilmi?
Qarabağda döyüşən qenerallarımız, zabitlərimiz heç mi görmədilər Türk Paşalarını, türk zabitlərini?
Düşməni təpələrdə, dərələrdə torpaqla qan xəşili edən PUA-lar dəstək deyilmi?
Yüzlərlə türk zabiti dövlətimizin, öz dövlətinin yüksək ödülləri ilə mükafatlandırılıb. Nəyə görə?
,,Dəstəyə" görə deyil mi?
Birinci müharibədə bizim hərbi geyimdə döyüşən mücahidlər, əfqan deyildilərmi?
Yəqin, bəzi strateji boğaz qəhrəmanları güman edir ki, türk əsgəri türk hərbi geyimində, pakistan əsgəri isə -pakistan əsgəri geyimində ,,dəstək" verməli idi ordumuza.
Azərbaycan - Türkiyə dövlət, millət, əsgəri qardaşlığına, sakın söxulmayın! Dırnaq çirki olmaqdan başqa şansınız, dəyəriniz YOX!
Sətəlcəm ağlınızı başqa yerdə piar edin.
Bu gündən hərbə aid düşük, ziyanlı hərbi ,,qənaətləri" qamçılayacağam! Hərbi ekspert fəlan deyiləm.
Sadəcə minlərdən biri olan Azərbaycan Zabitiyəm.
Zahid Teymurov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.